RUSİYA XÜSUSİ XİDMƏT ORQANLARININ ƏMƏKDAŞI 13 İL MÜDDƏTİNƏ AZADLIQDAN MƏHRUM EDİLDİ
Ehtiyatda olan 55 yaşlı Skripal məhkəmənin qərarı ilə RF CM-nin 275-ci maddəsi (casusluq formasında dövlətə xəyanət) üzrə təqsirkar sayılmışdır. Bundan başqa, o, hərbi rütbədən və bütün dövlət mükafatlarından məhrum edilmişdir.
2004-cü ildə həbs olunan Skripal məhkəmədə təqsirini tamamilə boynuna almışdır.
Sübut edilmişdir ki, o, dövlət sirri olan məxfi məlumatları, eləcə də xaricdə işləyən Rusiya agentləri haqqında məlumatları təxminən 10 il ərzində Böyük Britaniyanın xüsusi xidmət orqanlarına ötürmüşdür. RF Federal Təhlükəsizlik Xidmətinin İctimaiyyətlə əlaqələr mərkəzi bildirmişdir ki, Skripal casusluğa İngiltərənin Mİ6 kəşfiyyatı tərəfindən 1990-cı illərin ortalarında cəlb olunmuşdur.
1999-cu ildə istefaya çıxan Skripal keçmiş xidmətdaşları vasitəsilə məxfi məlumatlar toplamaqda davam etmişdir. O, əldə etdiyi məlumatları Britaniya tərəfinə xarici ölkələrə səfərlər zamanı verirdi. Məxfi məlumatlara görə verilən pullar onun İspaniya banklarından birində açılmış hesabına köçürülürdü.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [17:29]
Yunanıstanda daşqın nəticəsində 1 nəfər ölüb
- 15.10.2026 [17:03]
“Apple” tarixdə bazar dəyəri 5 trilyon dolları ötən ikinci şirkət olub
- 15.10.2026 [16:58]
Ankarada COP31 ərəfəsində iqlim forumu keçirilir
- 15.10.2026 [16:45]