RESPUBLİKA UNİVERSİADASININ PROQRAMINA DAXİL OLAN CÜDO TURNİRİNİN QALİBLƏRİ MƏLUM OLMUŞDUR
Bakı, 4 mart (AZƏRTAC). Tələbələrin 9-cu respublika universiadasının proqramı çərçivəsində keçirilən cüdo üzrə turnirin qalibləri müəyyənləşmişdir.
Milli Aviasiya Akademiyasının idman zalında 15 ali təhsil məktəbdən 73 idmançı qələbə uğrunda mübarizə aparmışdır.
Onlardan Rahib Nəcəfquliyev (60 kq, Azərbaycan Dövlət Neft Akademiyası -ADNA), Ramil Camalov (66 kq, Azərbaycan Tibb Universiteti), Nicat İsmayılov (73 kq, ADNA), Rövşən Səfərov (81 kq, ADNA), Kənan Nağıyev (90 kq, Azərbaycan Dövlət İqtisad Universiteti), Qədir Əliosmanov (100 kq-Azərbaycan Beynəlxalq Universiteti - ABU) və Nurlan Rzayev (100 kq-dan yuxarı, ABU) birinci yerləri tutmuşlar.
Komanda yarışlarında isə Azərbaycan Bədən Tərbiyəsi və İdman Akademiyası və Azərbaycan Beynəlxalq Universiteti birinci olmuşlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [15:04]
Futzal üzrə Azərbaycan millisinin oyununa hakim təyinatları açıqlanıb
- 14.10.2026 [13:20]
“Vilyarreal”ın qapıçısı silahlı basqın səbəbindən “Napoli” ilə oyunu buraxıb
- 14.10.2026 [13:05]