İDMAN
Ronaldonun “Əl-Nəsr”in oyunçusu kimi təqdimat mərasimini üç milyard insan izləyib

Bakı, 6 yanvar, AZƏRTAC
Hücumçu Kriştiano Ronaldonun Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun oyunçusu kimi təqdimatını üç milyard insan izləyib.
AZƏRTAC xəbər verir ki, bu barədə jurnalist Pedro Sepulveda özünün sosial şəbəkə hesabında paylaşım edib.
Mənbənin sözlərinə görə, 37 yaşlı hücumçunun təqdimatını 3 milyard tamaşaçı auditoriyası ilə dünyanın 40 kanalı nümayiş etdirib.
2022-ci ildə Qətərdə Argentina və Fransa millilərinin qarşılaşdığı (penaltilər üzrə 3:3, 4:2) dünya çempionatının final oyununu dünyada 2 milyard insan izləyib.
Qeyd edək ki, yanvarın 3-də “Əl-Nəsr” Ronaldonu Ər-Riyaddakı 25 min tamaşaçı tutumuna malik “Mrsul Park” stadionunda təqdim edib. Portuqaliyalı Səudiyyə Ərəbistanı klubu ilə 2025-ci ilin yayına qədər müqavilə imzalayıb.