Roma Papası Aralıq dənizi yepiskoplarının görüşündə miqrasiya mövzusunu qaldıracaq
Bakı, 7 avqust, AZƏRTAC
Sentyabrda Marseldə katolik yepiskoplarının “Aralıq dənizi görüşləri”nin yekununda iştirak edəcək Roma Papası Fransisk miqrasiya mövzusunu qaldırmaq niyyətindədir.
AZƏRTAC xəbər verir ki, ANSA agentliyi Roma Papasının sözlərindən sitat gətirib: “Bu, məni narahat edən problemdir. Miqrantların istismarı cinayətdir. Miqrantların faciəsi barədə düşünmək məqsədilə yepiskoplar bu görüşü üçün keçirirlər”. Fransiskin fikrincə, Aralıq dənizi bir qəbiristanlıqdır. Lakin bu, ən böyük deyil, ən böyük qəbiristanlıq Şimali Afrikadadır.
Marsel yeparxiyası sentyabrın 18-dən 24-dək iqtisadi bərabərsizlik, miqrasiya və iqlim dəyişikliyi mövzularında görüşlər təşkil edəcək. Məlumata görə, Roma Papası sentyabrın 22-23-də keçiriləcək tədbirlərdə iştirak edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [18:24]
Böyük Britaniyanın Baş naziri: Hökumət sərt qərarlar qəbul etməyə məcburdur
- 12.06.2026 [17:23]
Labubu dünya çempionatının açılış mərasimində iştirak edib
- 12.06.2026 [16:26]