Rene van der Linden: Azərbaycanın parlaq gələcəyini görürəm
Bakı, 18 may, AZƏRTAC
Azərbaycan inanılmaz dərəcədə inkişaf edərək dəyişib. Bunu Bakının simasında aydın görmək mümkündür.
AZƏRTAC xəbər verir ki, bu fikri Bakıda keçirilən II Azərbaycan-Avropa İttifaqı biznes forumunda Niderland Krallığı Senatının sabiq sədri, Avropa Şurası Parlament Assambleyasının fəxri sədri Rene van der Linden bildirib.
"Stabilliyi ilə seçilən və sülhməramlı təkliflərə dəstək verən Azərbaycanın parlaq gələcəyini görürəm", - deyə Rene van der Linden diqqətə çatdırıb.