Sabah bölgələrdə hava əsasən yağmursuz keçəcək

Bakı, 28 mart, AZƏRTAC
Martın 29-na gözlənilən hava proqnozu açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim cənub-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 6-10° isti, gündüz 13-18° isti olacaq. Atmosfer təzyiqi 762 millimetr civə sütunundan 759 millimetr civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80, gündüz 55-65 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağıntılı olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, arabir duman olacağı ehtimalı var. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 5-9° isti, gündüz 19-24° isti, dağlarda gecə 2-7° isti, gündüz 10-15° isti olacaq.
Naxçıvan şəhərində, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərurda hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi yerlərdə havanın arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Arabir duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 5-10°, gündüz 20-25° isti olacaq.
Xankəndi şəhərində, Şuşa, Xocalı, Xocavənd, Füzuli, Ağdam, həmçinin Daşkəsən, Gədəbəy, Göygöldə hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq ərazilərdə havanın qısamüddətli yağıntılı olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Arabir duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 3-8°, gündüz 13-18° isti olacağı ehtimal edilir.
Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilanda hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq ərazilərdə havanın arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Arabir duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 4-9°, gündüz 15-20° isti olacağı gözlənilir.
Gəncə və Naftalan şəhərlərində, Qazax, Samux, Goranboy, Tərtər, Şəmkir, Tovuz rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq ərazilərdə havanın arabir yağıntılı olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Arabir duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 5-10°, gündüz 18-23° isti olacağı proqnozlaşdırılır.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusarda hava əsasən yağmursuz keçəcək. Arabir duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 5-10°, gündüz 18-23° isti, dağlarda gecə 0-5°, gündüz 10-15° isti olacağı bildirilir.
Mingəçevir və Şirvan şəhərlərində, Yevlax, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Bərdə, Beyləqan, Sabirabad, Saatlı, Göyçay, Ucar, Şirvan, Hacıqabul, Zərdab, Salyan, Neftçalada hava əsasən yağmursuz keçəcək. Arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 5-9°, gündüz 19-24° isti olacaq.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara, Biləsuvar, Cəlilabadda hava əsasən yağmursuz keçəcək. Arabir duman olacaq. Mülayim şimal-şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 5-9°, gündüz 15-20° isti, dağlarda gecə 5-7°, gündüz 12-17° isti olacağı ehtimal edilir.