Rusiyanın neft ixracından əldə olunan gəlirləri iki dəfə azalıb
Bakı, 15 iyul, AZƏRTAC
Rusiyanın neft gəlirləri iyunda 11,8 milyard dollara düşüb. Bu, ötən ilin göstəricilərinin demək olar ki, yarısıdır.
AZƏRTAC xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin hesabatında qeyd olunub.
Analitiklərin fikrincə, Rusiyada neft məhsullarının ixracı sutkada 7,3 milyon barelə qədər azalıb ki, bu da 2021-ci ilin martından bəri ən aşağı göstəricidir.
Agentlik bunun səbəbini neftə tələbatın azalmasında görür. Belə ki, cəmi bir ay əvvəl ekspertlər cari il üçün istehlak artımının sutkada 2,45 milyon barel təşkil edəcəyinə inanırdılar. Lakin onlar proqnoza yenidən baxaraq, onu 2,23 milyon barelə endiriblər.
Hesabatda bildirilir ki, Avropada sənaye istehsalının azalması və qlobal iqtisadiyyat üçün proqnozun pisləşməsi fonunda neftə tələbatın ardıcıl azalmasını gözləmək lazımdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [23:23]
Gələcəyin texnologiyaları: “ILA Berlin 2026” sərgisindən reportaj
- 10.06.2026 [21:32]
Böyük Britaniya enerji ödənişlərini azaltmaq üçün Aİ ilə yeni saziş istəyir
- 10.06.2026 [21:21]
Qlazqoda iğtişaşlar və irqi zəmində hücumlarla bağlı üç nəfər saxlanılıb
- 10.06.2026 [20:21]
Tramp İranı yenidən sərt şəkildə vuracağını elan edib
- 10.06.2026 [18:52]
Çində dünyanın ən böyük LNG daşıyan tankerinin inşasına başlanılıb VİDEO
- 10.06.2026 [18:15]