Sabah hava dəyişkən buludlu olacaq
Bakı, 21 sentyabr, AZƏRTAC
Sentyabrın 22-də Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, yağmursuz olacaq. Səhər bəzi yerlərdə zəif duman olacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə, mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 18-22°, gündüz 26-30° isti olacağı gözlənilir.
Naxçıvan Muxtar Respublikasında hava şəraiti yağmursuz olacaq. Zəif şərq küləyi əsəcək. Havanın temperaturu gecə 11-16°, gündüz 28-33° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında gün ərzində hava əsasən yağmursuz olacaq. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 10-15°, gündüz 22-27° isti olacağı gözlənilir.
Qazax,Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında hava şəraiti yağmursuz olacaq. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 13-18°, gündüz 27-32° isti olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında gün ərzində hava şəraiti əsasən yağmursuz olacaq. Səhər ayrı-ayrı yerlərdə dumanın olacağı gözlənilir. Cənub küləyi əsəcək. Havanın temperaturu gecə 10-15°, gündüz 24-29° isti olacağı gözlənilir.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava yağmursuz olacaq. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 15-20°, gündüz 28-33° isti olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında hava yağmursuz keçəcək. Zəif şərq küləyi əsəcək. Havanın temperaturu gecə 17-20°, gündüz 27-31° isti, dağlarda gecə 7-12°, gündüz 23-28° isti olacağı gözlənilir.