Azərbaycan Dövlət İnformasiya Agentliyi

Regionun lideri Azərbaycan daha böyük strateji hədəflərə doğru müzəffər addımlarla irəliləyir

Regionun lideri Azərbaycan daha böyük strateji hədəflərə doğru müzəffər addımlarla irəliləyir

Bakı, 11 aprel, Hikmət Əhmədov, AZƏRTAC

“Biz gələcəyə baxmalıyıq və baxırıq. Növbəti illərdə görüləcək işlər haqqında bizim çox aydın təsəvvürümüz, planlarımız, proqramlarımız var... Hamımızın amalı ondan ibarətdir ki, ölkəmiz daha da güclənsin, daha da qüdrətli dövlətə çevrilsin, Azərbaycan vətəndaşları daha da yaxşı yaşasınlar”.

Prezident İlham Əliyevin 2018-ci il aprelin 18-də andiçmə mərasimindəki çıxışında müəyyənləşdirilən bu vəzifələr uğurla reallaşır, qarşıdakı strateji hədəflərə doğru inamlı addımlar atılır.

Bu gün dövlətimizin başçısı İlham Əliyevin yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməsinin 5 ili tamam olur. Əvvəlki illərdə olduğu kimi, bu dövrdəki uğurlu siyasi fəaliyyət də Azərbaycan dövlətinin dayanıqlı inkişafına, tərəqqisinə, yeni-yeni zirvələr fəth etməsinə xidmət göstərib.

AZƏRTAC Azərbaycanın son beş ildə keçdiyi inkişaf yolunun bəzi xarakterik məqamlarına, uğurlarımızı şərtləndirən həlledici amillərə nəzər salır.

Azərbaycan xalqı Prezident İlham Əliyevin liderliyi ilə qazanılan uğurlara 2018-ci il aprelin 11-də keçirilən seçkilərində ən yüksək qiymətini verdi. Ölkə prezidenti postuna keçirilən sayca səkkizinci seçkinin nəticələrinə əsasən İlham Əliyev səslərin 86,02 faizini toplayaraq inamlı qələbə qazandı. Tarixi hadisələrlə, dinamik sosial-iqtisadi inkişafla səciyyəvi olan ötən beş il seçicilərin öz seçimində yanılmadığını, Azərbaycan vətəndaşlarının siyasi şüurunun yüksək səviyyədə olduğunu bir daha təsdiqlədi.

Şəffaf, ədalətli və azad seçkilər xalqın iradəsini əks etdirirdi. Beynəlxalq təşkilatlar tərəfindən keçirilmiş sosioloji sorğuların, “exit-poll”ların nəticələrinin seçkilərin rəsmi yekunları ilə üst-üstə düşməsi, müsbət beynəlxalq rəy bunun bariz göstəricisidir.

Böyük Britaniya parlamentinin üzvü Lord Devid Çarlz Evans prezident seçkilərinin yüksək səviyyədə təşkil olunduğunu vurğulayaraq demişdi: “Seçicilərin fəallığı çox yüksəkdir. Biz bir neçə seçki məntəqəsində olmuşuq. Proses qanunvericiliyə uyğun, demokratik şəraitdə davam edir. Bunlar deməyə əsas verir ki, Azərbaycanda prezident seçkiləri mükəmməl təşkil olunub”.

Beş il əvvəl Azərbaycan xalqı Prezident İlham Əliyevə səs verməklə ölkədə aparılan demokratik dəyişikliklər və inqilabi islahatlar kursuna səs vermiş oldu. Dövlətimizin başçısının rəhbərliyi ilə əldə edilən iqtisadi yüksəliş, uzun illər formalaşdırılmış ictimai-siyasi və sosial-iqtisadi bünövrə ölkənin hərbi qüdrətini artırmağa imkan yaratdı. Bu da nəticə etibarilə torpaqlarımızın işğaldan azad edilməsi və ərazi bütövlüyümüzün bərpası ilə nəticələnən tarixi Qələbəyə transformasiya olundu. Xalqımız 44 günlük Vətən müharibəsində öz Prezidentinin ətrafında “dəmir yumruq” kimi sıx birləşərək gələcək taleyində dönüş nöqtəsi yaratdı. Müharibənin ilk günlərindən müdrik xalq Prezidentinə, Ordusuna güvəndi və böyük Qələbənin əldə edilməsi üçün səfərbər oldu. Müzəffər Ali Baş Komandan İlham Əliyevin diplomatik və strateji addımları, şanlı Azərbaycan Ordusunun gücü və xalqımızın birliyi sayəsində 44 gün davam edən müharibə ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi. Xalq-Ali Baş Komandan birliyi Ordumuzun zəfər yürüşünün əsasını təşkil etdi. Düşməni tarixi torpaqlarımızdan qovmaqla ədalətin təntənəsinə nail olduq.

2020-ci il noyabrın 10-da imzalanmış tarixi Bəyanatla Azərbaycanın siyasi və iqtisadi suverenliyinin təmini, işğaldan azad edilmiş ərazilərin mövcud iqtisadi potensialından xalqımızın rifahı naminə tam istifadə olunması üçün geniş imkanlar yarandı.

Praqmatik siyasət kursu yürüdən Prezident İlham Əliyev Azərbaycanın postmüharibə mərhələsindəki gündəliyini yeni reallıqlara və çağırışlara uyğun qurub. İşğaldan azad edilmiş ərazilər sürətlə bərpa olunur, bu yerlərə yenidən həyat qayıdır. Minalardan təmizlənmiş ərazilərdə zəruri infrastruktur quruculuğu həyata keçirilir. Bu ərazilər “yaşıl enerji” zonası elan edilib. Qarabağda, Şərqi Zəngəzurda həyata keçirilən "Ağıllı kənd", "Ağıllı şəhər" layihələri, azad edilmiş şəhərlərimizin Baş planlarının hazırlanması və bu kimi fəaliyyətlər çox yaxın gələcəkdə doğma torpaqlarımızın cənnətə çevriləcəyinə böyük inam yaradır.

Son illər ölkəmiz böyük inkişaf yolu keçib, Azərbaycan dövlətçiliyinin əsasları ciddi şəkildə möhkəmlənib, dövlətimizin iqtisadi gücü daha da artıb. İnsan amili, xalqın rifahı və milli maraqlar dövlət siyasətinin strateji prioritetləri olub.

2018-ci il seçkilərindən əvvəlki 15 il də tariximizə möhtəşəm iqtisadi yüksəliş dövrü kimi daxil olub. “Ancaq iqtisadiyyatı güclü olan ölkələr müstəqil siyasət apara bilərlər”, - deyən Prezident İlham Əliyev davamlı olaraq iqtisadi sahədə islahatların təşəbbüskarı kimi çıxış edib. Bunun nəticəsidir ki, 2003-2018-ci illərdə ümumi daxili məhsul 3,2 dəfə, büdcə gəlirləri 13,5 dəfə artıb. Ölkənin strateji valyuta ehtiyatları 26,6 dəfə çoxalıb, maliyyə imkanlarımız əsaslı şəkildə yaxşılaşıb. Xarici ticarət dövriyyəsi 4,6 dəfə, ixracın həcmi altı dəfə artıb. Regionlarda ümumi məhsul buraxılışının artımı 3,6 dəfəyə bərabər olub. Əhalinin nominal gəlirləri 8,6 dəfə, minimum əməkhaqqı 12,9 dəfə, xaricə səfər edən vətəndaşların sayı 2,2 dəfə, əhalinin banklardakı əmanəti 30 dəfə artıb. 1 milyon 958 min 400 yeni iş yeri açılıb, 326,6 min nəfərə ünvanlı dövlət sosial yardımı verilib. İşsizliyin səviyyəsi 9,2 faizdən 5 faizə, yoxsulluğun səviyyəsi 44,7 faizdən 5,4 faizə enib, 245 min nəfər məcburi köçkün mənzillə təmin olunub.

2003-2018-ci illər ərzində maaşlar təxminən 7 dəfə, pensiyalar 10 dəfədən çox artdı. Sosial infrastruktur inkişaf etdi, o cümlədən 3100-dən çox məktəb və 640-dan çox xəstəxana tikildi və ya təmir edildi. Bölgələrdə 43 Olimpiya İdman Mərkəzi yaradıldı. Qeyd olunan rəqəmlər onu göstərir ki, sosial siyasət daim diqqət mərkəzindədir. Bütün bunların məntiqi nəticəsi olaraq deyə bilərik ki, beş il əvvəl Azərbaycan xalqı məhz davamlı inkişafa və siyasi sabitliyə səs verdi.

Dövlətimizin başçısı 2018-ci il aprelin 18-də keçirilən andiçmə mərasimindəki çıxışı zamanı yeni islahatlar dalğasının anonsunu verərək demişdi: “Növbəti illərdə biz çox ciddi islahatlar aparacağıq, islahatları dərinləşdirəcəyik, əminəm ki, vətəndaşlarımızın yaşayış səviyyəsi daha da yaxşılaşacaqdır”.

Geridə qalan beş il ərzində Prezident İlham Əliyev tərəfindən müxtəlif istiqamətlərdə olduğu kimi, sosial sahədə də möhtəşəm addımlar atıldı. Ekspertlər tərəfindən sosial inqilab xarakterli qərarlar adlandırılan fərman və sərəncamlar demək olar ki, əhalinin bütün təbəqələrini əhatə etdi. Şəhid ailələrinə, məcburi köçkünlərə, tələbələrə, əlilliyi olan şəxslərə verilən müavinətlər, minimum əməkhaqqı, pensiyalar artırıldı. Uğurla həyata keçirilən sosial islahatlar paketi milyonlarla vətəndaşın rifahının ciddi şəkildə yaxşılaşmasına imkan yaratdı.

Onu da qeyd etmək lazımdır ki, seçkilərdən sonra Prezident İlham Əliyevin imzaladığı ilk Fərman şəhid vərəsələrinə birdəfəlik ödəmənin (11 min manat) verilməsi ilə bağlı oldu. 2019-cu il 28 yanvar tarixli daha bir Fərmanla isə birdəfəlik ödəmə verilməsi nəzərdə tutulan şəhid vərəsələrinin əhatə dairəsi daha da genişləndirildi.

Azərbaycan Prezidentinin ölkənin sosial həyatında atdığı inqilabi addımların davamlı xarakter aldığını göstərən qərarları ilə ötən müddət ərzində minimum pensiya məbləği, minimum əməkhaqqı orta hesabla 50 faiz artırıldı. Keçən il ölkə üzrə əməkhaqqı fondunda 21 faiz artım müşahidə olunub. Ümumilikdə isə son beş il ərzində bu sahədə artım 2,5 dəfədən çoxdur. Bu, onu göstərir ki, ölkənin əmək bazarı stabilləşir, inkişaf edir, məşğulluq proqramları genişlənir. Bu il ən azı 10 min işsizə peşə hazırlığı kursu keçilərək onların işlə təmin edilməsi planlaşdırılır.

Cari il yanvarın 13-də verilmiş fərman və sərəncamlarla 800 mindən çox şəxsin sosial müavinətləri, həmçinin təqaüdləri artırılıb. Təqaüdlər isə 150 mindən çox tələbə və doktorantı əhatə edib. O cümlədən əlilliyi olan 300 min şəxsə yönələn sosial müavinətlər, təqaüdlər orta hesabla 100 faiz yüksəlib, əlavə olaraq bir sıra kateqoriyalardan olanlar üçün Prezidentin aylıq təqaüdləri təsis olunub. Bununla da bir daha ölkə vətəndaşının rifahının yaxşılaşdırılması istiqamətində aparılan siyasətin bariz bir nümunəsinin şahidi oluruq. Digər bir Sərəncamla isə məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün aylıq müavinət 50 faiz artırıldı ki, bu da 500 mindən çox məcburi köçkünün rifah halının yüksəldilməsinə əhəmiyyətli təsir göstərdi. Azərbaycan Prezidentinin humanizm prinsiplərinə söykənən sosialyönümlü siyasətini, daim hər bir vətəndaşının yanında olduğunu təsdiqləyən digər bir addım isə 800 mindən çox insanın problemli kredit məsələsini aradan qaldırmağa yönəlmiş Fərman oldu.

Təbii ki, bütün dünya üçün bir sınaq olan COVID-19 pandemiyası dövründə də dövlətimizin başçısı vətəndaşlarımızın sağlamlığının qorunması, sosial problemlərinin həlli istiqamətində mühüm qərarlar qəbul etdi. Bir neçə milyard manat dəyərində sosial paket pandemiyanın təsirinə məruz qalan insanlara, özəl sektora, o cümlədən qeyri-formal çalışan və işsiz vətəndaşlara kömək oldu. Bununla yanaşı, koronavirusa yoluxmuş şəxslərin müalicəsinin aparılması üçün modul tipli xəstəxanalar inşa edildi, bu xəstələri müalicə edən həkimlərin maaşları artırıldı və digər zəruri addımlar atıldı.

Sosial sahədə aparılan davamlı islahatlarda həssas sosial qruplara yönələn davamlı və əhatəli münasibət ölkə rəhbərliyi tərəfindən qəbul edilən qərarlarda özünü göstərir. Həssas sosial qruplardan olan şəxslərin sosial müdafiəsinin gücləndirilməsi Prezident İlham Əliyevin siyasətinin əsas istiqamətlərindən biridir. Dövlətimizin başçısının ötən dövr ərzində imzaladığı yeni fərman və sərəncamlar bu istiqamətdə mühüm addım olmaqla, milyonlarla vətəndaşın sosial rifahına və ailə büdcəsinə müsbət təsir göstərib. Eləcə də torpaqlarımızın azadlığı uğrunda döyüşlərdə iştirak etmiş, müharibə, hərbi xidmət vəzifələrini yerinə yetirməklə və digər xüsusi səbəblərlə əlaqədar əlilliyi olan şəxslərin təqaüdləri hər il artırılır.

2021-2022-ci illərdə Azərbaycan Prezidenti tərəfindən müharibənin nəticələrinin aradan qaldırılması istiqamətində mühüm addımlar atıldı. İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdışı sürətləndirmək üçün mühüm layihələrin icrasına başlanıldı. İri həcmdə maliyyə vəsaiti tələb edən infrastruktur layihələri, digər bərpa proqramları fonunda 2022-ci ilin böyük Sosial Paketinin elan olunması dövlətimizin başçısının həssas sosial qruplardan olan vətəndaşlara qayğısının daha bir nümunəsidir.

Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdış Zəngilan rayonunda “Ağıllı kənd” konsepsiyası əsasında yenidən salınmış Ağalı kəndinə sakinlərin köçürülməsi ilə başlanıldı. Bu ilin Novruz bayramı ərəfəsində Tərtər rayonunun Talış kəndinə də məcburi köçkün ailələrinin köçürülməsi təmin edildi. Doğma yurd-yuvalarına qayıdan ailələr 30 ildən sonra ilk dəfə bayram tonqalı yandırdılar. Martın 18-də Talış kəndinin sakinləri ilə görüşən Prezident İlham Əliyev qısa müddət ərzində kənddə yaradılan şəraitdən məmnunluğunu ifadə edib: “Talış kəndinin yenidən qurulmasına başlanmasından hələ bir il keçməyib. Artıq Talış kəndinə 20 ailə qayıdıbdır və 180-ə yaxın ailə qayıdacaqdır. Bu gündən bir il keçmədən Talış kəndində 180-ə yaxın ailə yaşayacaq. Bu ailələr üçün bütün imkanlar yaradılıb. İndi hər kəs görə bilər nə gözəl evlər, məktəb, uşaq bağçası, ictimai binalar tikilib, məşğulluq üçün şərait yaradılıb. Biz qurub-yaradan xalqıq. Ermənistandan fərqli olaraq, biz öz ərazimizdə qurub-yaradırıq”. Qısa bir zamanda reallaşan infrastruktur layihələr, abadlıq və quruculuq işləri Azərbaycanın iqtisadi gücünü bir daha ortaya qoymuş oldu.

Şüarlarla deyil, vətəndaşın etimadı ilə yenidən Prezident seçilən, hər sözü, hər bəyanatı xalqın yaddaşında iz buraxan, hər qərarı xalqın taleyində böyük dəyişikliklər yaradan İlham Əliyev sözün əsl mənasında yeni bir Azərbaycan qurur: məğlubedilməz, durmadan güclənən və çiçəklənən, vətəndaşları üçün qürur mənbəyi olan bir Azərbaycan.

Son illər ölkəmizin beynəlxalq müstəvidə mövqeyi və nüfuzu xeyli dərəcədə güclənib. Daxili siyasətin uğurla icra edilməsi ötən beş ildə xarici siyasət kursunda da müvafiq tendensiya ilə müşahidə olunub. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən xarici siyasət və nəticəyə hesablanmış diplomatik addımlar Azərbaycanın BMT, Avropa Şurası, ATƏT, NATO və bütün digər nüfuzlu beynəlxalq təşkilatların yüksək tribunasından daha qətiyyətlə çıxış etməsi və bir çox məsələlərdə beynəlxalq aləmin onun rəyinə hörmətlə yanaşması üçün münbit şərait yaradıb. Dünyanın bir çox dövlətlərində baş verən neqativ hadisələr, alovlanan müharibə və münaqişələr fonunda Azərbaycan Prezidentinin yürütdüyü müstəqil, konstruktiv siyasətin bəhrəsini hər bir siyasi qərarda və gündəlik həyatımızda görürük. Bu gün Azərbaycan vətəndaşı təhlükəsizliyin qorunduğu, sabit və inkişaf edən bir ölkədə yaşayır, yaradır, firavan gələcək qurur. Ölkəmiz bu gün beynəlxalq aləmdə siyasi sabitliyin, əmin-amanlığın, tərəqqinin, tolerantlığın məkanı kimi tanınır. Dövlətimizin başçısının özünün də dediyi kimi, Azərbaycan gənci küçələrdə, iğtişaşlarda deyil, elm ocaqlarında zəngin biliklərə yiyələnir, özlərinə sağlam gələcək qururlar.

Türkdilli Dövlətləri Təşkilatına Azərbaycanın uğurla sədrlik etməsi də olduqca önəmli məsələ idi. Prezident İlham Əliyevin məntiqli addımlarının nəticəsidir ki, Azərbaycan vaxtilə xəyal kimi görünənləri reallığa çevirir. Belə ki, dünyanın çox həssas bir dönəmində türk dövlətlərinin coğrafi bütünlüyü, həmrəyliyi məsələsinin gündəmə gətirilməsi qətiyyət və cəsarət tələb edirdi. Bu mürəkkəb və vacib tarixi missiyanın da öhdəsindən gələn Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın son illərdə sinxron şəkildə atdıqları addımların nəticəsidir ki, türkdilli ölkələr və xalqlar arasında dostluq, qardaşlıq və əməkdaşlığın daha da möhkəmləndirilməsi istiqamətində ciddi irəliləyiş əldə olunub. Məhz bu fəaliyyətə verilən yüksək qiymət olaraq, 2021-ci il noyabrın 12-də Prezident İlham Əliyev Qarabağın azad edilməsi işində göstərilən səylərə və türk birliyinin daha da güclənməsi işinə töhfələrinə görə Türk Dünyasının Ali Ordeni ilə təltif edilib.

Hazırda Azərbaycanın Avropanın enerji təminatçısı qismində çıxış etməsi ölkəmizin etibarlı tərəfdaş olduğunun göstəricisidir. Azərbaycan üzərinə götürdüyü öhdəliyə sadiq qalaraq Cənub Qaz Dəhlizinin sonuncu seqmenti olan Trans-Adriatik kəmərini (TAP) müharibədən qısa müddət sonra istifadəyə verdi. Cənub Qaz Dəhlizi layihəsində iştirak etməyən dövlətlər indi TAP-ın həyati əhəmiyyətini görür, ona qoşulmaq niyyətlərini dilə gətirirlər. Bu, Prezident İlham Əliyevin müdrik, uzaqgörən siyasətinin, Azərbaycanın müsbət imicini formalaşdırmasının məntiqi nəticəsidir.

Nəhayət Prezident İlham Əliyevin Brüsselə səfərlərinə, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyanla görüşlərinə və əldə olunmuş nəticələrə diqqət yetirsək, dövlətimizin başçısının gözləntilərinin özünü tam olaraq doğrultduğunu görə bilərik.

Danışıqların Brüssel formatı milli maraqlarımızın təmin olunması istiqamətində həyata keçirilən ardıcıl və məqsədyönlü siyasətin, diplomatiyamızın növbəti uğuru olmaqla, eyni zamanda, Azərbaycan Prezidentinin dünyada böyük nüfuzunun göstəricisidir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tarixi Vaşinqton görüşü: ABŞ-Azərbaycan əlaqələrində və Cənubi Qafqazın sülh gündəliyində mühüm mərhələ - ŞƏRH

Naxçıvan idmançıları turniri 43 medalla başa vurublar

“Aqroservis”in İdarə Heyətinin sədri Qubada vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib

Xarici ölkələrin informasiya şəbəkələrinə hücumlar edən şəxslər saxlanılıblar

® “Fitch Ratings” “Expressbank”ın müsbət kredit reytinqini növbəti dəfə təsdiqləyib

Heyvan kəsimi məntəqələrində monitorinqlər aparılıb

İyulda Enerji Məsələlərini Tənzimləmə Agentliyinə 1837 müraciət daxil olub

Yağış yağacaq, dolu düşəcək, çaylarda sululuq artacaq – XƏBƏRDARLIQ

Süni intellekt ilk dəfə bakteriyaları yoluxduran həyat qabiliyyətli virusları layihələndirib

Ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

Yeddi ayda 6,4 milyondan çox sərnişin dəmir yolundan istifadə edib

Professor: Süni texnologiyalar dilin qarşısında aciz qala bilər

Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları qan verib

Nazir müavini: Valideyn-dövlət-özəl əməkdaşlığı məktəbəqədər təhsilin əhatəliliyini genişləndirir

Dövlətə məxsus faydalı qazıntı yatağı hərraca çıxarılacaq

Lənkəranda təqaüdçüləri aldadan şəxs saxlanılıb VİDEO

Lənkəranda təqaüdçüləri aldadan şəxs saxlanılıb VİDEO

“Zirə” Namik Ələskərovla yollarını ayırıb

Azərbaycan müxtəlif geosiyasi məkanlar arasında kommunikasiya imkanları olan dövlət mövqeyini gücləndirir - ŞƏRH

Qazaxıstan Batumi vasitəsilə beynəlxalq nəqliyyat əlaqələrini inkişaf etdirir

Vaşinqton Zirvə Görüşü Cənubi Qafqazda qarşıdurma modelinin dəyişməsinin mühüm mərhələsi kimi qiymətləndirilir - ŞƏRH

Şəhla Quliyeva: Sosial şəbəkələrdə dil normalarının pozulmasının qarşısının alınması elmi yanaşma tələb edir

Qlobal ərzaq qiymətləri son 3 ildə ən yüksək səviyyəyə qalxıb

Jurnalistika ixtisası üzrə qabiliyyət imtahanının nəticələri açıqlanıb: 543 nəfər məqbul qiymət alıb

Rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxslər barəsində cinayət işi məhkəməyə göndərilib

® “PAŞA Holdinq” 2025-ci ildə start verdiyi “Fərqindəlik” layihəsini uğurla davam etdirir

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

BMU-İNHA ikili diplom proqramı üzrə qəbul planı 100 faiz dolub

Aİ Rusiyaya yeni sanksiyalar tətbiq edib

Azərbaycan ilə İran arasında gənclər və idman sahələrində Fəaliyyət Planı təsdiqlənib

Yarım ildə Maliyyə Nazirliyinin aparatına 1090 müraciət daxil olub

Toğrul Xəlilov: Ailə arxivləri ölkənin tarixi yaddaşının ayrılmaz hissəsidir

Kənan Hənifəyev: Nəqliyyat imkanlarının genişlənməsi turist axınını artıra bilər

Dövlət müəssisələrinin maliyyə sağlamlığı Fiskal Risk Reytinqi ilə qiymətləndiriləcək

“Delfin” qasırğası Yaponiya və Çinə yaxınlaşır: yüz minlərlə insan təxliyə edilib

Baş prokuror Laçın və Qubadlı rayonlarında olub

Gürcüstanda tanınmış azərbaycanlı fotojurnalistin kitab-albomu nəşr olunub

Bu il Dövlət Proqramı qaliblərinin məzun olduqları universitetlər üzrə ilk onluq açıqlanıb

Vaşinqton razılaşmaları Azərbaycanın sülh modelinə beynəlxalq dəstəyi təsdiqlədi – ŞƏRH

® “Bizon” lotereyasında daha 4 avtomobil sahibini tapıb

Aynur Sofiyeva: Dilimizi qorumaq və zənginləşdirmək gənclərin üzərinizə düşən məsuliyyətdir

Pekin parklarında robot “əməkdaşlar” peyda olub

Çin iyulda 2023-cü ilin oktyabrından bəri ən böyük həcmdə qızıl alıb

Mərkəzi Asiyada Sırdərya hövzəsində avtomatlaşdırılmış su ölçmə sistemi planının hazırlanması təsdiqlənib

Hərbi qulluqçular məharət dərəcələri üzrə sınaq imtahanlarına cəlb olunublar

Orta Dəhlizin strateji elementinə çevrilən Zəngəzur dəhlizi: Birillik Vaşinqton diplomatiyasının uğurları - TƏHLİL

AHİK: Texnoloji inkişafın yaratdığı imkanlar həm də işçilərin rifahının yüksəlməsinə xidmət etməlidir

Nəriman Axundzadə Türkiyə klubu ilə müqavilə imzalayıb - EKSKLÜZİV

Türkiyənin Malatya şəhərində zəlzələnin dağıtdığı muzey bərpa edilib

Həftəsonu müşahidə ediləcək hava şəraiti açıqlanıb

Nazirlik: Həyata keçirilən nəzarət tədbirləri nəticəsində 91,6 milyon manat vəsait dövlət büdcəsinə qaytarılıb

Trans-Xəzər fiber-optik xətti Azərbaycanı Avrasiyanın rəqəmsal körpüsünə çevirir - Ekspert rəyi

Ədliyyə naziri Lerikdə 6 rayonun sakinlərinin müraciətlərini dinləyib

® “Fitch” ABB-nin reytinqini növbəti dəfə yüksəldib

® “Birbank Biznes”dən mikrobiznes kreditinə 5 faizədək endirim

Culfadakı “Xoşgəri I” qum-çınqıl yatağı hərraca çıxarılıb

Ukraynalı ekspert: Azərbaycan xarici siyasətinin əsas prioritetinin yalnız milli maraqların qorunması olduğunu nümayiş etdirir

Birinci yarımildə Maliyyə Nazirliyi 68 akt layihəsi hazırlayıb

Türkan Hüseyn: Gənc kinematoqrafçılar üçün xarici dil bilikləri mühüm rol oynayır

Fransada seçkiöncəsi informasiya savaşı: hökumət xarici müdaxilələrə qarşı yeni qanun hazırlayır

Azad edilmiş ərazilərdə aqropark layihələrinin investorlara təqdimatı baş tutub

Türkiyə Pakistan və Səudiyyə Ərəbistanı ilə üçtərəfli müdafiə müqaviləsi imzalayıb – YENİLƏNİB

Almaniyanın Milli Təhlükəsizlik Şurası Leypsiq-Halle hava limanındakı insidenti müzakirə edib

Bu ilin ilk yarısında işğaldan azad edilmiş ərazilərdə 340 layihə icra edilib

Sorğu: Ukraynalılar müharibənin uzun müddət davam edəcəyi qənaətindədirlər

Səbaildə binada baş verən yanğın söndürülüb – YENİLƏNİB 3 VİDEO

Səbaildə binada baş verən yanğın söndürülüb – YENİLƏNİB 3 VİDEO

Maliyyə savadlılığının artırılması istiqamətində sistemli maarifləndirmə proqramlarına ehtiyac var - AÇIQLAMA

Türkan Hüseyn: Beynəlxalq platformalar müəllif baxışının inkişafına yeni imkanlar yaradır

Bu ilin I yarısında dövlət investisiya proqramı çərçivəsində 287 layihə icra edilib

Qazaxıstanda Xəzəryanı ölkələrin elmi potensialının birləşdirilməsi müzakirə olunub

“Vətən” jurnalı: Özbəkistan və Azərbaycan: Müttəfiqlik münasibətlərindən inteqrasiyaya

Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxsləri Qax və Balakən rayonlarından olan vətəndaşlarla görüşüb

Hansı nəsil həyəcanlı vəziyyətlərə daha həssasdır? – Psixoloq rəyi

Aİ Rusiyanın hərbi-sənaye kompleksini dəstəkləyən daha beş şəxsə qarşı sanksiya tətbiq edib

Azərbaycanın bank sektoru “Moody’s”dən müsbət qiymət alıb

Dövlət orqanlarında 9 vakant inzibati vəzifə üzrə daxili müsahibə elan olunub

Qəsdən adam öldürmə faktı ilə bağlı cinayət işi başlanıb

Azərbaycan və Ermənistan arasında sülh Cənubi Qafqaz üçün yeni inkişaf mərhələsinin əsasını qoya bilər - ŞƏRH

Əyani şəkildə keçirilən inkişafyönümlü təlimlər yekunlaşıb

Qalib Liderin Vaşinqton missiyası: regional təhlükəsizliyin və TRIPP layihəsinin gələcəyi ŞƏRH

DVX: Vergi bəyannamələri və onlayn kassalarla bağlı texniki çətinliklər qısa müddətdə həll olunacaq

Fransada növbəti prezident seçkisində iştirak edəcək namizədlərə çağırış olunub

Prezident İlham Əliyevin həyata keçirdiyi strateji nəqliyyat siyasəti Orta Dəhlizin qlobal əhəmiyyətini daha da artırıb - ŞƏRH

Göytəpə Neolit dövrü məskəni yenidən araşdırılır VİDEO

Göytəpə Neolit dövrü məskəni yenidən araşdırılır VİDEO

Tovuzda törədilən qətlin təfərrüatları məlum olub – YENİLƏNİB VİDEO

Tovuzda törədilən qətlin təfərrüatları məlum olub – YENİLƏNİB VİDEO

Nazir Rəşad Nəbiyev Zəngilanda vətəndaşlarla görüşüb

İngiltərənin Tetford şəhərində miqrasiya əleyhinə etirazlar davam edir

Geosiyasi baxımdan "Yaşıl Enerji Kabeli" layihəsi Cənubi Qafqazın qlobal əhəmiyyətini əhəmiyyətli dərəcədə artırır - RƏY

Azərbaycan parlament diplomatiyası beynəlxalq əməkdaşlığın genişlənməsinə töhfə verir

Şimali Kipr Prezidenti: Nikosiya BMT Baş katibinin adanı minalardan təmizləmək təklifini rədd edib

Mütəxəssis: Uşaqlara allergen qidaların gec verilməsi doğru yanaşma deyil

“Şəfa” təlim-məşq toplanışını məğlubiyyətsiz başa vurub

“Meta” şirkəti uşaqların təhlükəsizliyinə dair iş üzrə yenidən cərimələnib

Fransada sosialistlər arasında narazılıq yaranıb, partiya rəhbərliyinin qarşısında şərt qoyulub

Mançesterdə elektrik kəsintisinə görə dəmir yolunda gecikmələr davam edir

Fransada işsizlik səviyyəsi 8,3 faizə yüksəlib

“Mançester Yunayted” türkiyəli qapıçını icarəyə verib

Bakıda keçiriləcək Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ilə bağlı Təşkilat Komitəsi yaradılıb – SƏRƏNCAM

Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun Təşkilat Komitəsinin yaradılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

X.N.Fərhadovun Azərbaycan Respublikasının Malayziyada fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Deputat: ABŞ-də paraflanan sülh sənədi Cənubi Qafqazda yeni geosiyasi mərhələnin əsasını qoyub