Region mediasının inkişafı ilə bağlı diaqnostik icmal hazırlanır
Bakı, 12 yanvar, AZƏRTAC
Region mediasının inkişafı ilə bağlı diaqnostik icmal hazırlanır. Təkliflər ümumiləşdirilir. 2023-cü ildə də bu ənənə davam edəcək, region mətbuatı daha da inkişaf etdiriləcək.
AZƏRTAC xəbər verir ki, bu sözləri Medianın İnkişaf Agentliyinin (MEDİA) İcraçı direktoru Əhməd İsmayılov MEDİA-nın 2022-ci ilin yekunlarına dair hesabat konfransında deyib.
Həmçinin MEDİA-nın fəaliyyət istiqamətləri barədə məlumat verən Əhməd İsmayılov qeyd edib ki, bunlar əsasən normativ-hüquqi bazanın təkmilləşdirilməsi, media subyektlərinin iqtisadi müstəqilliyinin gücləndirilməsi, mediaya dəstək layihələrinin həyata keçirilməsi, jurnalistlərin peşəkarlığının, media sahəsində təhsilin keyfiyyətinin artırılması, MEDİA-nın kommunikativ aktivliyi, beynəlxalq əməkdaşlığın inkişafı, araşdırma və təhlillərin aparılmasıdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 15.06.2026 [17:42]
“Azərbaycan rüzgarı”nın növbəti buraxılışı Milli Qurtuluş Gününə həsr edilib
- 15.06.2026 [12:00]
Bu saata olan əsas xəbərlər
- 15.06.2026 [10:22]
Sumqayıtda yanğın hadisəsi baş verib VİDEO
- 15.06.2026 [08:30]
Böyük Qayıdışdan Qurtuluşa aparan yol
- 14.06.2026 [20:00]