Sabah hava əsasən yağmursuz keçəcək
Bakı, 11 fevral, AZƏRTAC
Azərbaycanda fevralın 12-nə gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecəyə doğru bəzi şəhərətrafı ərazilərdə az çiskinli olacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 1° şaxtadan 2°-dək isti, gündüz 3-7° isti olacağı ehtimal edilir. Atmosfer təzyiqi normadan yüksək - 772 millimetr civə sütunu olacaq. Nisbi rütubət gecə 70-80, gündüz 60-65 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi şərq rayonlarda yağıntılı olacağı proqnozlaşdırılır. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 3° şaxtadan 2°-dək isti, gündüz 5-10° isti, dağlarda gecə 5-10° şaxta, yüksək dağlıq ərazilərdə 13-18° şaxta, gündüz 0-5° şaxta olacağı bildirilir. Bəzi dağlıq rayonlarda yolların buz bağlama ehtimalı var.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [14:31]
AQTA: Gəncədə orta məktəbdə baş verən zəhərlənmə hadisəsi nəzarətdədir
- 01.10.2026 [14:13]
“Filtrsiz” podkastının qonağı bloqer Sausan Cəfər olub VİDEO
- 01.10.2026 [13:54]
Nizami rayonunun bəzi ərazilərinə suyun verilişi dayandırılacaq
- 01.10.2026 [12:58]
Vəkilliyə qəbul üzrə şifahi müsahibə mərhələsinin nəticələri məlum olub
- 01.10.2026 [12:57]
Sosial Xidmətlər Agentliyi: 2791 ahıl şəxsə evdə sosial xidmət göstərilir
- 01.10.2026 [12:39]