Rusiyalı nazir müavini: Ümid edirəm yenidən BMT-nin Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına seçiləcəyik
Bakı, 19 noyabr, AZƏRTAC
Moskva süni intellekt, metakainat və böyük məlumatlar da daxil olmaqla, ən yeni rəqəmsal texnologiyaların öyrənilməsi və tətbiqini fəal şəkildə dəstəkləyir, xüsusilə də inkişaf etməkdə olan ölkələrin maraqlarına diqqət yetirir.
AZƏRTAC xəbər verir ki, bunu Rusiyanın rəqəmsal inkişaf, rabitə və kütləvi kommunikasiyalar nazirinin müavini Qriqori Borisenko Bakıda keçirilən Ümumdünya Telekommunikasiya İnkişafı Konfransının yüksəksəviyyəli plenar sessiyasında çıxışı zamanı bildirib.
O, qeyd edib ki, ölkəsi Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) analitik fəaliyyətinə, o cümlədən İKT inkişaf indeksi nəşrinin bərpasına əhəmiyyətli töhfə verir. Nazir müavini ümid edib ki, Rusiya rəqəmsal bərabərliyin və texnoloji əməkdaşlığın inkişafı üzrə işi davam etdirmək üçün yenidən BTİ Şurasına seçiləcək.
Rusiya nümayəndəsi kosmik fəaliyyətin dayanıqlı inkişafının vacibliyini vurğulayaraq qeyd edib ki, Moskva dövlətlərin kosmosa bərabər çıxışını təmin etmək məqsədilə orbit resursunun istifadə olunmayan peyklərdən və spekulyativ müraciətlərdən azad edilməsinin tərəfdarıdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.08.2026 [16:33]
Yarım ildə Maliyyə Nazirliyinin aparatına 1090 müraciət daxil olub
- 07.08.2026 [16:12]
® “Bizon” lotereyasında daha 4 avtomobil sahibini tapıb
- 07.08.2026 [15:46]
® “Fitch” ABB-nin reytinqini növbəti dəfə yüksəldib
- 07.08.2026 [15:44]
® “Birbank Biznes”dən mikrobiznes kreditinə 5 faizədək endirim
- 07.08.2026 [15:38]