Reuters: ABŞ Şərqi Avropada 1250 ədəd zirehli texnika yerləşdirəcək
Bakı, 13 yanvar, AZƏRTAC
Yanvarın əvvəlində ABŞ-ın Niderlandın Vlissingen limanına gətirilən 1250 ədəd zirehli texnikası, o cümlədən tanklar planlı şəkildə Polşa və Baltikyanı ölkələrdə yerləşdiriləcək.
AZƏRTAC Reuters agentliyinə istinadla xəbər verir ki, Şərqi Avropaya, əsasən Fort-Hud şəhərində yerləşən 1-ci Süvari Diviziyanın 2-ci briqadasının döyüş qrupunun “Abrams M1” tankları və piyadaların “Bradley” döyüş maşını göndəriləcək.
Bu yerdəyişmə NATO-nun döyüş qruplarının alyansın şərq cinahında “planlı gücləndirilmə” strategiyasının bir hissəsidir.
NATO ölkələri ötən ilin iyununda Madriddə keçirilən sammitdə əsasını amerikalı hərbçilərin təşkil edəcəyi çoxmillətli qüvvələrinin Rusiya sərhədləri yaxınlığında uzunmüddətli yerləşdirilməsi barədə qərar qəbul edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [17:31]
Donald Tramp: Gəmilər Hörmüz boğazından hərəkət etməyə başlayır
- 15.06.2026 [16:38]
Macarıstanda xarici onlayn mağazalar üstünlük qazanır
- 15.06.2026 [15:32]
Avropanın müdafiə sənayesində əməkdaşlıq böhranı dərinləşir
- 15.06.2026 [15:23]
Türkiyənin və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub
- 15.06.2026 [15:08]
Çindən gətirilmiş təhlükəli məhsullar məhv edilib
- 15.06.2026 [15:01]
G7 sammiti ərəfəsində hadisə: bir jandarm həlak olub, iki nəfər yaralanıb
- 15.06.2026 [14:37]