Robert Levandovski UEFA Çempionlar Liqasında yeni rekorda imza atıb
Bakı, 24 noyabr, AZƏRTAC
Almaniyanın “Bavariya” klubunun futbolçusu Robert Levandovski UEFA Çempionlar Liqasında yeni rekorda imza atıb.
AZƏRTAC xəbər verir ki, 33 yaşlı hücumçu buna Ukraynada Kiyev "Dinamo"sunu 2:1 hesabı ilə məğlub etdikləri matçda nail olub. Matçın 14-cü dəqiqəsində hesabı açan polşalı oyunçu ikinci dəfə Avropanın bir nömrəli klub turnirində iştirak etdiyi ardıcıl 9 görüşün hamısında fərqlənə bilib.
Levandovski 2020-ci ilin noyabrından meydana çıxdığı bütün qarşılaşmalarda qol vurub. O, 2019-cu ilin avqustundan 2020-ci ilin avqustunadək olan müddətdə də Çempionlar Liqasının 9 oyununda rəqib qapılarına yol tapıb.
Qeyd edək ki, Niderland millisinin sabiq üzvü Rud van Nistelroy və hazırda İngiltərə “Mançester Yunayted”ində oynayan Kriştianu Ronaldu bunu bir dəfə bacarıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [13:05]
“Barselona” tarixi rekordu təkrarlayıb
- 14.10.2026 [12:45]
“Barselona”nın baş məşqçisi İstanbulda kuryoz hadisə ilə üzləşib
- 14.10.2026 [10:44]