Azərbaycan Dövlət İnformasiya Agentliyi

Rəqəmsal iqtisadiyyatın inkişafında qadınların rolu

Bakı, 23 sentyabr, AZƏRTAC

Sosial təbəqələşmə təbii haldır və heç bir ölkə onu sona qədər aradan qaldıra bilməyib. İnternet hər kəs üçün bərabər şərtlərlə məlumat əldə etmək vasitəsi kimi düşünülsə belə, istər cinsi, istərsə də sosial və ya mədəni baxımdan rəqəmsal məkanda hələ də boşluqlar mövcuddur.

AZƏRTAC Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin araşdırmasını təqdim edir.

Azərbaycanda vəziyyət belədir: qadınlar informasiya cəmiyyətinin və rəqəmsal iqtisadiyyatın inkişafında fəal iştirak edirlər. Onlar informasiya texnologiyalarının (IT) aktiv istifadəçiləridir, lakin nadir hallarda istehsalçı qismində çıxış edirlər. Texnologiya sektorunda ən yüksək vəzifələri kişilər tutur.

IT gender bərabərliyinə və qadınların səlahiyyətlərinin artırılmasında əhəmiyyətli rol oynayacaq. Texnologiyalar qadınlara və qızlara işləri və ictimai həyatda iştirakları üçün vacib olan məlumatları və əlavə mənbələri əldə etmək imkanı verir. IT-yə çıxış əldə etməklə qadınlar cəmiyyətdə, hökumət və qlobal səviyyədə fikirlərini ifadə etmək üçün daha çox imkana sahib olacaqlar. Bu, qadınlar üçün real vaxt rejimində fəaliyyət sərbəstliyi də təmin edir ki, bu da sosial təcridə məruz qalmış qadınlar üçün xüsusilə dəyərli ola bilər.

Müasir dövrdə rəqəmsal iqtisadiyyatın inkişafı üçün geniş imkanlar mövcuddur. Bütün ölkələr bu istiqamətdə strategiyalar hazırlayıb. Lakin son illərdə rəqəmsal iqtisadiyyatda gender bərabərliyi də vacib bir faktor kimi vurğulanır. Azərbaycanda da bu məqama xüsusi diqqət yetirilir. Ölkədəki qadınlar IT sektorda əhəmiyyətli rol oynayırlar. Hazırda sözügedən sektorda çalışan 26 min 500 işçinin 29,7 faizini qadınlar təşkil edir. İldən-ilə texnologiyalardan istifadə edən qadınların sayı artır. Məsələn, bu gün internetdən istifadə edən işçilərin 47 faizi qadındır. Qadınlar sosial şəbəkələrdə də fəal iştirak edir. Azərbaycanda “Facebook” istifadəçilərinin 34 faizi, “Instagram” istifadəçilərinin isə 36 faizi qadınlardır.

Ölkədə qadınlar üçün xüsusi platformalar yaradılıb. Bunlara misal olaraq “Girls Code” platformasını göstərmək olar. Bu platforma Azərbaycanda qadınların IT sektorunda fəal iştirak etməsini, onların uğurlu karyera qurmasını, IT sektorunda olan gender bərabərsizliyinin azaldılması və bu sahədə qadınların sayının daha da artırılmasını hədəfləyir. Hazırda 1000-dən çox xanım bu platformanın üzvüdür və onlar üçün bir sıra təlim və maarifləndirici tədbirlər keçirilib.

“Göründüyü kimi, dünyada bütün sektorlarda gender bərabərsizliyi var. Bu problemin həlli vacibdir. Qadınların İKT-yə cəlb edilməsi iqtisadiyyatın böyüməsini gücləndirə və stimullaşdıra bilər. Qadınlar yalnız işçi qüvvəsi deyil, onlar, həmçinin iş yerlərini yeni bacarıqlarla zənginləşdirir və məhsuldarlığı artırır. Qadınlar bu sektora daha yaradıcı elementlər, daha əhatəli yanaşma əlavə edə bilirlər”, - deyə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (NRYTN) İnnovasiyalar və rəqəmli inkişaf şöbəsinin müdiri Rəşad Əzizov bildirib.

Onun sözlərinə görə, ümumilikdə gender məsələsini əhatə edən hüquqi baza həm beynəlxalq, həm də milli sahədə mövcuddur. Azərbaycan gender bərabərliyi və qadın hüquqlarını təmin edən beynəlxalq konvensiyalara qoşulub, kişilər və qadınlar üçün bərabər hüquqi imkanların təmin edilməsi ölkə konstitusiyası və hüququnda əks olunub.

“Ekosistemin inkişafı üçün, ilk növbədə, əlaqələndirməni daha yüksək səviyyəyə qaldırmaq gərəkdir. Hazırda ekosistemə dövlət qurumları, ali təhsil müəssisələri, qeyri-hökumət təşkilatları, gender resurs mərkəzləri və tədris mərkəzləri daxildir. Hesab edilir ki, burada koordinasiyanın gücləndirilməsi üçün bir platformaya ehtiyac var. İkinci addım, İKT Qadın Forumunu keçirmək və mövcud vəziyyət, problemlər, gözləntilər ətrafında müzakirələr aparmaqdır”, - deyə R.Əzizov qeyd edib.

Qadınların rəqəmsal iqtisadiyyata çıxışı imkanlarının artırılması

Bu məqsədlə UNESCO-nun dəstəyi ilə Azərbaycanda “İKT LAB” Tətbiq və Tədris Mərkəzi tərəfindən “Rəqəmsal qızlar (“Digital Girls”) - Milli təlim proqramı” adlı layihə həyata keçirilib. Layihənin məqsədi rəqəmsal gender bərabərsizliyini azaltmaq, qadınların rəqəmsal bacarıqlarını inkişaf etdirmək və ölkəmizdə qadınların şəxsi inkişafını dəstəkləməkdir. Layihə çərçivəsində 560 şagird və gənc qıza rəqəmsal bacarıqlar və kompüter texnologiyaları üzrə, həmçinin şəxsi inkişaf bacarıqları və bu bacarıqlardan istifadə edərək uğur qazanmaq yolları üzrə təlimlər keçirilib. O cümlədən qızlar İKT sahəsində uğurlu karyera qurmaq imkanları ilə tanış olublar. Təlimlər Bakı və Xırdalan şəhərindəki məktəblərdə, həmçinin Ağdam, Şamaxı, Mingəçevir, Zaqatala, Qəbələ, Ağdaş və Şabran şəhərlərində təşkil edilib.

Qadınlara innovasiyalar üzrə təlim və tədris imkanları tanıyan “SmartNation” layihəsinin rəhbəri, “İKT-də Qadınlar Klubu”nun həmtəsisçisi Şəbnəm Məmmədova hesab edir ki, Azərbaycanda belə bir stereotip var - texnologiya qadın işi deyil və qadınlar innovasiyalara cəlb edilməməlidirlər.

“Hər bir qadın öz gücünə inanmalıdır. Peşə növündən asılı olmayaraq, qadınlar bu sahədə güclü mütəxəssis ola biləcəkləri barədə özünəinam formalaşdırmalıdırlar. Cəmiyyətin nə düşünməsindən, hansı stereotiplərə malik olmasından asılı olmayaraq, qadınlarda, ilk növbədə, özünəinam olmalıdır. Dünən üçün aktual olan texnologiya bu gün aktuallığını itirə bilər. Bunu bacarmaq üçün sürətlə dəyişən tendensiyalarla ayaqlaşmalıyıq. Bacarıqların inkişafı daimi olmalıdır”, - deyə Ş.Məmmədova qeyd edib.

Onun fikrincə, uğura aparan əsas xüsusiyyət məqsədin olmasıdır: “Məqsədsiz uğura çatmaq real deyil. İnsan hara gedəcəyini bilməlidir. İkinci əsas faktor isə nizam-intizamdır. Məqsəd “vau” effektli ola bilər, lakin bu yolda nizam-intizam yoxdursa, istənilən nəticəyə çatmaq olmaz. Uğura aparan digər vacib amil isə komanda işidir - doğru komanda işi və kommunikasiya. Çünki ideya və məqsəd çox parlaq ola bilər, lakin əgər insanlarla və komanda ilə düzgün kommunikasiya yoxdursa, uğur gözləmək əbəsdir”, - deyə o bildirib.

Ş.Məmmədova hesab edir ki, son illər informasiya texnologiyaları hətta ucqar kəndlərdə yaşayan qadınlar üçün daha əlçatan olub. Bu, qadınların internetə, sosial şəbəkələrə, müxtəlif veb-platformalara çıxışını daha da asanlaşdırıb. Qadınların IT-yə marağı artmaqdadır və son illərdə qadınların informasiya texnologiyalarında iştirakı yönündə müsbət tendensiya müşahidə olunmaqdadır.

“Qadınların kreativ və tənqidi düşünmə qabiliyyəti uğurun əlamətidir. Sırf texnologiyalar sahəsinə gəldikdə, qadınlar bu sahədə də bacarıqlıdır və onların uğuru tez nəzərə çarpır. Mənim həmtəsisçisi olduğum “Femmes Digitales” təşkilatı ölkədə texnologiya sahəsində fəaliyyət göstərən top menecerləri bir araya gətirir. Son 6 il ərzində Bakıda və rayonlarda, ixtisas seçimi astanasında olan qızların IT sahəsinə marağının formalaşmasında, bu sahədə biliklərin, uğurun qazanılmasında, ideyanın biznesə çevrilməsində və müxtəlif səpkidə mövzularda “hackathon”lar, təlimlər, seminarlar təşkil olunub”, - deyə Ş.Məmmədova əlavə edib.

Avropa İttifaqının rəqəmsal iqtisadiyyata və cəmiyyətə dəstəyi

Aİ də “EU4Digital” təşəbbüsü ilə rəqəmsal iqtisadiyyata və cəmiyyətə dəstək nümayiş etdirir. Belə ki, “EU4Digital” iqtisadi artım və iş yerləri üçün əsas katalizator kimi Azərbaycan da daxil olmaqla, Şərq Tərəfdaşlığı bölgəsində rəqəmsal iqtisadiyyatın və cəmiyyətin inkişafını dəstəkləyir. Dəstək sahələri yüksəksürətli genişzolaqlı internetin inkişafından tutmuş kibertəhlükəsizliyin qurulması, rəqəmsal iqtisadiyyatda bacarıqların inkişafı və daha çox iş yerinin açılmasına qədər şaxələnir.

“EU4Digital”ın İKT İnnovasiya mütəxəssisi Anna Pobol qadınların rəqəmsal sənayedə xüsusilə vacib olduğunu deyir: “Qadınların İKT sahəsindəki artan iştirakının iqtisadiyyatı gücləndirmək potensialı təkcə onları işçi qüvvəsinə əlavə etməklə (onların işinə qarşı maneələrin azaldılması yolu ilə) məhdudlaşmır, qadınlar həm də iş yerlərinə yeni bacarıqları əlavə edərək məhsuldarlıq və inkişafın güclənməsinə səbəb olur”.

O, qadın və kişilərin istehsal müddətində bir-birini əvəz etmədiyini, əksinə, inkişafda qadınların məşğulluğunun artırılması ilə əlavə bir fayda yaradaraq bir-birini tamamladığını aşkara çıxaran Beynəlxalq Valyuta Fondunun son araşdırmasına istinad edib: “Başqa sözlə, işçi qüvvəsinə daha çox qadın əlavə etməklə kişi işçilərin sayında bərabər artımın baş verdiyi ssenaridən daha böyük iqtisadi fayda gətirəcək”.

A.Pobol “EU4Digital”ın qadınları xüsusilə onların şəbəkələşmə və təlim ehtiyaclarını hədəf alan bütün cari fəaliyyətlərinə cəlb etməyə çalışdığını söyləyib: “Yeni başladılan “WomenGoTech”in fəaliyyəti rəqəmsal iqtisadiyyatda öz yerlərini tapmağı hədəfləyən qadınları dəstəkləyir”.

Fəaliyyət çərçivəsində qadınların texnoloji mentorluq proqramları dəstəklənir və yerli benefisiarların bu cür proqramları Azərbaycan da daxil olmaqla öz ölkələrində icra etmək səylərini gücləndirməyə çalışır.

Ötən ay layihə Şərq Tərəfdaşlığı ölkələrindən olan 15-dən çox mütəxəssisi qadınların texnoloji sektorda iştirakına qarşı əngəlləri və çətinlikləri, habelə qadınların intensiv texnologiya tətbiq edilən iş yerlərində iştirakını artırmaq məqsədilə mövcud təşəbbüsləri önə çıxaran virtual təlim üçün bir araya gətirib.

“İKT Qadın Klubu”nun nümayəndəsi Ş.Məmmədova bildirib ki, ötən il “Rəqəmsal qızlar” layihəsi çərçivəsində təlimlərdə iştirak edən qadınların rəyləri təcrübənin onların həyatlarında böyük rol oynadığını göstərib. IT-yə olan maraq onların baxışlarını dəyişib. Onlar IT ilə bağlı işlərdə çalışmağa başlamasalar belə, texnologiyanın tətbiq edilməsinin vacibliyini başa düşüblər.

Ş.Məmmədova gender bərabərliyinin yalnız iş yerindəki qadın sayını artırmaqdan ibarət olmadığını etiraf edib: “Xüsusi bacarıqlara sahib qadınları tanıyıram. Məsələn, məlumat analitikasında çalışan, yeni həllər və rəqəmsal xidmətlər formalaşdırmaq üçün işləyən qadınlar var. Həvəsləndirici tendensiya ondan ibarətdir ki, son 3-4 ildə qadınların IT karyeralarını planlaşdırmasında çox müsbət bir tendensiya müşahidə olunur. Yaxın gələcəkdə qadın IT mütəxəssislərinin sayının artacağını düşünürəm”.

Xatırladaq ki, qadınları IT sahəsində karyeralarını davam etdirməyə təşviq edən Moldovada Aİ-nin Şərq Tərəfdaşlığı proqramı çərçivəsində icra olunan yeni təşəbbüsü misal olaraq gətirmək olar. Belə ki, “Tech Women Ambassadors” proqramı, “Tekwill” və “Tech Women Community” layihələri IT mütəxəssislər arasında məlumat, motivasiya və təcrübə ötürülməsini artırmaq, asanlaşdırmaq, eyni zamanda, bu sənayedə karyera qurmaq istəyən qadınların və qızların istəklərinə təkan vermək və onları təşviq etmək üçün hazırlanıb. Proqramda aylıq qeyri-rəsmi tədbirlər, konfranslar, sosiallaşma sessiyaları, karyera rəhbərliyi, mentorluq, təcrübə mübadiləsi və IT sahəsindəki peşə imkanlarını öyrənmək, araşdırmaq və onlardan faydalanmaq istəyən hər kəsə açıq olan digər görüşlər nəzərdə tutulur.

Bu günlərdə isə “EU4Digital” təşəbbüsü çərçivəsində qadın mentorluğu proqramları üzrə təlim təşkil edilib. İKT və innovasiya sahəsində qadınların mentorluq proqramlarına dair virtual təlim zamanı texnologiya ilə əlaqəli iş yerləri, tədbir və təşəbbüsləri qadınlar üçün daha əhatəli hala gətirmək, bununla da daha çox qadını texnologiyaya cəlb etmək barədə fikirlər səsləndirilib.

A.Pobol hesab edir ki, Şərq Tərəfdaşlığı regionunda qadınlara göstərilən konkret dəstəyin inkişaf etdirilməsinin əsas məqsədi onların innovasiya və İKT sahələrində iştirakını genişləndirməkdir.

“Şərq Tərəfdaşlığı bölgəsində qadınlar və kişilər arasında vəzifə bölgüsü Aİ ölkələri ilə müqayisədə hələ də qeyri-bərabərdir. Qadınlar iş saatlarından əlavə ev işlərinə də vaxt ayırırlar, üstəlik, uşağa baxmaq və yemək bişirmək kimi işlərin də məsuliyyətini daşıyırlar. Beləliklə, qadınların rəqəmsal iqtisadiyyatı daha çox müştəri mərkəzli, balanslı və intellektual mənəvi vəziyyətə gətirmək imkanı gündəlik və həyat rutinləri, həmçinin davamlı qərəzlər tərəfindən əhəmiyyətli dərəcədə məhdudlaşdırılır”, - deyə o qeyd edib.

Qadınların İKT sahəsindəki artan iştirakı və bununla da iqtisadiyyatı gücləndirmək potensialı təkcə onları işçi qüvvəsinə əlavə etməklə (onların işinə qarşı maneələrin azaldılması yolu ilə) məhdudlaşmır, qadınlar həm də iş yerlərinə yeni bacarıqları əlavə edərək məhsuldarlıq və inkişafın güclənməsinə səbəb olur.

Makroiqtisadi, sektoral və şirkət səviyyəsindəki məlumatlardan alınan dəlillərə əsaslanan Beynəlxalq Valyuta Fondunun son araşdırmalarından birinə görə, qadın və kişilər istehsal müddətində bir-birini əvəz etmir, əksinə, inkişafda qadınların məşğulluğunun artırılması ilə əlavə bir fayda yaradaraq bir-birini tamamlayır. Başqa sözlə, işçi qüvvəsinə daha çox qadın əlavə etmək kişi işçilərinin sayında bərabər artımın baş verdiyi ssenaridən daha böyük iqtisadi fayda gətirəcək.

Aİ-nin “EU4Digital” təşəbbüsü qadınları davam edən bütün fəaliyyətlərə cəlb etməyə çalışır və qadınların şəbəkələşmə və təlim ehtiyaclarını hədəf alan fərqli bir yanaşma nümayiş etdirir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

RF baş konsulluğu “Flydubai” təyyarəsinin göyərtəsində rus pilotun olması xəbərlərini təkzib edib

Rusiyanın iki hava limanında uçuş məhdudiyyətləri aradan qaldırılıb

ADAU “UI GreenMetric 2026” reytinqində mövqeyini yaxşılaşdırıb

“Azərbaycan Şəkər İstehsalat Birliyi”nin ixrac gəlirləri 2 dəfədən çox artıb

Azərbaycanda dayanıqlı turizmin inkişafı üçün yeni elmi-tədqiqat layihəsi icra olunur

Sentyabrın 30-u Beynəlxalq Tərcüməçilər Günüdür

Bu ilin 9 ayında Gürcüstandan 3 mindən çox əcnəbi deportasiya olunub

Olimpiada iştirakçıları biologiya üzrə seçim imtahanında biliklərini sınayacaqlar

İspaniya təbii qaz qiymətində artımları məhdudlaşdırıb

Naxçıvanda “RehaBus” layihəsi üzrə əlilliyi olan 216 şəxsə xidmət göstərilib

BDU-da elmi-tədqiqat layihələri üzrə müsabiqə elan olunur

Oğuzda narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar

Fransalı pilot “Haas” komandasından ayrılacağını açıqlayıb

ATU ilk dəfə Dünya Universitetləri Reytinqində yer alıb

Xocavənd şəhərində daha 16 ailəyə evlərinin açarları təqdim olunub YENİLƏNİB VİDEO

Xocavənd şəhərində daha 16 ailəyə evlərinin açarları təqdim olunub YENİLƏNİB VİDEO

Azərbaycanlı mühəndis və texniklər tərəfindən hazırlanmış "KASIRGA" dolanan sursatı ilk dəfə ictimaiyyətə təqdim olunur VİDEO

Azərbaycanlı mühəndis və texniklər tərəfindən hazırlanmış "KASIRGA" dolanan sursatı ilk dəfə ictimaiyyətə təqdim olunur VİDEO

Yunanıstanda 4 bal gücündə zəlzələ olub

Qeyri-neft sektoruna qoyulan investisiyalar daha geniş inklüzivlik yarada bilər - ŞƏRH

Rumıniya sərhədi yaxınlığında hava hədəfi aşkarlanıb, iki F-18 qırıcısı havaya qaldırılıb

Bərdədə baş vermiş ölüm faktı ilə bağlı cinayət işi başlanıb

Azərbaycan Alpinizm Federasiyasına yeni prezident seçilib

Böyük Qayıdış: Daha 19 ailə Xocalı və Ağdərəyə qayıdıb

TƏBİB: Həkim qəbuluna onlayn növbənin əldə edilməsi üçün ödəniş tələb olunmur

ABŞ 1 sentlik sikkənin istehsalını dayandırır

“flydubai” uçuş zamanı təyyarədə insident baş verdiyini təsdiqləyib

Xaçmazda məktəblini avtomobil vurub VİDEO

Xaçmazda məktəblini avtomobil vurub VİDEO

Trans-Xəzər boru kəməri layihəsi yenidən aktuallaşır

Baş Prokurorluq: 11 nəfərin zəhərlənməsi ilə bağlı araşdırma aparılır – YENİLƏNİB 2

Xatirə Hüseynova: “X nəslinə uzun mətn, Z nəslinə 30 saniyəlik video” yanaşması stereotipə çevrilir – ŞƏRH

Azərbaycan enerji ixracatçısından çoxfunksiyalı bağlantı mərkəzinə çevrilir - ŞƏRH

Professor: Arxeoloji tədqiqatlarda əsas meyar faktlardır

Qarabağda yeniyetmə və gənclərin avarçəkməyə marağı təlimlərlə artırılacaq VİDEO

Qarabağda yeniyetmə və gənclərin avarçəkməyə marağı təlimlərlə artırılacaq VİDEO

NİİM avtobus zolaqlarına daxil olan sürücülərə müraciət edib VİDEO

NİİM avtobus zolaqlarına daxil olan sürücülərə müraciət edib VİDEO

Hidayət Cəfərov: Ömrümün 56 ilini Qarabağın qədim abidələrinin öyrənilməsinə həsr etmişəm

Slovakiya ilə məxfi məlumatın mübadiləsi və qarşılıqlı mühafizəsi həyata keçiriləcək

"Birliyin Gücü – 2026” təlimində növbəti mərhələnin tapşırıqları uğurla yerinə yetirilib VİDEO

"Birliyin Gücü – 2026” təlimində növbəti mərhələnin tapşırıqları uğurla yerinə yetirilib VİDEO

Neft qiymətləri sentyabrı artımla tamamlamağa hazırlaşır

Monqolustanla hava əlaqəsi haqqında Saziş təsdiq edilib

Sabah bəzi yerlərdə yağış yağacaq

Şükürbəyli kəndində daha 9 ailəyə evlərinin açarları təqdim olunub YENİLƏNİB

Prezident İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış olub YENİLƏNƏCƏK VİDEO

Parlament cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında İkinci Əlavə Protokolu təsdiqləyib

Formula 1 Azərbaycan Qran-Prisini 300-ə yaxın media nümayəndəsi işıqlandırıb

Milli Məclis Azərbaycan və İordaniya arasında imzalanan viza tələbindən azad edilmə barədə sazişi təsdiqləyib

Ekspert: Müəllim üçün süni intellekt köməkçisinin yaradılması tədrisə mühüm dəstək verə bilər

İki dövlət – bir səhnə, qardaş nəğmələri: İstanbulda Azərbaycan gecəsi VİDEO

İki dövlət – bir səhnə, qardaş nəğmələri: İstanbulda Azərbaycan gecəsi VİDEO

Fransanın məşhur klubu 1 avroya satılıb

Vergi Məcəlləsində startaplarla bağlı bəzi güzəştlər tətbiq olunacaq

Qızılın qiyməti sentyabrı itki ilə tamamlayır

Gövhər Baxşəliyeva: Hidayət Cəfərov öz təcrübəsini yeni nəsillərə ötürür

Rusiya “ADEX-2026” sərgisində 730 adda hərbi təyinatlı məhsul təqdim edir

Bakıda Xoca Əhməd Yəsəvinin irsinə həsr olunmuş beynəlxalq sərgi - “Mavi günbəzin sirri”

AQTA: 22 heyvan bazarı yenidən qurularaq istifadəyə verilib VİDEO

AQTA: 22 heyvan bazarı yenidən qurularaq istifadəyə verilib VİDEO

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Cəfərabad türbəsi

Şahmar Mövsümov: Qanun layihəsinin yenidən baxılmaq üçün Milli Məclisə qaytarılması onun müddəalarının təkmilləşdirilməsinə imkan yaradıb

Kərim Şükürov: Azərbaycan arxeologiyası yalnız regional deyil, dünya miqyasında da mühüm yer tutur

Çində robotlar arasında basketbol yarışı keçiriləcək

Bakı Ali Neft Məktəbinin tələbələri “TEXNOFEST” festivalında yeni uğurlar qazanmaq niyyətindədirlər

Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı elan edilmiş müsabiqə üzrə test imtahanı oktyabrın 9-da keçiriləcək

Böyük Britaniyanın müdafiə naziri ADEX-2026 sərgisində iştirak edir

Avqustda qlobal LNG ticarəti 8,8 faiz azalıb

Fransada alıcılıq qabiliyyəti kəskin zəifləyir

Ruhəngiz Heydərova: Hidayət Cəfərovun Azərbaycan arxeologiyasına töhfələri xüsusi əhəmiyyət daşıyır

Fərhad Quliyev: Hidayət Cəfərov Qarabağ arxeologiyasının tədqiqində mühüm xidmətlər göstərib

Almaniyada çirkli pulların yuyulmasında şübhəli bilinən şəbəkəyə qarşı əməliyyat keçirilir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 30 sentyabr

Azərbaycanın investisiya imkanları xarici investorların marağını artırır - ŞƏRH

Azərbaycanın süni intellekt sənayesi Qazaxıstandakı “AI&Digital Bridge 2026” forumunda təmsil olunacaq - ŞƏRH

Qlobal valyuta bazarında əsas amil aparıcı mərkəzi bankların faiz siyasətidir - ŞƏRH

Bolqarıstan klubunun rəhbər şəxslərindən biri Plovdivdə güllələnərək öldürülüb

Yasamalda qəza baş vermiş ərazidə su axıntısının qarşısı alınıb VİDEO

Yasamalda qəza baş vermiş ərazidə su axıntısının qarşısı alınıb VİDEO

Ötən ay 87 milyon manat məbləğində xəzinə qalığı müddətli depozitlərə yerləşdirilib

Azərbaycanlı tələbə Rusiya hökumətinin təqaüdünü qazanıb

Azərbaycanda Məhkəmə Ekspertizası Tədqiqat Metodlarının Dövlət Reyestri istifadəyə verilib

Ekspert: Kənd təsərrüfatının inkişafı ölkənin ərzaq təhlükəsizliyinin təmin olunmasına şərait yaradır

AzTU Azərbaycandan “THE” dünya reytinqinə daxil olan 5 universitetdən biridir

Azərbaycan mətbəxinin ənənəvi dadları Fransada: Bahar Ağamalovanın kulinariya yolu

DSMF fəaliyyətinin 34-cü ilini qeyd edir

Qarabağ: arxeoloji mədəniyyətlər qovşağında - beynəlxalq elmi konfrans

Dövlət Vergi Xidmətinin nümayəndələri beynəlxalq tədbirdə iştirak ediblər

GECF: Avqustda Yaxın Şərqdə təbii qaz və LNG istehsalı illik müqayisədə üçdəbir nisbətində azalıb

Qusarda şəhidlərin xatirəsi anılıb

Azərbaycanın 4 velosipedçisi Avropa çempionatında mübarizə aparacaq

İraq hökuməti ABŞ-nin rəhbərlik etdiyi beynəlxalq koalisiyanın missiyasının başa çatdığını elan edib

Səkkiz ayda icbari tibbi sığorta ilə 66 milyon xidmət göstərilib

Qaçırıldığı ehtimal edilən “Flydubai” təyyarəsi Səudiyyə Ərəbistanına enib - YENİLƏNİB

Sahibə Qafarova: 44 günlük Vətən müharibəsində qazanılan Qələbə mühüm tarixi nailiyyətdir

® Startaplar ölkəsi: “ICT Week Uzbekistan” forumunun Mərkəzi Asiyada texnologiya sektorunun inkişafı barədə göstərdikləri

Yaxın Şərqdə gərginliyin artması LNG axınları və qiymətlər üçün əlavə risklər yaradır - HESABAT

Kitab sərgisi, yeni nəşrlər və doktorantura - Elmi Şura

Məhkəmə-Hüquq Şurasının iclasında Hakimlərin Seçki Komitəsinin müraciətinə baxılıb

BDYPİ “Təmiz hava” aylığı ilə bağlı sürücülərə çağırış edib

Türkiyəli baş məşqçi: Azərbaycan gözəl dostluqlarımın və xatirələrimin olduğu ölkədir – MÜSAHİBƏ

AMEA-da rəqəmsal inkişaf: ilk dəfə Ədəbiyyat İnstitutunda yeni sistem tətbiq olunur

Milli Məclisin payız sessiyası işə başlayıb: müzakirəyə 16 məsələ çıxarılıb

AMEA ilə Pakistanın Şimal Universiteti arasında anlaşma memorandumu imzalanıb

DİN: Ötən gün 56 cinayətin açılması təmin olunub

Türkiyədə “TEKNOFEST - Cənub-Şərq” festivalı təşkil olunub

Lənkəranda çəltik biçini davam edir, məhsuldarlıq yüksəkdir VİDEO

Lənkəranda çəltik biçini davam edir, məhsuldarlıq yüksəkdir VİDEO