Rusiya sülhməramlılarına məxsus daha 11 avtomobil aksiya ərazisindən sərbəst keçib
Şuşa, 16 fevral, AZƏRTAC
Laçın-Xankəndi avtomobil yolunun ekoloji aksiyanın keçirildiyi ərazisindən hərəkətin sərbəstliyi mütəmadi olaraq təmin edilir.
AZƏRTAC xəbər verir ki, Rusiya sülhməramlılarına məxsus daha 11 avtomobilin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb. Belə ki, 1 minik və 10 yük avtomobili Xankəndidən Laçın istiqamətinə maneəsiz hərəkət edib.
Bu, bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər üçün açıqdır.
Xatırladaq ki, Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası iki aydan çoxdur fasiləsiz olaraq davam edir.
Qeyd edək ki, ötən il dekabrın 12-də səhər saatlarından başlayan aksiya 67 gündür davam edir.