SAATLIDA 2 MİN TON PAMBIQ YIĞILMIŞDIR
Saatlı, 20 sentyabr (AZƏRTAC). Respublikanın ən iri pambıq istehsalçısı olan Saatlı rayonunda pambıq yığımı uğurla davam etdirilir.
Mövsümün əvvəlindən indiyədək emal müəəssisələrinə 2 min ton məhsul təhvil verilmişdir. Sifarişçi müəssisələr- "Saatlı Pambıq" Açıq Səhmdar və "CTS Aqro" Məhdud Məsuliyyətli cəmiyyətlər fermerləri kifayət qədər yığım və yükdaşıma texnikası ilə təmin etmişlər. Bütün qəbul məntəqələrində elektron tərəzilər quraşdırılmış, laboratoriyalar yeni avadanlıqla təchiz olunmuşdur.
Bu il rayonda 3847 hektar sahədə məhsul yetişdirilmişdir. Plantasiyaların hər hektarından azı 29-30 sentner “ağ qızıl” yığılacağı gözlənilir.
Qeyd edək ki, rayonda pambıq sahələri əvvəlki ilə nisbətən 3600 hektar azalmışdır. Sahibkarlar bunu pambığın qiymətinin aşağı olması ilə əlaqələndirirlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]