Azərbaycan Dövlət İnformasiya Agentliyi

RUSİYA PREZİDENTİ DMİTRİ MEDVEDEVİN BƏYANATI

RUSİYA PREZİDENTİ DMİTRİ MEDVEDEVİN BƏYANATI

-Hörmətli İlham Heydər oğlu!

Hörmətli kütləvi informasiya vasitələrinin nümayəndələri.

Həqiqətən Azərbaycan Prezidenti ilə bizim çox yaxşı və səmərəli danışıqlarımız oldu. Demək istərdim ki, doğrudan da görüşlərimizin tez-tez baş tutması və dinamikliyi, bu danışıqları fərqləndirən şərait, mühit bizi çox sevindirir. Ona görə ki, bu, məlum dərəcədə danışıqları necə aparmağın, ən müxtəlif iqtisadi, siyasi məsələlər üzrə razılığa necə gəlməyin nümunəsidir.

Biz həqiqətən tez-tez görüşürük. Bu, Rusiya və Azərbaycanı birləşdirən strateji münasibətlərin xalqlarımızın rifahı naminə möhkəmlənəcəyinə, davamlı və çox qarşılıqlı faydalı surətdə inkişafına təminatdır. Bu gün burada, belə gözəl yerdə biz ən müxtəlif məsələlər üzrə danışıqlar apardıq. Lakin, əlbəttə, buna qədər bizim nümayəndə heyətləri də işləmişlər. Buna görə də biz sadəcə daxili və xarici mövzuları müzakirə etmək üçün deyil, sənədlər üzərində işi yekunlaşdırmaq üçün görüşmüşük. Elə indicə mənim həmkarım - Azərbaycan Prezidenti də həmin sənədlərin adını çəkdi. Əlbəttə mən də qaz üzrə müqaviləni qeyd etmək istərdim. Çünki bu, qaz sahəsində əməkdaşlığa başlamağın mərhələ anıdır. Ölkələrimiz enerji daşıyıcılarının ən iri təchizatçılarıdır. Biz neft sahəsində işləmişik və işləməkdə davam edirik, lakin qaz sahəsində əməkdaşlığın inkişafını birbaşa indi açırıq. Deməli bu, hələlik başlanğıcdır. Lakin mənə elə gəlir ki, həmin istiqamətdə əlaqələri daha da təkmilləşdirmək, qaz sahəsində qarşılıqlı faydalı əməkdaşlıqla məşğul olmaq üçün yaxşı başlanğıcdır. Mən hesab edirəm ki, biz yaranan böyük imkanları və get-gedə artması ehtimal olunan böyük həcmləri nəzərə almaqla, bu işi bundan sonra da davam etdirə bilərik. Hər halda, bu gün imzaladığımız sənəd yaxşı başlanğıcdır.

Əməkdaşlığın digər istiqamətlərinə gəldikdə isə, həqiqətən son illər az iş görülməmişdir. Ötən il yeni strateji sənəd - dostluq və strateji əməkdaşlıq haqqında Bəyannamə imzaladıq. Bu sənəd indi icra olunur və bu gün imzaladığımız müqavilə həmin baza sənədinin konkretləşdirilməsidir.

Ayrıca onu da qeyd etmək istərdim ki, biz İlham Heydər oğlu ilə müntəzəm görüşürük və əgər hər hansı yeni təklif yaranırsa, onlar təcili və olduqca konstruktiv şəkildə nəzərdən keçirilir. Buna görə də mən dedim ki, bu, xarici siyasi işlərin aparılması baxımından nümunəvi xarakter daşıyır. Bu gün imzaladığımız bütün sənədlər, - bu, Xəzər dənizi üzrə birgə Bəyannamədir, - biz elə indi bu dənizin sahilindəyik və belə bir yerdə həmin sənədləri necə imzalamamaq olar. Bu, Xəzər tematikası üzrə birgə işimizin növbəti mərhələsidir; bu həmçinin diplomatik məsələdir, bizim çoxdan müzakirə etdiyimiz və yekunlaşdırılması lazım gələn və bu gün həllinə nöqtə qoyulmuş daşınmaz əmlak məsələsidir; bu, sərhədin yekun delimitasiyası məsələsi üzrə gələcək irəliləyişə dair memorandumdur - burada da iş görülmüş, kompromislər tapılmış və biz, əlbəttə həmin prosesi yaxın vaxtlarda başa çatdırmaq üçün bu işi davam etdirəcəyik. Bu gün gördüyümüz bütün işlər münasibətlərimizin çoxcəhətli - iqtisadi və humanitar sahələr üzrə mənzərəsini əks etdirir.

Son illər iqtisadiyyat, həqiqətən heç də pis inkişaf etməmişdir. Ötən il əmtəə dövriyyəsi 2 milyard 400 milyon dollar səviyyəsinə qalxmışdır. Bu il, əlbəttə əmtəə dövriyyəsində azalma müşahidə edilir. Lakin qeyd etmək istəyirəm ki, bu, bizim münasibətlərimizə, Rusiya və Azərbaycan arasında münasibətlərə aid edildikdə faciəvi azalma deyildir. Təəssüf ki, bəzi hallarda sürətli enmə baş verir, bizdə isə bu belə deyildir. Biz əldə olunan səviyyəni saxlamaq istərdik. Bu gün imzalanan sənədləri nəzərə almaqla İlham Heydər oğlunun dedikləri ilə tam həmrəyəm, hər şeydən əvvəl burada hətta itirilmiş əmtəə dövriyyələrini bərpa etmək imkanı vardır.

Ölkələrimiz və xalqlarımız arasında münasibətlərin dostluq xarakterini nəzərə alaraq deməliyəm ki, humanitar istiqamət ənənəvi olaraq çox vacibdir. Humanitar sahəyə başqa yerdə olmadığı qədər göstərdiyi diqqətə görə, Azərbaycan Prezidentinə məxsusi minnətdarlığımı bildirmək istərdim. Rusiya ali məktəblərinin filiallarının açılmasına dair qəbul edilən qərarlar, əlbəttə qarşılıqlı faydalı xarakterə malikdir. Biz çox şadıq ki, burada əməkdaşlıq sürətlə və güman etdiyimiz tərzdə çox səmərəli davam edir. Yaxın vaxtlarda müxtəlif tədbirlər olacaqdır. Praktik olaraq bu gün Rusiyada Azərbaycan günləri başlayır və bir sıra humanitar tədbirlər olacaqdır. Beləliklə, humanitar istiqamətdə bizdə hər şey qaydasındandır və istərdik ki, inkişaf edən iqtisadi və xarici siyasət istiqamətlərindəki əlaqələrimiz kimi, onlar da uğurla və səmərəli inkişaf etsin.

Biz, əlbəttə Dağlıq Qarabağ probleminin nizama salınması məsələsinə toxunmaya bilməzdik. Biz Peterburqda görülən işlər barədə danışdıq. Mənim üçün eşitmək xoşdur ki, Azərbaycan Prezidenti həmin məsləhətləşmələr mərhələsini kifayət qədər səmərəli qiymətləndirir. Rusiya bu prosesdə bundan sonra da kömək etməyə, həmin prosesin davam etməsinə və təbii ki, problemin yekun həllinə doğru irəliləməsi üçün bütün imkanları və vasitəçilik xidmətlərini göstərməyə hazırdır.

Buna görə də demək istərdim ki, bu gün əldə etdiyimiz nəticələrdən məmnunuq və Azərbaycan Prezidentinə məni və bizim nümayəndə heyətini Azərbaycana işgüzar səfərə dəvət etdiyinə görə təşəkkürümü bildirirəm.

Sağ olun, İlham Heydər oğlu.

X X X

Sonra dövlət başçıları jurnalistlərin suallarına cavab verdilər.

SUAL: (Mixail Petrov, İTAR-TASS). Mənim sualım hər iki Prezidentədir. Elə indicə özünüzün bəyanatlarınızda Siz qaz müqaviləsini xatırlatdınız. İstərdim ki, bunu bir qədər geniş şərh edəsiniz. Sizin fikrinizcə, bu nədir? İki ölkə arasında əməkdaşlığın inkişafı istiqamətində növbəti addım, yeni tərəqqinin sübutudur və ya dünyada müasir meyillərə, müasir böhranlara cavab reaksiyasıdır?

İLHAM ƏLİYEV: Hesab edirəm ki, ilk növbədə həmin müqavilə burada, bu sarayda apardığımız və əldə etdiyimiz razılaşmalardan irəli gəlir. Bir il əvvəl Dmitri Anatolyeviçin rəsmi səfəri zamanı bu mövzu müzakirə edilmişdi. Bundan əvvəl “Qazprom”un prezidenti cənab Miller ölkəmizə səfər etmişdi. Beləliklə, minimum bir il müddətində şirkətlərimiz arasında həmin mövzu ilə bağlı danışıqlar aparılmış, prinsiplər, kommersiya parametrləri razılaşdırılmışdır. Danışıqlar konstruktiv, xoş məram ruhunda aparılmış və tərəflər razılığa gəlmişlər, bu da təbii olaraq, bizdə müsbət hisslər yaradır. Ona görə ki, bu gün qeyd edildiyi kimi, Azərbaycan qazının Rusiyaya ixrac olunması münasibətlərimizin yeni sahəsidir.

Azərbaycan bu yaxınlarda qaz ixrac edən ölkəyə çevrilmişdir. Bu gün Azərbaycan qazı artıq dünyanın dörd ölkəsinə nəql edilir və gələn ildən başlayaraq, həm də Rusiyaya ixrac olunacaqdır. Ölkəmizin qaz potensialı kifayət qədərdir və mən deyə bilərəm ki, bu il qaz hasilatının səviyyəsi təqribən 27 milyard kubmetr olacaqdır. Növbəti ildə isə biz 30 milyard kubmetrdən çox qaz çıxarmağı planlaşdırırıq. Bizim üçün Rusiya ilə qaz sahəsində əməkdaşlıq həm də yeni bazara çıxmaq, qaz təchizatının şaxələndirilməsini təmin etmək imkanıdır. Hərdən “şaxələndirmə” sözü eşidiləndə, əsasən istehlakçılar üçün şaxələndirmə nəzərdə tutulur. Lakin Rusiya kimi və artıq Azərbaycan kimi istehsalçılar üçün nəqletmənin şaxələndirilməsi, istehsalçılar üçün təchizat mənbələrinin şaxələndirilməsi kimi vacibdir. Bu müqavilə maraqlarımıza bütünlüklə cavab verir və deyə bilərdim ki, Rusiyanın da maraqlarına cavab verir. Həmin müqavilə yaxşı perspektivlərə malikdir. Gələcəkdə Azərbaycanda qaz hasilatı artdıqca, nəql olunacaq qaz həcmlərini də artırmağı planlaşdırırıq.

Bu müqavilə kommersiya xarakterinə malikdir və ona görə çox vacibdir ki, təəssüf, son vaxtlar qaz münasibətləri mövzusu süni surətdə və tamamilə əsaslandırılmamış şəkildə siyasiləşdirilir. Bu müqavilə ilə Rusiya və Azərbaycan qaz sahəsində siyasiləşdirilməyən, hər iki dövlətin marağına xidmət edən, azad rəqabət və bazar iqtisadiyyatı ruhuna cavab verən münasibətlər mədəniyyətini nümayiş etdirir. Belə olan halda heç bir məsələ meydana çıxmaz.

Gizlətmirəm ki, bu müqavilənin əldə olunması üçün potensial nəqledənlərlə çoxlu məsləhətləşmələr və danışıqlar aparmaq lazım olmamışdır. Rusiya və Azərbaycan arasında heç bir nəqledən yoxdur. Bizə, habelə qaz kəmərləri çəkmək üçün vəsait axtarmaq lazım deyildir. Qaz kəməri vardır və o, işlək vəziyyətdədir. Bizə isə yalnız texniki və kommersiya parametrləri üzrə və bir il əvvəl imzalanmış dövlətlərimizin milli maraqlarını təmin edən dostluq və strateji əməkdaşlıq haqqında Bəyannamənin ruhuna uyğun müqavilə lazım idi. Mən sizin sualınızı belə şərh edərdim.

DMİTRİ MEDVEDEV: İlham Heydər oğlunun söylədiklərinə, demək olar heç nə əlavə edə bilməyəcəyəm. Çünki Azərbaycan Prezidentinin imzalanmış həmin müqavilələrin məzmunu, əməkdaşlığımızı inkişaf etdirən həmin sazişlərin istiqaməti və mahiyyətinə dair söylədiklərinin altından qol çəkməyə hazıram. Yeganə olaraq nəyi demək istərdim: Rusiyanın əslində təbii qazı az deyil və biz həqiqətən müxtəlif bazarlarda işləyirik. Lakin məhz belə sazişlər bizə gələcəyə baxmağa imkan verir. Niyə? Ona görə ki, enerji daşıyıcılarını özlərinin baza milli sərvəti kimi nəzərdən keçirən iki ölkə nəinki sivil şəkildə razılığa gəlir, həmçinin perspektivi bunda görür. Həm də bu, siyasi motivlərə görə deyil, bayaq düzgün deyildiyi kimi, qarşılıqlı faydadan irəli gələrək edilir. Bizim əməkdaşlığımıza heç kimin mane ola bilməyəcəyi şəraitdə edilir və yalnız əlavə imkanlar yaradır. Mənim fikrimcə bu, hamımızın belə intensiv şəkildə can atdığımız, haqqında çox danışdığımız və onunla bağlı xüsusi enerji layihəsi, yəni yaxın gələcəkdə energetika sahəsində necə işləyəcəyimiz barədə razılaşma qəbul olunmasını təklif etdiyimiz enerji təhlükəsizliyinin özünə dair nümunədir. Buna görə də hesab edirəm ki, bu cür, yenidən bu termini işlədirəm, nümunəvi münasibətlər digər energetika münasibətlərinin, bu sahədə digər münasibətlərin istiqamətləndiyi indikator rolunu oynaya bilər.

Hesab edirəm ki, imzalanmış müqavilənin yaxşı gələcəyi vardır. Bu, yalnız başlanğıcdır. Ümid edirik ki, bu əməkdaşlıq gözlədiyimiz bəhrəni verəcəkdir, bunun üçün bütün şərait vardır. O zaman əməkdaşlığın miqyası genişlənəcəkdir. Biz bu sahədə hansısa digər birgə layihələr barədə düşünə bilərik. Ən əsası nədənsə başlamaqdır. Bu gün elə həmin əməkdaşlığın başlanğıcıdır. Bu gün Rusiya-Azərbaycan qaz münasibətləri üçün mühüm gündür. Ümid edirəm ki, biz hamımız bu günü yadda saxlayacağıq.

SUAL: (Səbinə Məmmədova, AzTV). Mənim sualım hər iki Prezidentədir.

Moskva Bəyannaməsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq və beynəlxalq təşkilatların qərarları əsasında nizama salınması barədə dəqiq deyilmişdir. Bu müddəa beynəlxalq birliyin prinsipial mövqeyinə uyğundur. Həmin müddəanın gələcək həyatı təcəssümünü necə görürsünüz?

İLHAM ƏLİYEV: Bəli, siz haqlısınız. Moskvada imzalanmış Bəyannamədə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin hansı prinsiplər üzrə nizama salınması dəqiq göstərilmişdir: beynəlxalq hüquq prinsipləri hamıya məlumdur, indiki halda beynəlxalq təşkilatların qərarlarını, təbii ki, ən nüfuzlu beynəlxalq təşkilatın - Birləşmiş Millətlər Təşkilatının qərarını əsas götürürük. BMT Təhlükəsizlik Şurası erməni silahlı qüvvələrinin işğal etdiyi Azərbaycan ərazilərindən qeyd-şərtsiz surətdə çıxmasını tələb edən 4 qətnamə qəbul etmişdir. Digər beynəlxalq təşkilatlar, o cümlədən ATƏT də müvafiq qərarlar qəbul etmişdir. ATƏT-in Lissabon sammitinin qərarı da indiyədək qüvvədədir. Təbii ki, həmin münaqişə bu prinsiplər əsasında nizama salınmalıdır. Ərazi bütövlüyü prinsipi pozulmazdır. Xalqların öz müqəddəratını təyin etməsinə gəldikdə isə o, vahid Azərbaycan dövlətinin ərazi bütövlüyü çərçivəsində uğurla reallaşdırıla bilər.

Bu gün danışıqlar prosesi mən deyərdim ki, yekun mərhələsinə daxil olur. Bu gün biz Dmitri Anatolyeviçlə birlikdə qeyd etdik ki, bu ay Sankt-Peterburqda keçirilmiş danışıqların növbəti mərhələsi kifayət qədər səmərəli olmuşdur. Biz irəliyə doğru daha bir neçə addım ata bilmişik. Əlbəttə, Azərbaycanda, yəqin ki, Ermənistanda və dünyada münaqişənin mümkün qədər tez nizama salınmasına dair böyük ümidlər vardır. Lakin biz irəliyə doğru hərəkət edirik. Bu, nikbinlik təlqin edir, danışıqlar prosesini möhkəmlədir. Baxmayaraq ki, atəşkəs barədə qərarın qəbul edildiyi 1994-cü ildən bəri münaqişə nizama salınmamışdır, bir neçə il əvvəllə müqayisədə bu gün münaqişənin nizama salınmasına ümidlər daha çoxdur. Buna görə də hesab edirəm ki, münaqişəni bütün tərəflərin konstruktiv əməkdaşlığı, anlaşma üstünlükləri və maraqları ruhunda nizamlaya biləcəyik. Biz bunu istəyirik, buna can atırıq və öz tərəfimizdən buna nail olmaq üçün hər şeyi edirik.

DMİTRİ MEDVEDEV: Mən, əlbəttə tamamilə razılaşmaq istəyirəm ki, bu cür problemlər yalnız möhkəm beynəlxalq hüquqi baza əsasında nizama salına bilər. Həmin baza məlumdur. O, elə indicə İlham Heydər oğlu tərəfindən ifadə olunmuşdur. Həqiqətən, söhbət, bir vaxtlar sivil adlandırılan xalqlar tərəfindən işlənib hazırlanmış beynəlxalq hüququn ümumi prinsiplərindən gedir. Söhbət təbii ki, əsas beynəlxalq təşkilatların və ilk növbədə Birləşmiş Millətlər Təşkilatının Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasına dair qərarlarından və qətnamələrindən gedir. Mənim fikrimcə, ən başlıcası heç də o deyil ki, bu prinsiplər mövcuddur - onları heç kim inkar etmir, başlıcası odur ki, tərəflər bütün məsələləri məhz bu ruhda nəzərdən keçirməyə hazır olmalı və münaqişəni hansısa başqa şeylər düşünmədən həmin baza prinsipləri əsasında nizama salmalıdırlar. Bax elə bu, mənim fikrimcə, ümid verir ki, həmin mürəkkəb və kifayət qədər uzun sürən münaqişənin həll edilməsi şansı vardır. Sankt-Peterburqda keçirilmiş sonuncu görüş göstərdi ki, fikrimizcə, tərəfləri qəbul edən Rusiya Federasiyasının fikrincə, danışıqların iştirakçıları, - mən Azərbaycanı və Ermənistanı nəzərdə tuturam, - müxtəlif məsələlər üzrə mövqelərdə mövcud olan fikir ayrılıqlarını tədricən aradan qaldırmağa və Azərbaycan Prezidentinin irəliyə doğru hərəkət barədə söylədiyi kimi, irəliləməyə hazırdırlar. Münaqişənin çox yaxın perspektivdə həll olunması üçün bütün imkanlar vardır və Rusiya digər dövlətlərlə birlikdə, - burada heç bir qısqanclıq ola bilməz, - bu münaqişənin maksimum səmərəli şəkildə nizama salınmasına çalışacaqdır.

######

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Albaniyada baş verən iğtişaşlarda 29 nəfər yaralanıb

Donald Tramp: Məxfi məlumatları sızdıranlar ya həbs olunmalı, ya da güllələnməlidir

Əlverişsiz hava şəraitinə görə 40-dan çox təyyarə İstanbula enə bilmədi

Fransada təhsil böhranı: 200-dən çox lisey bağlanıb, minlərlə saxlanılan var

Tramp: Kanada ABŞ-nin 51-ci ştatına çevriləcək

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

Çempionlar Liqası: "Fənərbağça" darmadağın olub, PSJ və "Real Madrid" qələbə qazanıb

Azərbaycan Respublikası Media və Yayım Şurasının və Səhiyyə Nazirliyinin birgə açıqlaması

Çində dinozavra bənzəyən qədim quş qalıqları tapılıb

“Politico”: Ukrayna ilə dəniz ticarəti aparan investorlar risklərlə üzləşirlər

Saloniki limanında qaçaqmalçılıq: 24 qutu silah müsadirə edildi

Danimarka Almaniya ilə sərhəddə nəzarət tədbirlərini 2027-ci ilin mayınadək uzadıb

Xalq artisti: Hər obraz aktyordan yeni bir dünya yaratmağı tələb edir

Xalq artisti Nurəddin Mehdixanlının 70 illik yubileyi qeyd olunub

Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib VİDEO

Cəlilabadda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr diqqətə çatdırılıb

Müstəqilliyin möhkəmləndirilməsi və insan kapitalı: Babək rayonunda müşavirə

Prezident İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb VİDEO

Milli birlik, güclü dövlətçilik və məqsədyönlü inkişaf Azərbaycanın gələcək uğurlarının təməlidir

Strateji hədəflər və milli maraqlar – Oğuzdakı müşavirədən qeydlər

Beynəlxalq Muğam Mərkəzində konsert: Alətlərin hekayəsi – Tar nə deyir?

Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb  YENİLƏNİB VİDEO

Strateji inkişaf, ideoloji təhlükəsizlik və investisiya layihələri – Naxçıvanda müşavirə

İspaniyada macar qapıçı silahlı basqına məruz qalıb

Macarıstanın Baş naziri bu həftə Zelenski ilə görüşməyi planlaşdırır

İstanbulda güclü leysan: yolları su basdı, dərslər təxirə salındı, matç yarımçıq qaldı

Kəlağayı – milli irsimizin yaşadılan ənənəsi

“Qarabağda gənclər üçün yeni imkanlar və inkişaf perspektivləri” - panel görüşü

Rəşid Nurumov: Heydər Əliyev Mərkəzi müasir memarlığın möhtəşəm nümunəsidir

Qəbələdə müşavirə: YAP-ın VIII Qurultayının hədəfləri diqqət mərkəzində olub

Ukraynanın Lutsk şəhərinə dronla zərbə endirilib: 6 ölü, 13 yaralı

Gürcüstan hökumətinin nümayəndələri Aİ-nin forumunda iştirak etməyəcəklər

Göygöldə dövlət siyasətinin yerli səviyyədə icrası ilə bağlı müvafiq tapşırıqlar verilib

Belarus Milli Assambleyasının Nümayəndələr Palatasının sədri Ağdamda olub

Maliyyə Nazirliyinin nümayəndə heyəti BVF və Dünya Bankı Qrupunun illik toplantılarında iştirak edir

Bu saata olan əsas xəbərlər

“Lufthansa” Portuqaliyanın TAP aviaşirkətinə ortaq olur

“Rebuild Garabagh-2026” sərgisi işə başladı: Qarabağ Dirçəliş Fondu öz stendi ilə iştirak edir

YAP-ın VIII Qurultayının prioritetləri: AzTU-da müşavirə təşkil edilib

Güclü dövlətçilik və vətənpərvər gənclik gələcək inkişafımızın əsas dayaqlarıdır

Qətər Dövlətinin Əmiri Azərbaycana səfərə gəlib

İrana Qasımova: Nizami yaradıcılığında poetik sözün gözəlliyi fəlsəfi məzmundan ayrılmazdır

Balakəndə YAP-ın VIII Qurultayına həsr olunmuş müşavirə təşkil edilib

Maliyyə təhlükəsizliyi: X nəslinin ehtiyatı, Z nəslinin azadlıq axtarışı - TƏHLİL

Məktəblərdə dünyəvilik və müasirlik prinsiplərinin qorunması vacibdir - Bədirxan Əhmədli

Prezident İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub VİDEO

Prezident İlham Əliyev Bəhreynin xarici işlər nazirini qəbul edib VİDEO

ƏMAS-da əməyin mühafizəsi üzrə ayrıca bölmə yaradılacaq

Prezident İlham Əliyev Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvünü qəbul edib VİDEO

Prezident İlham Əliyev YAP-ın VIII Qurultayındakı nitqində ölkəmizin inkişafı ilə bağlı prioritetləri müəyyən edib

Prezident İlham Əliyev Vyetnamın Vitse-prezidenti ilə görüşüb VİDEO

Prezident İlham Əliyev Şri-Lankanın xarici işlər, xarici məşğulluq və turizm nazirini qəbul edib VİDEO

Vahid geyim, səliqəli görünüş, ortaq məsuliyyət VİDEO

Vahid geyim, səliqəli görünüş, ortaq məsuliyyət VİDEO

AAYDA-da YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

Füzulidə dövlətimizin başçısının proqram xarakterli nitqindən irəli gələn tapşırıqlar diqqət mərkəzindədir

Bakı Limanı və Qazaxıstan limanları arasında əməliyyatların koordinasiyası gücləndirilə bilər

“İmişli” komandasına müvəqqəti baş məşqçi təyin olunub

Özbəkistanda uşaqlara qarşı zorakılığa görə cəzalar sərtləşdirilib

Məktəblərdə vahid geyim forması dünyəvi təhsil prinsipinin qorunmasına xidmət edir - RƏY

Rusiyalı turist: Kəlağayı yürüşü özünəməxsusluğu və milli koloriti ilə diqqətimizi cəlb etdi

Dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı üzrə hədəf göstəriciləri müəyyənləşdirilib

Hörmüzdə təhlükəsizlik risklərinin artması Yaxın Şərqdən neft və neft məhsulları ixracına yenidən təzyiq göstərir

“Mançester Siti”nin keçmiş futbolçusu Qətər klubuna keçib

Milli dəyərlər, ideoloji təhlükəsizlik və inkişaf hədəfləri - Beyləqanda müşavirə keçirilib

Kənd Təsərrüfatı Nazirliyi 6-cı “Rebuild Garabagh” sərgisində təmsil olunur

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təlimi davam edir VİDEO

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təlimi davam edir VİDEO

Nyu-Yorkda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib

ATO rəhbəri: Müdafiə sənayesi dövlətlərin texnoloji müstəqilliyinin əsasını təşkil edir

Dmitri Şeqolev: Bakı çox rahat və eyni zamanda sürətlə inkişaf edən şəhərdir

“Rebuild Garabagh” sərgisi çərçivəsində “Qarabağ Hakatonu 2026” yarışması təşkil olunub

Prezident İlham Əliyevin YAP-ın Qurultayındakı nitqindən irəli gələn məsələlər Tovuzda müzakirə olunub

QHT sədri: Kəlağayı yürüşü milli irsimizi yaşatmaq və gələcək nəsillərə ötürmək məqsədi daşıyır VİDEO

QHT sədri: Kəlağayı yürüşü milli irsimizi yaşatmaq və gələcək nəsillərə ötürmək məqsədi daşıyır VİDEO

Baş nazir: İraq region ölkələrinə hücumlar üçün ərazisindən istifadəyə icazə verməyəcək

Özbəkistan Prezidenti Azərbaycanda səfərdədir

Daş heykəllər: Dmanisidəki qoç heykəlləri nədən xəbər verir... REPORTAJ

® “Rabitəbank” 2026-cı ilin III rübü üzrə maliyyə nəticələrini açıqlayıb

ABŞ-nin addımı Avropanı ciddi düşünməyə vadar edib

Arzu Hacıyeva: Güclü dövlət birlik, həmrəylik və resursların ədalətli bölüşdürülməsi əsasında qurulur MÜSAHİBƏ

Vaqif Abışov: Məktəbli forması tələblərinə əməl olunması sağlam təhsil mühitinin vacib şərtidir

Naxçıvanda yaradıcılıq müsabiqələrinin qalibləri mükafatlandırılıb

Şərqşünaslıq İnstitutunda elmi konfrans - “Söz mülkünün Xaqanı”

Tacikistan Prezidenti Azərbaycana səfərə gəlib

Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası təşkil olunub

18 yaşında yazılan şəhidlik dastanı...

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib – EKSKLÜZİV

® “AccessBank” 2026-cı ilin 3-cü rübünün sonuna olan maliyyə hesabatını açıqlayır

Qırğızıstan Prezidenti AQEM-in Zirvə Toplantısında iştirak etmək üçün Azərbaycana səfərə gəlib

Beynəlxalq dil imtahanlarında uğurun sirləri: tələbələrə bu barədə tövsiyələr verilib

® “Azercell”in dəstəyi ilə Bakıda “AWS Agentic Football Cup” - süni intellekt komandaları arasında virtual futbol turniri keçiriləcək

Bakıda Azərbaycan və Kamboca Baş nazirlərinin görüşü olub

AQEM-in 7-ci Zirvə Görüşündə qəbul ediləcək qərar və bəyanat layihələri nəzərdən keçirilib

Buxarada “Arşın mal alan” operettası nümayiş etdirilib

Kazım Abdullayev: Şagirdlər təhsil müəssisəsinin daxili qaydalarına riayət etməlidirlər

“Şəki” ES-də indiyədək istehsal edilən elektrik enerjisinin həcmi açıqlanıb

BDU-da “Diplomatiya saatı”: XİN-in xüsusi tapşırıqlar üzrə səfiri ilə görüş

Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyəti: ilkin layihə hazırlanıb

Qırğızıstan XTQ-nin nümayəndə heyəti Azərbaycana səfər edib

“Arsenal” klubu 60-a yaxın iş yerini ixtisar etməyi planlaşdırır

Qazaxıstan Prezidentinin Azərbaycana səfəri başlayıb

Türk general: Türkiyə-Azərbaycan münasibətlərinin gücü fərqli milli təcrübələrə hörmətdə və ortaq maraqların qorunmasındadır