Azərbaycan Dövlət İnformasiya Agentliyi

Rusiya-Azərbaycan: ölkələr və qitələr birləşəndə

Rusiya-Azərbaycan: ölkələr və qitələr birləşəndə

Moskva, 19 aprel, AZƏRTAC

Azərbaycanın müasir görkəmli pavilyonu Moskvadakı “Krokus Expo” sərgi mərkəzində təşkil edilmiş 24-cü “TransRussia-2019” Beynəlxalq Nəqliyyat-Logistika Xidmətləri və Texnologiyaları sərgisində parlaq sensasiyalardan biri oldu. Rusiya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Dmitri Savelyev AZƏRTAC-a müsahibəsində Azərbaycanda nəqliyyat sahəsinin liderləri tərəfindən təqdim edilmiş və onların rusiyalı tərəfdaşlarının böyük marağına səbəb olmuş layihələr barədə danışıb.

-Dmitri İvanoviç, bu tədbir nəqliyyat sahəsi üçün nə dərəcədə sanballı oldu?

-“TransRussia-2019” sərgisinin tarixi 1995-ci ildən başlanır və bu sərgi hər il öz orbitinə daha çox iştirakçı cəlb edir. Builki sərgidə dünyanın 28 ölkəsindən 400-dən çox şirkət öz ekspozisiyalarını təqdim etdi. Onlar nəqliyyatın bütün növlərindən istifadə etməklə yükdaşımaları ilə məşğul olur, yüklərin ekspedisiyası və emalı ilə bağlı xidmətlər göstərirlər. Azərbaycan bu sərgidə öz milli pavilyonunu ilk dəfə təqdim etdi və necə deyərlər, dərhal hədəfə vurdu: onun stendi “Ən yaxşı milli ekspozisiya” nominasiyasında qalib elan edildi. Mənim fikrimcə, Azərbaycana bu qədər ciddi diqqət yetirilməsi beynəlxalq nəqliyyat infrastrukturunun inkişafında bu respublikanın əhəmiyyətinin artması və sərgidə təmsil olunmuş şirkətlərin imici ilə bağlıdır.

-Azərbaycan öz nailiyyətlərini layiqincə nümayiş etdirmək üçün nəqliyyat sahəsinin flaqmanları sırasından hansı şirkətləri seçmişdi?

-Milli pavilyonda dörd iri şirkət öz stendlərini yerləşdirib: “Azərbaycan Dəmir Yolları”, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” və “Alyans Logistiks”. İlk üç iştirakçısı şirkətin adları aydındır, Rusiya bazarı üçün bir növ yeni kəşf olan “Alyans Logistiks” isə rusiyalı biznesmenlər tərəfindən böyük maraqla qarşılanıb. Bu şirkət beynəlxalq “Şimal-Cənub” nəqliyyat dəhlizi vasitəsilə yükdaşımalarla məşğul olur6 həmin yüklər əvvəlcə Rusiyadan dəmiryol ilə Azərbaycan ərazisindən keçməklə İranın Astara şəhərinə, sonra isə avtomobil nəqliyyatı ilə Fars körfəzindəki İran limanlarına daşınır. İran istiqaməti ilə maraqlanan Rusiya şirkətləri “Alyans Logistiks”in timsalında özləri üçün etibarlı tərəfdaş tapıblar. Bakı-Tbilisi-Qars dəmir yolu marşrutu ilə Türkiyənin Aralıq dənizi limanlarına aparan digər istiqamət də yetərincə perspektivlidir.

-Nəqliyyat sahəsində Rusiya-Azərbaycan əməkdaşlığından söhbət gedəndə hökmən “Şimal-Cənub” nəqliyyat dəhlizi mövzusu ortaya çıxır. Bu qlobal layihənin əhəmiyyətini Siz necə qiymətləndirirsiniz?

-Mən “Şimal-Cənub” nəqliyyat dəhlizini Avrasiyada nəqliyyat sahəsində mühüm təşəbbüslərdən biri hesab edirəm, çünki o, Hind okeanını və Fars körfəzini Rusiya və Avropa ilə əlaqələndirən ən qısa marşrutdur. Avropaya gedən yolda Süveyş kanalından yan keçməyə imkan verən bu tranzit şəbəkə Mərkəzi və Cənubi Asiyada Rusiyanın təsir dairəsinin genişlənməsi üçün baza ola bilər.

Bu nəqliyyat dəhlizinin mərkəzi elementi Rusiya-Azərbaycan dəmir yolu xəttidir: üç ölkənin ərazisindən keçən həmin dəmir yolu xətti bu ölkələrin iqtisadi imkanlarını artırmaqla bərabər, həm də müxtəlif əmtəə və xammal növlərinin yüklənməsi, daşınması və emalı ilə məşğul olan çoxsaylı insanlar üçün yeni iş yerləri yaradır.

-Quru ərazi ilə keçən marşrutlar çox vaxt çevik bir formada dəniz yükdaşıma marşrutlarına birləşir. Azərbaycan bu sahədə Rusiya şirkətlərinə nə təklif etməyə hazırdır?

-Şübhəsiz, dəniz yolu ilə yükdaşımaların infrastrukturunda əsas obyekt hazırda Xəzər dənizində ən müasir liman olan Bakı Beynəlxalq Dəniz Ticarət Limanıdır. Keçən ilin baharında istifadəyə verilmiş bu limanda ən müasir kran qurğularından və müvafiq avadanlıqdan istifadə edilir, limanın yükaşırma qabiliyyəti isə 15 milyon tona bərabərdir. Bu limandakı üç terminala demək olar ki, hər gün Rusiya gəmiləri daxil olur, buradan Rusiyaya, Türkmənistana, İrana və Qazaxıstana göndərilən yüklərin aşırılması və daşınması həyata keçirilir. Qaradağ rayonunun Ələt qəsəbəsində sahəsi 100 hektar olan azad ticarət zonası yaradılır. Bu zonanın sayəsində Bakı yaxın illərdə Mərkəzi Avrasiyanın əsas logistika mərkəzinə çevriləcək. Bakı limanı ilə Həştərxan dəniz limanının əlaqələndirilməsi nəticəsində Xəzər akvatoriyasında Rusiya ilə Azərbaycanın əməkdaşlığı üçün uzunmüddətli təməl yaranacaq və 160 ildən çox tarixi olan Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi, əlbəttə, bu istiqamətdə əsas yük daşıyıcılarından birinə çevriləcək. Gəmiçiliyin tərkibinə daxil olan 260-dan çox gəmi beynəlxalq sularda və Xəzər dənizində üzür.

-Sizin fikrinizcə, Azərbaycanın nəqliyyat infrastrukturuna məqsədyönlü şəkildə sərmayə qoyması nə dərəcədə uzaqgörən addım olub?

-Azərbaycan Respublikası özünün coğrafi mövqeyindən çox səmərəli istifadə edib. Ticarət yollarının kəsişdiyi məkanda yerləşən Azərbaycan çox qısa müddətdə regionun nəqliyyat-logistika mərkəzinə çevrilib. Bir fakt çox vacibdir ki, azərbaycanlılar əldə edilmiş nailiyyətlə kifayətlənmir və respublika ərazisindən yükdaşımaların həcmini daha da artırmaq istiqamətində işləyirlər. Buna həm cəlbedici tariflər, həm sadələşdirilmiş gömrük prosedurları, həm də sənədləri elektron formatda emal etməyə imkan verən rəqəmsal texnologiyalar şərait yaradacaq. Lakin əsas amil yükdaşımaların həcmi və respublika büdcəsinə daxil olan gəlirlər deyil. Azərbaycan Prezidenti İlham Heydər oğlu Əliyevin bu yaxınlarda çox dəqiq olaraq qeyd etdiyi kimi, müxtəlif ölkələri birləşdirən nəqliyyat layihələrinin əsası geosiyasətdir, çünki sözün yaxşı mənasında qarşılıqlı asılılıq yaradan bu layihələr sabit və proqnozlaşdırıla bilən gələcəyə töhfə verir, ölkələri və qitələri birləşdirir. Mən də çox şadam ki, Rusiya ilə Azərbaycan arasında münasibətlərdə bu cür möhkəm qarşılıqlı asılılıq var.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ABŞ İran və İraq arasında bəzi uçuşları sanksiyalardan azad edə bilər

Suriyada qaz boru kəmərində güclü yanğın baş verib

Azərbaycan Limada mədəniyyəti və turizm xəzinələrini nümayiş etdirib

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Qış səyahəti” adlı musiqili gecə

Murad Rəfiyev: Biz bu yarışa çox hazırlaşmışdıq

Dünya çempionatında qızıl medal qazanan gimnastlarımız: Layiq olduğumuz nəticəyə nail olduq

Dünya çempionatında uğur qazanan akrobatlar Vətənə qayıdıblar

UEFA Millətlər Liqası: Belçika Fransa yığmasına məğlub olub

Romada “Harmoniya” sənədli filminin təqdimatı olub

Bakıda 16 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdiriləcək

Tramp: ABŞ və İran vasitəçilər vasitəsilə yeni əlaqələr qurublar

ABŞ dörd Latın Amerikası ölkəsinin rəsmilərinə viza məhdudiyyəti tətbiq edib

Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub

“Axios”: Tramp nüvə məsələsində irəliləyiş olarsa, İrana qarşı sanksiyaları yumşalda bilər

Britaniya aviabazaya hücum planında şübhəli bilinənləri azadlığa buraxıb

Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb

Təranə Paşayeva: Qənirə Paşayevanın xeyirxahlıq missiyasını yaşatmaq istəyirik

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

“Loqos Qadın Uzunömürlülük Rezidensiyası”nda Qənirə Paşayevanın Xatirə Otağı açılıb

“Xalq memarlığının Şəki üslubu. Onu formalaşdıran fasad naxışları” kitabı təqdim olunub

BMT-də qayıdış hüququ və dekolonizasiya mövzusunda beynəlxalq konfrans keçirilib -YENİLƏNİB

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

BMT-də qayıdış hüququ və dekolonizasiya ilə bağlı səssiz aksiya keçirilib

Yaroslavl vilayətində müəssisədə baş verən yanğın nəticəsində 10 nəfər həlak olub

“Qayıdış hüququ və dekolonizasiya: gecikmiş tarixi ədalətin bərpası” konfransının iştirakçıları BMT-nin Xüsusi Məruzəçilərinə birgə müraciət qəbul ediblər

Şahin Mustafayev İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə görüşüb

Vudli Çarlz Albertis: Qayıdış üçün insanların öz doğma yurdunda ləyaqətli həyat şəraiti olmalıdır

Azərbaycan və İtaliya arasında neft-kimya sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib

Prabjot Sinq Virrinq: Öz müqəddəratını təyinetmə hüququ bütün xalqlara şamil edilməlidir

Gürcüstanda Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib

Azər Şükürov: Dağ-mədən sahəsində peşəkar idarəetmə mexanizmlərinin formalaşdırılması nəzərdən keçirilə bilər

“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin püşkü atılıb

Bu saata olan əsas xəbərlər

Azərbaycan Almatıda beynəlxalq neft-qaz sərgisində təmsil olunacaq

Svami Şarada: Azərbaycanda mənəvi cəhətdən yüksəlmək və inkişaf etmək üçün geniş imkanlar var

Fransua Benedetti: Xalqların azadlıq, ləyaqət və suverenlik mübarizəsi oxşar maneələrlə üzləşir

“BioNTech” Almaniyada üç istehsal müəssisəsini bağlayır

Sevinc Hacıyeva: Palçıq Vulkanları Kompleksinə dünyanın müxtəlif ölkələrindən turistlər gəlir

Dimitri Qenegei: Qayıdış hüququ tarixi ədalətin və xalqın öz taleyinə sahib çıxmasının bərpasıdır

Macarıstan parlamenti Baş nazir Peter Macyarın toxunulmazlığını dayandırıb

La-Manş boğazını keçməyə çalışan 3 miqrant həyatını itirib

Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub

Azərbaycan Kodeks Alimentarius Komissiyasının Avropa regionu üzrə koordinatoru olacaq

Vahid Tarif-İxtisas Sorğu Kitabçalarının İSCO-08 ilə uyğunlaşdırılması məsələsi nəzərdən keçirilib

Kimya İnstitutunda alunit filizindən vanadiumun çıxarılması üzrə tədqiqat aparılıb

Azərbaycan süni intellektdən maksimum dividend əldə edərək qeyri-neft iqtisadiyyatını yeni mərhələyə yüksəldə bilər - ŞƏRH

Səməd Vurğun oğlunun gözü ilə: Şair, insan və dövrün fenomeni

Cun Kristin Mari Sumer: Siyasi müstəqillik tam suverenlik demək deyil

Karlayl Korbin: Bakı Təşəbbüs Qrupunun dekolonizasiya məsələsində ardıcıl fəaliyyəti mühüm əhəmiyyət daşıyır

“28 May” Nəqliyyat Mübadilə Mərkəzi və “Şamaxinka”da yeni dayanacaqlar quraşdırılıb

Dövlət Uşaq Filarmoniyasında Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert

Dünya Bankı: Orta Dəhlizin imkanlarından istifadə Azərbaycan üçün ÜDM-in əlavə 1,84 faiz artımını təmin edə bilər

Roda Rebekka Arrindell: Qayıdış hüququ bütün məcburi köçürülmüş xalqlara şamil edilməlidir

“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Təhsil Tələbə Krediti Fondu növbəti beynəlxalq mükafata layiq görülüb

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

“Vyanadan Bakıya”: Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

Özbəkistanda Data Mərkəzi layihələri üzrə investisiya 6 milyard dolları ötüb

Aİ-nin Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi dəniz koalisiyasına qoşulacağı gözlənilir

MDU ilə “Mingəçevir Tekstil” arasında əməkdaşlıq memorandumu imzalanıb

Şuşada mina partlayıb, 1 nəfər xəsarət alıb

Hər şey Vətən üçün... - şəhidin son döyüşü

Çinin Honkonq Kore Akademiyasının nümayəndə heyəti AMEA-da olub

H.A.Babayevin Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

M.S.Məmmədovun Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

N.O.Əliyevin Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

BMT-də qayıdış hüququ və dekolonizasiyaya dair beynəlxalq konfrans keçirilir

Azərbaycandan MDB ölkələrinə məhsul ixracının dəyəri 13 faizdən çox artıb – QRAFİK

Azərbaycanın əlverişli investisiya mühiti uzunmüddətli tərəfdaşlıqlar üçün möhkəm zəmin yaradır RƏY

AMEA prezidenti: Azərbaycan-Gürcüstan elmi əlaqələri çoxillik tarixi ənənələrə malikdir

Qaz bazarında qiymətlərin sabitləşməsi Yaxın Şərqdəki münaqişənin başa çatmasından asılıdır

Media: Son 3 gündə 2300-dən çox husi öldürülüb və yaralanıb

“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb

“Qafqaz Albaniyası: tarixi və mədəni varislik”: DİA-da mühüm müzakirə

Tarixçi-alim: Albaniyanın etnik tərkibi mənbələrlə təsdiqlənir

Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul edilib

Nazirlik: Dövlət sosial xidmətləri sahəsində süni intellektin imkanlarının tətbiqi üçün müvafiq “yol xəritəsi” üzrə işlər aparılır

Türk ekspert: Cənubi Qafqazın geoiqtisadi əhəmiyyəti daha da artır - ŞƏRH

“Deutsche Bank”: Gələn ilin ikinci rübündə misin qiyməti 22 min dolları ötəcək

Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib

Dua et ana, mən arzuma çatım... – Vətən müharibəsi şəhidinin son arzusu

Aqrar Sığorta Fondu əkin sahələrinə dəymiş zərərlər üzrə ödənişlərə başlayır

Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar

Tam orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbulun nəticələri açıqlanıb

Azərbaycan xarici sərmayə üçün açıq və əlverişli məkandır - ŞƏRH

Kimya İnstitutunda alunit filizindən alüminium oksidinin alınması üzrə tədqiqat aparılır

Britaniyalı şahmatçı qadınlar arasında qrossmeyster adını qazanan ən gənc oyunçu olub

® “Rabitəbank” ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib

Çin ilk dəfə özünün xüsusi yüksək hündürlükdə uçan “WZ-7” kəşfiyyat PUA-sından istifadə edib

Qazaxıstan Manqistau vilayətində daha bir hərbçinin həlak olması barədə yayılan məlumatı təkzib edib

Vətən müharibəsində qazanılan Zəfər Azərbaycan gəncinin üzərinə böyük məsuliyyət qoyur

Roma Papası Avropa ölkələrini münaqişələri sülh yolu ilə nizamlamağa çağırıb

Dağ üzərinə atılan çınqıl daşlar - ŞƏRH

Hindistanda daşqınlar və torpaq sürüşməsi nəticəsində 81 nəfər ölüb

Qazaxıstan və Avstriya Xəzər dənizi vasitəsilə daşımaları genişləndirmək niyyətindədir

Sumqayıt Sənaye Parkında ildə 250-300 elektrik avtobusu yığılması planlaşdırılır

Analitik: Azərbaycanın dayanıqlı inkişafı sərmayə yatırımlarını da artıracaq

“Ası Lo Dice Mexico" qəzeti: 27 Sentyabr milli iradənin və tarixi yaddaşın rəmzidir

İtaliyadakı beynəlxalq seminarda Azərbaycanın qayaüstü sənət irsi və qədim kənd təsərrüfatı ənənələri təqdim olunub