Sabah Bakıda yağış yağacaq
Bakı, 24 mart, AZƏRTAC
Martın 25-də gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Səhər yarımadanın bəzi yerlərində intensiv olacağı ehtimalı var. Gündüz yağıntıda fasilə olacaq. Mülayim şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 3-6° isti, gündüz 7-9° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunundan 752 mm civə sütununa enəcək. Nisbi rütubət 70-80 % olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Axşam tədricən kəsiləcək. Gecə və səhər arabir duman. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 4-7° isti, gündüz 8-13° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 2-7° isti olacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 18.05.2026 [20:10]
Azərbaycan Rusiyanın birbaşa uçuşlar həyata keçirdiyi ölkələrdən biridir
- 18.05.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 18.05.2026 [19:57]
WUF13-ün suriyalı və ruandalı iştirakçıları “ASAN xidmət”də
- 18.05.2026 [19:10]
AQTİ-nin səyyar laboratoriyası WUF13-də: Dəqiq və operativ nəzarət
- 18.05.2026 [18:57]
“Vindzor Kral Atçılıq Şousu - 2026” başa çatıb
- 18.05.2026 [18:48]