Rumıniyada NATO döyüş qrupunun beynəlxalq təlimləri başlayacaq
Bakı, 13 avqust, AZƏRTAC
Rumıniyada avqustun 14-də NATO döyüş qrupunun beynəlxalq təlimləri başlayacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə ölkənin Milli Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Avqustun 14-dən 18-dək davam edəcək “Deployex” təlimlərində Fransa və Lüksemburqun 250 əsgərinin, həmçinin NATO döyüş qrupunun 65 texnikası iştirak edəcək. Təlimlərin məqsədi döyüş qrupunun canlı qüvvə və texnikasının çevik yerləşdirilməsi üzrə məşq etməkdir.
Bundan əvvəl Şimal Donanması Arktika zonasında qüvvələrə və qoşunlara komandanlıq və nəzarət üzrə komanda-qərargah təliminə başlayıb. Təlimlər bir neçə gün davam edəcək. Bu müddət ərzində Arktika ekspedisiya gəmi qrupunun yerləşdirilməsi həyata keçiriləcək. Qırıcılar Arktika dəniz zonasında hərbi-dəniz qüvvələrinin tətbiqi üçün mümkün əraziləri və şərtləri öyrənəcək, əməliyyatların aparıldığı ərazilərin təcrid olunması üçün xüsusi əməliyyatlar keçirəcək, həmçinin təxribat və kəşfiyyat qruplarının qarşısının alınması və məhv edilməsi üsullarını öyrənəcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [17:23]
Labubu dünya çempionatının açılış mərasimində iştirak edib
- 12.06.2026 [16:26]
Pakistanda terror aktı nəticəsində azı 1 mülki şəxs ölüb, 7 polis yaralanıb
- 12.06.2026 [16:10]
Fransa 2027-ci il prezident seçkilərinədək büdcəsiz qala bilər
- 12.06.2026 [15:59]
Aİ-də yeni miqrasiya və sığınacaq verilməsi qaydaları qüvvəyə minir
- 12.06.2026 [15:59]
Ötən il Türkiyən sənaye sektorunda rekord göstərici qeydə alınıb
- 12.06.2026 [15:51]