Azərbaycan Dövlət İnformasiya Agentliyi

Sabir Ağabəyov: “Azərbaycanla İordaniya arasında əlaqələr yüksələn xətt üzrə inkişaf edir”

Sabir Ağabəyov: “Azərbaycanla İordaniya arasında əlaqələr yüksələn xətt üzrə inkişaf edir”

Əmman, 15 dekabr, Asya Hacızadə, AZƏRTAC

Azərbaycan Respublikasının İordaniya Haşimilər Krallığındakı səfiri Sabir Ağabəyov AZƏRTAC-ın xüsusi müxbirinə müsahibəsində 2014-cü ilə yekun vuraraq deyib: “Başa çatmaqda olan ili Azərbaycan ilə İordaniya arasında ikitərəfli münasibətlərin möhkəmlənməsi baxımından çox zəngin və məhsuldar il kimi səciyyələndirmək olar”.

Onun sözlərinə görə, iki ölkə arasında qarşılıqlı əlaqələrin dinamik inkişafı əsası dövlətlərimizin rəhbərləri tərəfindən qoyulmuş dostluq və əməkdaşlıq münasibətlərinin ruhuna tam uyğundur. Səfir deyib: “Bu gün Azərbaycan ilə İordaniya arasında münasibətlər çox yüksək səviyyədədir, bu əlaqələr strateji xarakter daşıyır və yüksələn xətt üzrə inkişaf edir”.

Sabir Ağabəyovun sözlərinə görə, bu il iki ölkə arasında münasibətlər fəal inkişaf edib, imzalanmış dövlətlərarası sazişlərin həyata keçirilməsi çərçivəsində əməkdaşlıq bütün istiqamətlər üzrə davam edib. Ölkələrimiz arasında əməkdaşlığın demək olar ki, bütün sahələrini əhatə edən 40-dan çox dövlətlərarası saziş imzalanıb.

“İki dövlətin rəhbərlərinin - Prezident İlham Əliyevin və Əlahəzrət Kral II Abdullanın səmimi şəxsi münasibətləri, heç şübhəsiz, ikitərəfli münasibətlərə təkan verən başlıca amildir. Bu münasibətlər bütün səviyyələrdə qarşılıqlı fəaliyyətə şərait yaradır”, - deyən səfir vurğulayıb ki, dövlətlərimizin başçıları daim bir-biri ilə əlaqə saxlayır, bu isə ölkələrimiz və xalqlarımız arasında əməkdaşlığın genişlənməsinə və dərinləşməsinə kömək edir.

Azərbaycanın İordaniyadakı səfiri deyib: “Tərəflər bütün ilboyu siyasi və strateji qarşılıqlı əlaqələri daim dərinləşdiriblər. Məsələn, ən mühüm beynəlxalq təşkilatlarda və regional məsələlərdə sıx qarşılıqlı əlaqə saxlanıb . Bu, ölkələrimizin də tərkib hissə kimi daxil olduğu beynəlxalq münasibətlər sistemində ümumi maraqların qorunması üçün zəruridir. Bunu xatırlamaq kifayətdir ki, İordaniya 2012-ci ildə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə seçkilərdə Azərbaycanın namizədliyini dəstəkləyən ölkələrdən biri olub, Azərbaycan isə 2014-cü ildə bu təşkilatın qeyri-daimi üzvlüyünə seçkilərdə İordaniyanın namizədliyini dəstəkləyib”.

Sabir Ağabəyov deyib ki, ölkələrimiz arasında mədəni və humanitar sahələrdə intensiv əlaqələr vardır, mütəmadi olaraq müxtəlif birgə tədbirlər keçirilir, iki xalqın qarşılıqlı anlaşmasının və dostluğunun möhkəmlənməsinə stimul yaradan yüksək səviyyəli səfərlər praktikası davam edir.

Azərbaycanlı diplomat deyib: “2014-cü ildə səfirliyin bütün hakimiyyət şaxələrinin nümayəndələri ilə əlaqələri davam edib, İordaniya Senatının və Parlamentinin rəhbərliyi ilə görüşlər keçirilib, bu görüşlərdə parlamentlərarası əlaqələrin aktual məsələləri müzakirə olunub. İordaniya paytaxtının meri, turizm naziri, ailə və qadın məsələləri üzrə komitənin rəhbəri, İordaniya Universitetinin rektoru və bir sıra başqa rəsmi şəxslərlə səmərəli görüşlər olub. Bu görüşlər çərçivəsində ikitərəfli fəaliyyətimizin konkret istiqamətləri müzakirə olunub. Bu il İordaniya Senat Şurasının sədri Əbdülrauf Ravvabdeh başda olmaqla İordaniyanın nüfuzlu nümayəndə heyəti Bakıda keçirilən İkinci Cənubi Qafqaz Forumunun işində iştirak edib. Ölkə parlamentinin üzvləri NATO Parlament Assambleyasının 86-cı “ROSE-ROTH” sessiyasının, Dördüncü Bakı Beynəlxalq Humanitar Forumunun işində və digər tədbirlərdə iştirak ediblər. İordaniya nümayəndə heyətləri Bakıda keçirilən bütün mühüm beynəlxalq tədbirlərdə, o cümlədən yüksək səviyyəli “Tərəfdaşlıq siyasəti” beynəlxalq konfransında, “ADEX-2014” müdafiə sənayesi sərgisində, Beynəlxalq Antikorrupsiya Akademiyasının Üçüncü Assambleyasında, “İslam Əməkdaşlıq Təşkilatı ölkələrinin inkişafında qadınların rolu” mövzusunda Beşinci Beynəlxalq Konfransda, Gənclərin Birinci Qlobal Forumunda iştirak ediblər.

Mədəniyyət və idman tədbirləri də kənarda qalmayıb. Belə ki, Filadelfiya Universitetinin nümayəndələri “Univision” beynəlxalq mahnı müsabiqəsində iştirak ediblər, “Mən Azərbaycan haqqında nə bilirəm” inşa müsabiqəsinin qalibləri Bakıya səfər ediblər. İordaniyalı idmançılar taekvondo üzrə dünya çempionatında təmsil olunublar. Lap yaxın günlərdə şahzadə Həyya Bint əl-Hüseyn və şahzadə Əli ibn-Hüseyn başda olmaqla İordaniyanın nüfuzlu nümayəndə heyəti dekabrın 13-15-də Bakıda keçirilən Beynəlxalq Atçılıq İdmanı Federasiyasının baş Assambleyasının iclasında iştirak etmək çərçivəsində Bakıya səfər edib. Öz növbəsində, Azərbaycanın nüfuzlu nümayəndə heyəti Beynəlxalq “SOFEX-2014” müasir texnika və silah sərgisində iştirak edib. Azərbaycan Milli incəsənəti Beynəlxalq “Caraş” festivalında təmsil olunub. Bu festivalda Azərbaycan muğamının tanınmış ustaları - xalq artistləri Mələkxanım Əyyubova, Möhlət Müslümov və başqaları böyük uğurla çıxış ediblər”.

Onun sözlərinə görə “İordaniya-Azərbaycan Dostluq Cəmiyyəti” də Azərbaycan-İordaniya əlaqələrinin dərinləşməsinə sanballı töhfə verir, qarşılıqlı faydalı əməkdaşlıq və dialoqun davam etdirilməsi üçün çox mühüm məsələləri həll edir. Sabir Ağabəyov vurğulayıb: “Bununla bərabər, Azərbaycan səfirliyi ölkəmizin reallıqları, onun bütün istiqamətlərdə qazandığı uğurlar və inkişaf, habelə ölkəmizdə baş verən əlamətdar hadisələr barədə İordaniya ictimaiyyətinin məlumatlandırılmasına çox böyük diqqət yetirir. Bu, ilk növbədə xalqımız üçün əlamətdar tarixi günlərlə bağlı tədbirlər keçirilməsinə aiddir. Məsələn, bu il ümummilli lider Heydər Əliyevin doğum günündə Əmmanda onun adını daşıyan prospektdə paytaxt meri Aqil Biltacinin, parlament üzvlərinin və ictimaiyyətin iştirakı ilə keçirilən təntənəli mərasimdə Heydər Əliyev adına meydanın və fəvvarənin açılışı oldu. Dekabrın 12-də isə İordaniya və Azərbaycan ictimaiyyəti bu meydana toplaşaraq ümummilli lider Heydər Əliyevin nurlu xatirəsini ehtiramla yad etdi. Şübhəsiz, 20 Yanvar faciəsinin və Xocalı soyqırımının ildönümləri də diqqət mərkəzində olub, Azərbaycanın milli bayramları, habelə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd edilib. İordaniya tərəfinin bu tədbirlərdə iştirakına və Azərbaycanın mövqeyini düzgün başa düşməsinə görə ona, habelə xalqımız üçün əhəmiyyətli əlamətdar hadisələri geniş işıqlandıran KİV-lərə xüsusi təşəkkürümü bildirmək istərdim”.

Diplomat bildirib ki, 2013-cü il iyunun 19-da İordaniyanın ali qanunvericilik orqanı - Senat tərəfindən qəbul edilmiş “Xocalı soyqırımının 20-ci ildönümü ilə əlaqədar qətnamə” çox mühüm sənəddir. Səfir deyib: “Qəbul edilmiş sənəddə təcavüz, insan hüquqlarının pozulması və Azərbaycanın müsəlman əhalisinə qarşı zor tətbiq edilməsi pislənilib, Ermənistan-Azərbaycan münaqişəsini beynəlxalq hüququn əsas prinsipləri və normaları, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü, habelə Ermənistan tərəfindən BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsi çərçivəsində həllinə çağırışlar təsbit edilib. Bu qətnamədə Azərbaycanın işğal altında olan ərazilərini azad etməyə, qaçqınlara və məcburi köçkünlərə kömək etməyə çağırış da vardır. İordaniya dövlətinin bu addımı ölkələrimiz arasında səmimi tərəfdaşlıq münasibətlərinin təsdiqi kimi iki ölkənin münasibətləri tarixinə yazılacaqdır. Hazırda İordaniya parlamentində buna oxşar qətnamə qəbul edilməsi üzərində iş aparılır. Sevindirici haldır ki, İordaniya Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq və ərazi bütövlüyü çərçivəsində həlli məsələsində Azərbaycanın ədalətli mövqeyini uzun illər boyu dönmədən, prinsipial və qəti şəkildə dəstəkləyir”.

Azərbaycanın İordaniyadakı səfiri Sabir Ağabəyov sonda deyib: “Bütövlükdə 2014-cü ili bizim böyük perspektivləri olan ənənəvi dostluq və qardaşlıq münasibətlərimizin möhkəmlənməsi üçün uğurlu il adlandırmaq olar”.

Asya Hacızadə

AZƏRTAC-ın xüsusi müxbiri

Əmman

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub

“Axios”: Tramp nüvə məsələsində irəliləyiş olarsa, İrana qarşı sanksiyaları yumşalda bilər

Britaniya aviabazaya hücum planında şübhəli bilinənləri azadlığa buraxıb

Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb

Təranə Paşayeva: Qənirə Paşayevanın xeyirxahlıq missiyasını yaşatmaq istəyirik

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

“Loqos Qadın Uzunömürlülük Rezidensiyası”nda Qənirə Paşayevanın Xatirə Otağı açılıb

“Xalq memarlığının Şəki üslubu. Onu formalaşdıran fasad naxışları” kitabı təqdim olunub

BMT-də qayıdış hüququ və dekolonizasiya mövzusunda beynəlxalq konfrans keçirilib -YENİLƏNİB

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

BMT-də qayıdış hüququ və dekolonizasiya ilə bağlı səssiz aksiya keçirilib

Yaroslavl vilayətində müəssisədə baş verən yanğın nəticəsində 10 nəfər həlak olub

“Qayıdış hüququ və dekolonizasiya: gecikmiş tarixi ədalətin bərpası” konfransının iştirakçıları BMT-nin Xüsusi Məruzəçilərinə birgə müraciət qəbul ediblər

Şahin Mustafayev İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə görüşüb

Vudli Çarlz Albertis: Qayıdış üçün insanların öz doğma yurdunda ləyaqətli həyat şəraiti olmalıdır

Azərbaycan və İtaliya arasında neft-kimya sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib

Prabjot Sinq Virrinq: Öz müqəddəratını təyinetmə hüququ bütün xalqlara şamil edilməlidir

Gürcüstanda Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib

Azər Şükürov: Dağ-mədən sahəsində peşəkar idarəetmə mexanizmlərinin formalaşdırılması nəzərdən keçirilə bilər

“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin püşkü atılıb

Bu saata olan əsas xəbərlər

Azərbaycan Almatıda beynəlxalq neft-qaz sərgisində təmsil olunacaq

Svami Şarada: Azərbaycanda mənəvi cəhətdən yüksəlmək və inkişaf etmək üçün geniş imkanlar var

Fransua Benedetti: Xalqların azadlıq, ləyaqət və suverenlik mübarizəsi oxşar maneələrlə üzləşir

“BioNTech” Almaniyada üç istehsal müəssisəsini bağlayır

Sevinc Hacıyeva: Palçıq Vulkanları Kompleksinə dünyanın müxtəlif ölkələrindən turistlər gəlir

Dimitri Qenegei: Qayıdış hüququ tarixi ədalətin və xalqın öz taleyinə sahib çıxmasının bərpasıdır

Macarıstan parlamenti Baş nazir Peter Macyarın toxunulmazlığını dayandırıb

La-Manş boğazını keçməyə çalışan 3 miqrant həyatını itirib

Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub

Azərbaycan Kodeks Alimentarius Komissiyasının Avropa regionu üzrə koordinatoru olacaq

Vahid Tarif-İxtisas Sorğu Kitabçalarının İSCO-08 ilə uyğunlaşdırılması məsələsi nəzərdən keçirilib

Kimya İnstitutunda alunit filizindən vanadiumun çıxarılması üzrə tədqiqat aparılıb

Azərbaycan süni intellektdən maksimum dividend əldə edərək qeyri-neft iqtisadiyyatını yeni mərhələyə yüksəldə bilər - ŞƏRH

Səməd Vurğun oğlunun gözü ilə: Şair, insan və dövrün fenomeni

Cun Kristin Mari Sumer: Siyasi müstəqillik tam suverenlik demək deyil

Karlayl Korbin: Bakı Təşəbbüs Qrupunun dekolonizasiya məsələsində ardıcıl fəaliyyəti mühüm əhəmiyyət daşıyır

“28 May” Nəqliyyat Mübadilə Mərkəzi və “Şamaxinka”da yeni dayanacaqlar quraşdırılıb

Dövlət Uşaq Filarmoniyasında Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert

Dünya Bankı: Orta Dəhlizin imkanlarından istifadə Azərbaycan üçün ÜDM-in əlavə 1,84 faiz artımını təmin edə bilər

Roda Rebekka Arrindell: Qayıdış hüququ bütün məcburi köçürülmüş xalqlara şamil edilməlidir

“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Təhsil Tələbə Krediti Fondu növbəti beynəlxalq mükafata layiq görülüb

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

“Vyanadan Bakıya”: Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

Özbəkistanda Data Mərkəzi layihələri üzrə investisiya 6 milyard dolları ötüb

Aİ-nin Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi dəniz koalisiyasına qoşulacağı gözlənilir

MDU ilə “Mingəçevir Tekstil” arasında əməkdaşlıq memorandumu imzalanıb

Şuşada mina partlayıb, 1 nəfər xəsarət alıb

Hər şey Vətən üçün... - şəhidin son döyüşü

Çinin Honkonq Kore Akademiyasının nümayəndə heyəti AMEA-da olub

H.A.Babayevin Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

M.S.Məmmədovun Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

N.O.Əliyevin Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

BMT-də qayıdış hüququ və dekolonizasiyaya dair beynəlxalq konfrans keçirilir

Azərbaycandan MDB ölkələrinə məhsul ixracının dəyəri 13 faizdən çox artıb – QRAFİK

Azərbaycanın əlverişli investisiya mühiti uzunmüddətli tərəfdaşlıqlar üçün möhkəm zəmin yaradır RƏY

AMEA prezidenti: Azərbaycan-Gürcüstan elmi əlaqələri çoxillik tarixi ənənələrə malikdir

Qaz bazarında qiymətlərin sabitləşməsi Yaxın Şərqdəki münaqişənin başa çatmasından asılıdır

Media: Son 3 gündə 2300-dən çox husi öldürülüb və yaralanıb

“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb

“Qafqaz Albaniyası: tarixi və mədəni varislik”: DİA-da mühüm müzakirə

Tarixçi-alim: Albaniyanın etnik tərkibi mənbələrlə təsdiqlənir

Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul edilib

Nazirlik: Dövlət sosial xidmətləri sahəsində süni intellektin imkanlarının tətbiqi üçün müvafiq “yol xəritəsi” üzrə işlər aparılır

Türk ekspert: Cənubi Qafqazın geoiqtisadi əhəmiyyəti daha da artır - ŞƏRH

“Deutsche Bank”: Gələn ilin ikinci rübündə misin qiyməti 22 min dolları ötəcək

Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib

Dua et ana, mən arzuma çatım... – Vətən müharibəsi şəhidinin son arzusu

Aqrar Sığorta Fondu əkin sahələrinə dəymiş zərərlər üzrə ödənişlərə başlayır

Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar

Tam orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbulun nəticələri açıqlanıb

Azərbaycan xarici sərmayə üçün açıq və əlverişli məkandır - ŞƏRH

Kimya İnstitutunda alunit filizindən alüminium oksidinin alınması üzrə tədqiqat aparılır

Britaniyalı şahmatçı qadınlar arasında qrossmeyster adını qazanan ən gənc oyunçu olub

® “Rabitəbank” ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib

Çin ilk dəfə özünün xüsusi yüksək hündürlükdə uçan “WZ-7” kəşfiyyat PUA-sından istifadə edib

Qazaxıstan Manqistau vilayətində daha bir hərbçinin həlak olması barədə yayılan məlumatı təkzib edib

Vətən müharibəsində qazanılan Zəfər Azərbaycan gəncinin üzərinə böyük məsuliyyət qoyur

Roma Papası Avropa ölkələrini münaqişələri sülh yolu ilə nizamlamağa çağırıb

Dağ üzərinə atılan çınqıl daşlar - ŞƏRH

Hindistanda daşqınlar və torpaq sürüşməsi nəticəsində 81 nəfər ölüb

Qazaxıstan və Avstriya Xəzər dənizi vasitəsilə daşımaları genişləndirmək niyyətindədir

Sumqayıt Sənaye Parkında ildə 250-300 elektrik avtobusu yığılması planlaşdırılır

Analitik: Azərbaycanın dayanıqlı inkişafı sərmayə yatırımlarını da artıracaq

“Ası Lo Dice Mexico" qəzeti: 27 Sentyabr milli iradənin və tarixi yaddaşın rəmzidir

İtaliyadakı beynəlxalq seminarda Azərbaycanın qayaüstü sənət irsi və qədim kənd təsərrüfatı ənənələri təqdim olunub

Böyük Britaniyada minlərlə ev susuz qalıb

İşğaldan azad olunmuş ərazilər investorlar üçün geniş imkanlar təqdim edir

bp “Dərinsulu Günəşli”də çoxquyulu sualtı müdaxilə proqramını uğurla başa çatdırıb

Gürcüstanda əmlak vergisi ilə bağlı yeni qaydalar tətbiq olunacaq

Azərbaycan çayı Brüsseldə beynəlxalq auditoriyaya təqdim olunub

“Azərbaycan Kredit Bankı”nın ləğv prosesi yekunlaşıb

Sumqayıt Sənaye Parkının ərazisində 300-dək ağac əkilib

BDU Qazaxıstanın Maqsut Narikbayev Universiteti ilə əməkdaşlığa başlayır

Azərbaycan Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastır Kompleksini ziyarət ediblər – YENİLƏNİB VİDEO

Azərbaycan Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastır Kompleksini ziyarət ediblər – YENİLƏNİB VİDEO

Hövsanın bəzi ərazilərində içməli su təminatında fasilə yaranacaq

® “Azercell” abunəçilərinə mənzil, avtomobil və “iPhone” hədiyyə edir!

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bir sıra reyslər əlverişsiz hava səbəbi ilə təxirə salınıb