Rusiya sülhməramlılarına aid növbəti avtomobil karvanının aksiya ərazisindən keçidi təmin edilib
Şuşa, 12 aprel, Tahir Ağaməmmədov, AZƏRTAC
Şuşadan keçən Laçın-Xankəndi yolunda Rusiya sülhməramlılarına və Beynəlxalq Qırmızı Xaç Komitəsinə məxsus avtomobillər maneəsiz hərəkət edirlər.
AZƏRTAC xəbər verir ki, bu dəqiqələrdə sülhməramlılara məxsus 2 minik, 12 yük avtomobilinin Laçından Xankəndi istiqamətinə sərbəst hərəkəti təmin edilib. Bu, bir daha onu göstərir ki, ərazidə hərəkət sərbəstdir.
Qeyd edək ki, Ermənistan mətbuatında yayılan və etirazçıların guya Laçın-Xankəndi yolunu bağladıqları və təminat avtomobillərini buraxmadıqları ilə bağlı xəbərlər qarşı tərəfin növbəti dezinformasiyasıdır.