RF XİN Ermənistana anti-Rusiya siyasətinin fəsadları ilə bağlı xəbərdarlıq edib
Moskva, 16 mart, AZƏRTAC
Ermənistanın KTMT-dən çıxması bu ölkənin milli maraqlarına cavab vermir, həmin proses Qərbdə hazırlanır.
AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova “RİA Novosti” agentliyinə müsahibəsində bildirib. O əlavə edib: “Ermənistanın KTMT-dən çıxması istəyi Qərblə “oyun oynamağa” deyil, ölkənin real ehtiyaclarına əsaslanmalıdır”.
Rusiya XİN-in rəsmi nümayəndəsi vurğulayıb: “Öz səhvlərini ört-basdır etmək üçün təşkilatın arxasında gizlənmək lazım deyil”.
Diplomatın sözlərinə görə, Rusiya Ermənistanla təmaslar zamanı onun anti-Rusiya siyasətinə cəlb olunmasının riskləri barədə xəbərdarlıq edir. “Biz bütün qəlbimizlə və səmimiyyətlə arzu edirik ki, Ermənistan öz suverenliyini qoruyub saxlasın”, -deyə M.Zaxarova qeyd edib.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [15:48]
Bolqarıstan NATO-nun dronlara qarşı müdafiə təşəbbüsünə qoşulmağa hazırlaşır
- 14.10.2026 [15:47]
Çinin xarici ticarəti 19 faizə yaxın artıb
- 14.10.2026 [15:27]
İsrail ordusu Livanda partlayıcı qurğu və silahlar aşkarlayıb
- 14.10.2026 [15:27]