Rusiya və Türkiyə arasında diplomatik əlaqələrin qurulmasının 100 illiyinə həsr olunan sərgi açılacaq
Moskva, 11 mart, AZƏRTAC
Rusiya Dövlət Arxivi Rusiya ilə Türkiyə arasında diplomatik əlaqələrin qurulmasının 100 illiyi münasibəti ilə sərgi təşkil edəcək.
AZƏRTAC xəbər verir ki, sərginin hazırlanmasında Rusiyanın Türkiyədəki keçmiş səfiri Pyotr Steqni iştirak edir. Arxivdən bildiriblər ki, Rusiya-Türkiyə münasibətləri mürəkkəb inkişaf mərhələsindən keçib, lakin əməkdaşlığın hər zaman səmərəli davam etdiyi istiqamətlər, məsələn, mədəniyyət və elm sahələri də var.
Qeyd edək ki, iki ölkə bu il diplomatik əlaqələrin qurulmasının 100 illiyini qeyd edir. 1920-ci il iyunun 2-də sovet Rusiyasının xalq komissarı Georgi Çeçerin Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkə cavab məktubu göndərərək ikitərəfli münasibətlər qurmaq və dostluq əlaqələrinin əsasını qoymaq təklifi ilə razılaşıb.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [17:29]
Yunanıstanda daşqın nəticəsində 1 nəfər ölüb
- 15.10.2026 [17:03]
“Apple” tarixdə bazar dəyəri 5 trilyon dolları ötən ikinci şirkət olub
- 15.10.2026 [16:58]