Rusiyada iddiaçılar turniri yarımçıq dayandırılıb
Bakı, 26 mart, AZƏRTAC
Martın 26-da Rusiyanın Yekaterinburq şəhərində şahmat üzrə iddiaçılar turniri yarımçıq dayandırılıb.
AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, buna Rusiya Federasiyası hökumətinin digər ölkələrlə hava əlaqəsinin kəsilməsi barədə qərarı səbəb olub.
Turnirin bərpa ediləcəyi tarix açıqlanmayıb. Yarışın səkkizinci turdan davam etdiriləcəyi bildirilib.
Turnir iştirakçıları Yekaterinburqu bu gün tərk edəcəklər.
Qeyd edək ki, Yan Nepomnyaşi və M.Vaşe-Laqrav 4,5 xalla 7 turdan sonra turnirdə birinci və ikinci yerləri bölüşürlər. Yarışın digər iştirakçıları, A.Giri, A.Qrişuk, F.Karuana 3,5, K.Alekseyenko və L.Dinq 2,5 xal toplayıblar.
Xatırladaq ki, ötən il keçirilmiş dünya kubokunun sahibi kimi iddiaçılar turnirinə vəsiqə qazanan Teymur Rəcəbovun bu nüfuzlu turnirdə iştirakı alınmayıb. Şahmatçımızın koronavirusla əlaqədar turnirin təxirə salınması barədə təklifi FIDE tərəfindən qəbul olunmadığından o, iştirakdan imtina etmişdi.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [18:56]
“İmişli” komandasına müvəqqəti baş məşqçi təyin olunub
- 14.10.2026 [18:44]
“Mançester Siti”nin keçmiş futbolçusu Qətər klubuna keçib
- 14.10.2026 [17:17]
“Arsenal” klubu 60-a yaxın iş yerini ixtisar etməyi planlaşdırır
- 14.10.2026 [16:48]
İdman tarixində bu gün: Azərbaycanın voleybol klubu dünya çempionu olub
- 14.10.2026 [16:42]
“Beşiktaş” Avropa Liqasının oyununa ciddi itki ilə çıxacaq
- 14.10.2026 [16:12]
Azərbaycanın boks yığması komanda hesabında Avropa üçüncüsü olub
- 14.10.2026 [15:04]