RUSKOSMOS “DNEPR” RAKETİNİN QƏZAYA UĞRAMASININ SƏBƏBİNİ AÇIQLADI
Rusiya Federal Kosmik Agentliyinin başçısı Anatoli Perminov bildirmişdir ki, ekspertiza başa çatdıqdan sonra Rusiya tərəfi Qazaxıstan hökumətinə Baykonur kosmodromundan analoji raketlərin buraxılmasına icazə verilməsi xahişi ilə müraciət edəcəkdir.
Xatırladaq ki, bu cür raketlərin buraxılışı qəzadan bir neçə gün sonra Qazaxıstanın tələbi ilə dayandırılmışdır.
Qazaxıstan hökuməti “Dnepr” raketinin düşdüyü bölgənin ekologiyasına ziyan vurulduğuna görə Rusiyanın kompensasiya ödəməsini tələb edir. Zərərin dəqiq məbləği hələ müəyyən edilməmişdir. Yerli məmurların fikrincə, bu, 330 milyon dollar ola bilər. Ruskosmosun mətbuat xidmətində bunu “şişirdilmiş rəqəm” adlandırmışlar.
Avqustun 11-də Perminov bildirmişdir ki, Qazaxıstana “Dnepr”in vurduğu bütün zərərin əvəzi ödəniləcəkdir. Onun sözlərinə görə, bu məsələdə tələsmək olmaz.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [17:29]
Yunanıstanda daşqın nəticəsində 1 nəfər ölüb
- 15.10.2026 [17:03]
“Apple” tarixdə bazar dəyəri 5 trilyon dolları ötən ikinci şirkət olub
- 15.10.2026 [16:58]