Rusiya və ABŞ prezidentləri arasında telefon danışığı olacaq
Moskva, 19 may, AZƏRTAC
Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında telefon danışığı Bakı vaxtı ilə saat 18:00-a planlaşdırılıb.
AZƏRTAC xəbər verir ki, bu telefon danışığı barədə jurnalistlərə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
Onun sözlərinə görə, liderlər arasında mühüm söhbət bundan əvvəl İstanbulda baş tutan danışıqların nəticələri nəzərə alınmaqla baş tutacaq.
Peskov deyib: “Gözləyəcəyik və söhbətin nəticələrinə əsasən mümkün olan ən yaxşı mesajı verəcəyik”.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [16:11]
Tailandda şiddətli yağışlar 3 milyondan çox insana ziyan vurub
- 01.10.2026 [15:44]
İzmirdə fabrikdə partlayış olub, 7 nəfər yaralanıb
- 01.10.2026 [15:31]
Bu gündən Almaniyada yanacaq güzəşti qüvvəyə minib
- 01.10.2026 [15:29]
Antibiotik qəbul edərkən şirniyyat yemək olarmı? – araşdırma
- 01.10.2026 [14:46]