Rusiya sülhməramlılarına aid avtomobil karvanı aksiya ərazisindən sərbəst keçib
Şuşa, 17 fevral, Tahir Ağaməmmədov, AZƏRTAC
Laçın-Xankəndi yolunda təşkil olunan aksiyanın 68-ci günündə də Rusiya sülhməramlılarına məxsus avtomobillər aksiya ərazisindən maneəsiz keçirlər.
AZƏRTAC xəbər verir ki, bu dəqiqələrdə sülhməramlılara məxsus 2 minik, 16 təminat-təchizat avtomobilinin Xankəndidən Laçın istiqamətinə sərbəst hərəkəti təmin edilib.
Bu, bir daha onu göstərir ki, ərazidə hərəkət sərbəstdir. Ermənistan mətbuatında yayılan və etirazçıların guya Laçın-Xankəndi yolunu bağladıqları və təminat avtomobillərini buraxmadıqları ilə bağlı xəbərlər qarşı tərəfin növbəti dezinformasiyasıdır.