Sadə tərkibli sürtkü kompozisiyalarının hazırlanmasına dair tədqiqat aparılıb
Kimyaçı alimlərin fundamental elmi nəticəsi nüfuzlu xarici jurnalda çap olunub
Bakı, 1 aprel, AZƏRTAC
Elm və Təhsil Nazirliyi Aşqarlar Kimyası İnstitutunun bir qrup aparıcı aliminin tədqiqatlarının nəticələri “Web of Science” bazasında indekslənən xarici jurnalda nəşr olunub.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, məqalədə polimer tipli yeni suksinimid aşqarlarının AKI-634, AKI-635, AKI-636 və AKI-637 sintezi üzrə tədqiqatların nəticələri təqdim olunub.
Tədqiqatlar göstərib ki, bu aşqarlar yüksək antikorroziya, yuyucu və özlülük-temperatur xassələrinə malik olub, S-5A və IKhP-476 analoqlarından üstündürlər. Sintez edilmiş suksinimidlər termal analiz metodları əsasında tədqiq edilərək müəyyən olunub ki, onlar temperatur təsirlərinə qarşı yüksək dərəcədə davamlıdırlar. Nəticə olaraq göstərilir ki, sintez edilən polimer tipli çoxfunksiyalı suksinimid aşqarlarından istifadə etməklə daha sadə tərkibli sürtkü kompozisiyaları hazırlamaq mümkündür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [19:52]
“Macar-Azərbaycan ortaq etnik kökləri” kitabının təqdimatı olub
- 10.06.2026 [18:22]
Rektor çempion olan AzTU komandasını təbrik edib
- 10.06.2026 [17:57]
ADPU ilk dəfə RUR beynəlxalq universitet reytinqində yer alıb
- 10.06.2026 [17:51]
Coğrafiya İnstitutu sürüşmə riski olan əraziləri açıqlayıb
- 10.06.2026 [17:09]
ADU-da “Çin dili körpüsü” müsabiqəsinə yekun vurulub
- 10.06.2026 [17:02]