Rüfət Əzizov ibtidai siniflərdə aparılan təhsil islahatlarından danışıb
Bakı, 9 sentyabr, AZƏRTAC
Hazırda təhsil sahəsində üç istiqamətdə islahatlar aparılır: müəllimlər, məzmun və qiymətləndirmə. İslahatların bir çoxu məhz ibtidai sinif müəllimləri ilə bağlıdır.
AZƏRTAC xəbər verir ki, bunu Təhsil İnstitutunun direktoru Rüfət Əzizov İbtidai sinif müəllimlərinin 3-cü təhsil forumunda söyləyib. O qeyd edib ki, ilk dəfə olaraq keçən il ibtidai sinif müəllimlərinin sertifikatlaşdırılması həyata keçirildi. Müəllimlərin 80 faizi bu prosesdən uğurlu keçdi. Sertifikatlaşdırma həm də müəllimlərin öz maaşlarını artırması üçün bir imkandır.
Sertifikatlaşdırmadan uğurla keçə bilməyən müəllimlər üçün təlimlər təşkil edilib. Müəllimlərin böyük hissəsi ikinci dəfə sertifikatlaşdırma prosesindən uğurla keçib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [14:34]
ADAU “UI GreenMetric 2026” reytinqində mövqeyini yaxşılaşdırıb
- 30.09.2026 [14:13]
BDU-da elmi-tədqiqat layihələri üzrə müsabiqə elan olunur
- 30.09.2026 [13:17]