Rumıniya yığmasının millimizlə oyun üçün heyəti açıqlanıb
Bakı, 11 sentyabr, AZƏRTAC
DÇ-2024-ün elit-raundunda sentyabrın 15-də Azərbaycan millisini qəbul edəcək Rumıniya yığmasının heyəti açıqlanıb.
Federasiyadan AZƏRTAC-a verilən məlumata görə, baş məşqçi Endre Kaçso ikisi qapıçı olmaqla, ümumilikdə 16 futzalçıya dəvət göndərib.
Onlardan altısı son çempion “Yunayted Qalati”nin üzvüdür. Ölkə xaricində isə 2 oyunçu çıxış edir. Onlardan braziliyalı Paulo Josue Letra Kosta Ferreyra Portuqaliya, Felipe Pinto Viana de Oliveyra isə Çexiya çempionatında oynayır.
Qapıçılar: Petrișor Tonitsa (“Yunayted Qalați”), Teodor Lunqu (“Timişoara”)
Oyunçular: Valentin İlaş (“Timisoara”), Andre Luis Sasse (“Xrudim”, Çexiya), Paulo Josue Letra Kosta Ferreyra (“Povoa”, Portuqaliya), Felipe Pinto Viana de Oliveyra (“Kazma”, Küveyt), Darius Nastai (“Deva”), Manya Şabolts (“Sepsi”), İştvan Hadnagi, Balint Andor, İşlai Riçard (hamısı “Odorheyu Secuiesc”), Daniel Arauxo, Vladut Dudau, Andrey Krasiun, Matey Boşneaqa, Robert Krișan (hamısı “Yunayted Qalați”)
Baş məşqçi: Endre Kaçso
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [14:08]
Fransalı pilot “Haas” komandasından ayrılacağını açıqlayıb
- 30.09.2026 [13:43]
Azərbaycan Alpinizm Federasiyasına yeni prezident seçilib
- 30.09.2026 [12:54]
Formula 1 Azərbaycan Qran-Prisini 300-ə yaxın media nümayəndəsi işıqlandırıb
- 30.09.2026 [12:49]
Fransanın məşhur klubu 1 avroya satılıb
- 30.09.2026 [11:28]
Azərbaycanın 4 velosipedçisi Avropa çempionatında mübarizə aparacaq
- 30.09.2026 [10:46]