İDMAN
“SAĞLAMLIQ-2004” SPARTAKİADASININ NƏRD YARIŞLARINA YEKUN VURULMUŞDUR
AZƏRTAC xəbər verir ki, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin yaradılmasının 86-cı ildönümünə həsr olunmuş (əvvəllər Poçt və Teleqraf Nazirliyi adlanıb) rabitəçilər arasında keçirilən “Sağlamlıq-2004” spartakiadasının nərd yarışlarına yekun vurulmuşdur.
Nazirliyin “Spartak” könüllü idman cəmiyyəti ilə birlikdə keçirdiyi yarışlarda 16 komandada 48 nəfər öz gücünü sınamışdır. Gəncə Telekommunikasiya İdarəsinin komandası 1-ci, Bakı Telefon Rabitəsi İstehsalat Birliyi 2-ci, “Bakı teleqrafı” ASC-nin komandası isə 3-cü yeri tutmuşlar. 17 rabitəçinin iştirak etdiyi şəxsi birincilikdə isə Lənkəran Telekommunikasiya qovşağından Müqənnət Heydərov 1-ci, Yevlax Telekommunikasiya qovşağından Yusif Nuriyev 2-ci, Şəki Telekommunikasiya qovşağından Mənsur Kərimov 3-cü yerin sahibi olmuşlar.