Azərbaycan Dövlət İnformasiya Agentliyi

Şahbuz rayonunun Nursu kəndində kompleks quruculuq işləri aparılıb

Naxçıvan, 2 dekabr, AZƏRTAC

Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət proqramları çərçivəsində həyata keçirilən tədbirlər ölkəmizin hər yerində, eləcə də Naxçıvan Muxtar Respublikasında bütün sahələrin inkişafına təkan verib. Bu gün Naxçıvan şəhərində, rayon mərkəzlərində və kəndlərdə müasir infrastruktur yaradılıb.

Həyata keçirilən tədbirlər Şahbuz rayonunu da əhatə edib. Aparılan genişmiqyaslı quruculuq işləri rayonun kəndlərini müasir görkəmə qovuşdurub. Bu il rayonun Nursu kəndində də kompleks quruculuq işləri aparılıb, yeni sosial obyektlər tikilib.

Şahbuz şəhər-Mahmudoba-Nursu avtomobil yolu

yenidən qurulub

Müasir və rahat yol şəbəkələrinin yaradılması inkişafın başlıca şərtidir. Son illər muxtar respublikada bu məsələyə xüsusi diqqət yetirilir, kənd yollarının inşası və yenidən qurulması diqqət mərkəzində saxlanılır. Bu sahədə həyata keçirilən tədbirlərin davamı olaraq Şahbuz şəhər-Mahmudoba-Nursu avtomobil yolu əsaslı şəkildə yenidən qurulub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, dekabrın 1-də avtomobil yolunun açılışı olub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov muxtar respublikada kənd yollarının abadlaşdırılması istiqamətində həyata keçirilən tədbirlərdən Nursu kəndinə də pay düşdüyünü bildirib, bu münasibətlə sakinləri təbrik edib, açılışı bildirən lenti kəsib.

Məlumat verilib ki, yenidənqurma işlərindən sonra yolda əhalinin və avtomobillərin rahat hərəkəti təmin olunub, yaşayış məntəqələri arasında əlaqə yaxşılaşdırılıb. Mahmudoba, Nursu kəndlərini və Şahbuz şəhərinin bir hissəsini birləşdirən avtomobil yolunun ümumi uzunluğu 11,2 kilometrdir. Yolda tikinti işləri mühəndis-texniki tələblərə uyğun aparılıb, yol yatağı genişləndirilib, asfalt örtük salınıb. Layihə çərçivəsində yolun üzərindəki 4 körpü də təmir edilib, 48 su keçidi tikilib, istinad divarları və 360 metr beton kanal çəkilib.

“Muxtariyyət ili”ndə 14-cü məktəb binası

Nursu kəndində istifadəyə verilib

Dekabrın 1-də Nursu kənd tam orta məktəbinin yeni binasının açılışı olub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılış tədbirində iştirak edib.

Tədbirdə çıxış edən məktəbin direktoru Xanəli Əmişov deyib ki, həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində Şahbuz rayonunun kəndləri də gündən-günə inkişaf edir, gənclərin bilikli, vətənpərvər böyüməsi üçün hər cür şərait yaradılır. Kəndlərdə tikilib istifadəyə verilən müasir məktəb binaları təhsilin səviyyəsinin yüksəlməsinə imkan verir. Bütün bunlar isə müəllimlərin məsuliyyətini daha da artırır, gənclərin təlim-tərbiyəsində daha əzmlə çalışmağa ruhlandırır. Xanəli Əmişov Nursu kənd məktəbində yaradılan şəraitə görə kollektiv adından minnətdarlıq edib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Nursu kənd tam orta məktəbinin müasir tələblər səviyyəsində qurularaq istifadəyə verildiyini bildirib, bu münasibətlə məktəbin kollektivini təbrik edərək deyib: Təhsil hər bir ölkənin gələcəyidir. Ölkənin gələcəyinin necə olduğunu bilmək üçün onun gəncliyinə nəzər salmaq lazımdır. Əgər bir ölkənin gəncliyi təhsilli və vətənpərvərdirsə, onun gələcəyi də etibarlı olacaq, həmin ölkə inkişaf edərək dünya dövlətləri sırasında öz layiqli yerini tutacaqdır.

Ali Məclisin Sədri ümummilli liderimiz Heydər Əliyevin “Gənclərimizə yüksək təhsil verməklə bərabər, onları əsl vətəndaş kimi böyütməliyik” fikrini xatırladaraq deyib: Vətənpərvər gənclik məktəblərdə hazırlanır. Müəllimlər şagirdlərə yüksək təhsil verməklə yanaşı, həm də onlara vətəndaşlıq hissləri aşılamalıdırlar. Bu da gənclərin əsl vətəndaş kimi böyümələrinə, harada yaşamasından asılı olmayaraq xalqına və ölkəsinə layiqincə xidmət etmələrinə imkan verəcəkdir. Müasir məktəb binalarının tikilib istifadəyə verilməsi də məhz bu məqsədə xidmət edir. Nursu kənd tam orta məktəbində gənclərin hərtərəfli yetişdirilməsi, onların əsl vətəndaş kimi böyüdülməsi üçün hər cür şərait yaradılıb, müasir tədris avadanlıqları quraşdırılıb. Məktəbdə yaradılan bu şərait imkan verəcəkdir ki, gənclər qədim və müasir dövr tariximizi ətraflı öyrənsin, ölkəmizdə və dünyada baş verən bütün yenilikləri elektron formada izləsin, bilik və dünyagörüşlərini daha da artırsınlar.

Ali Məclisin Sədri deyib: Ölkəmizdə təhsilin inkişafına lazımi diqqət və qayğı göstərilir. Yeni məktəb binalarının istifadəyə verilməsi, müəllimlərin əməyinin qiymətləndirilməsi təhsilə göstərilən dövlət qayğısının daha bir nümunəsidir. Bütün bu işlər ölkəmizin gələcəyinə hesablanmış tədbirlərdir. Hər bir müəllim bilməlidir ki, o ölkənin gələcəyini hazırlayır. Hər bir gənc isə bilməlidir ki, o ölkəmizin gələcəyinə cavabdehdir. Ona görə də Nursu kənd tam orta məktəbində bundan sonra da müəllim tələbkarlığı və şagird çalışqanlığı birgə götürülməli, vətənpərvər və təhsilli gənclər yetişdirilməlidir.

Nursu kənd tam orta məktəbinin nailiyyətlərinin nümunə gücündə olduğunu qeyd edən Ali Məclisin Sədri kollektivə təşəkkürünü bildirib və onlara gələcək tədrisdə uğurlar arzulayıb.

Açılışı bildirən lent kəsildikdən sonra məktəb binasına baxış olub.

Məlumat verilib ki, 234 şagird yerlik məktəbdə 3-ü elektron lövhəli olmaqla 13 sinif otağı, kimya-biologiya və fizika laboratoriyaları, hərbi kabinə, kompyuter, şahmat və müəllimlər otaqları, kitabxana, bufet, idman zalı və açıq idman qurğuları istifadəyə verilib.

Məktəbin kitabxana fondunda 1289 latın qrafikalı dərslik və 1185 bədii ədəbiyyat olmaqla 2474 kitab vardır. Bildirilib ki, məktəblərdə müasir tədris vasitələrinin tətbiqi ilə yanaşı, şagirdlərin kitabxanalara cəlbi də vacib məsələdir. Ona görə də kitabxanada bədii əsərlərin müzakirələri, kitab sərgiləri təşkil olunmalı, əlamətdar və tarixi günlərlə bağlı tədbirlər keçirilməlidir.

Müasir dövrdə informasiya-kommunikasiya texnologiyalarından istifadə hər bir ölkənin intellektual və elmi potensialının vacib göstəricilərindən sayılır. Nursu kənd tam orta məktəbinin kompyuter sinfində də 19 kompüter dəsti quraşdırılıb və internetə çıxış təmin edilib.

Məktəblərdə elektron lövhələrin tətbiqi də təhsilin keyfiyyətinin yaxşılaşdırılmasına kömək edir. Bu avadanlıqların ən mühüm üstünlüklərindən biri də birbaşa internetə çıxış imkanının olmasıdır. Bu da məktəblərin distant tədris şəbəkəsinə qoşulmaqla elektron informasiya mübadiləsi aparılmasına və virtual dərslərin keçirilməsinə imkan verir. Məktəbin elektron lövhəli sinfində 192 ümumtəhsil məktəbi ilə Cəlil Məmmədquluzadənin ev-muzeyi arasında videobağlantı qurulub və virtual dərs keçirilib

Kimya-biologiya və fizika laboratoriyalarına baxış zamanı qeyd olunub ki, məktəbdə dəqiq elmlərin tədrisinə xüsusi diqqət yetirilir. Müasir tədris-təcrübə avadanlıqları ilə təchiz olunan laboratoriyalarda yaradılan şərait şagirdlərin keçirilən dərsləri daha yaxşı mənimsəməsinə kömək edəcəkdir.

Şagirdlərin hərbi-vətənpərvərlik tərbiyəsinin yüksəldilməsi, onların ilkin hərbi vərdişlərə yiyələnməsi də tədris proqramının tərkib hissəsi kimi diqqət mərkəzində saxlanılır. Bu məqsədlə kənd məktəbində hərbi kabinə yaradılıb, müxtəlif məlumat stendləri asılıb.

Məktəbin idman zalında da hər cür şərait vardır. Ali Məclisin Sədri bədən tərbiyəsi və idman dərslərinin tədris proqramına uyğun keçirilməsinin, şagirdlərin fiziki hazırlığına diqqətin artırılmasının vacibliyini qeyd edib.

Məktəbin müəllimləri ilə görüşən Ali Məclisin Sədri deyib ki, məktəbdə tədrisin keyfiyyətinin yüksəldilməsi və nailiyyətlərin daha da artırılması üçün hər cür şərait yaradılıb. Müəllimlər yaradılan bu şəraitdən səmərəli istifadə etməli, intellektli və vətənpərvər gənclər yetişdirməlidirlər. Gənclərin vətənpərvər ruhda böyüdülməsində əsas amil onlara nümunə göstərməkdir. Bu kəndin yetirməsi olan görkəmli Azərbaycan şairi Məmməd Arazın həyat və yaradıcılığı bu mənada ən yaxşı vətənpərvərlik nümunəsidir.

Məktəbin müəllimi Rizvan Bağırov dağ kəndi olan Nursuda müasir məktəb binasının istifadəyə verilməsini muxtar respublikada təhsilə göstərilən qayğının nəticəsi kimi dəyərləndirib, yaradılan şəraitə uğurlu nailiyyətlər qazanmaqla cavab verəcəklərini bildirib.

Məktəb binasının həyətində də abadlıq işləri aparılıb, gül kolları və ağaclar əkilib.

Dövlət qurumları yeni kənd mərkəzində

fəaliyyət göstərəcəkdir

Həmin gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Nursu Kənd Mərkəzinin də açılışını edib, binada yaradılan şəraitlə tanış olub.

Məlumat verilib ki, kənd mərkəzinin birinci mərtəbəsində kitabxana, rabitə evi, polis sahə və baytarlıq məntəqələri yerləşir. Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, inzibati ərazi dairəsi üzrə nümayəndəlik, mədəniyyət evi üçün otaqlar və 70 yerlik zal isə binanın ikinci mərtəbəsində yerləşir.

Əhalinin maariflənməsində və asudə vaxtın səmərəli təşkilində əvəzsiz rolu olan kənd kitabxanasında oxucular üçün lazımi şərait yaradılıb. Burada 6 min 566 kitab vardır.

Kənd mərkəzindəki rabitə evində poçt şöbəsinin fəaliyyəti təmin olunub, yeni nəsil Avtomat Telefon Stansiyası quraşdırılıb. Bu da abonentlərə telefon, videotelefon, İP televiziya, genişzolaqlı internet və digər elektron xidmətlərin göstərilməsinə imkan verəcəkdir.

Binada baytarlıq məntəqəsinin səmərəli fəaliyyəti üçün ayrıca iş otağı ayrılıb, lazımi dərman preparatları qoyulub. Bu da kənddə mal-qaranın təhlükəli xəstəliklərdən qorunmasında, heyvanlar arasında yoluxucu xəstəliklərin yayılmaması üçün planlı şəkildə epizootiya əleyhinə profilaktiki tədbirlərin aparılmasında, heyvandarlıq məhsullarının sanitar keyfiyyətinə nəzarətin həyata keçirilməsində mühüm rol oynayacaqdır.

Kəndin ictimai-mədəni həyatında öz fəallığı ilə seçilən Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatının 70 üzvü vardır. Onlardan 22-si gənclər, 20-si isə qadınlardır.

Kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik üçün ayrılmış otaqlarda da müasir iş şəraiti yaradılıb. Tədbirlər zalında isə ictimai-mədəni tədbirlərin keçirilməsi üçün bütün imkanlar vardır.

Nursu kəndində əhaliyə nümunəvi

tibbi xidmət göstəriləcəkdir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinin yüksəldilməsi istiqamətində ardıcıl tədbirlər görülür. Muxtar respublikada da bu vacib sahənin inkişafı diqqət mərkəzində saxlanılır, yeni səhiyyə ocaqları tikilərək istifadəyə verilir.

Dekabrın 1-də Nursu kəndində yeni həkim ambulatoriyasının açılışı olub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov ambulatoriyanın açılışını edib, binada yaradılan şərait və kənddə əhaliyə göstərilən tibbi xidmətin keyfiyyəti ilə maraqlanıb.

Bildirilib ki, iki mərtəbədən ibarət olan binada 11 otaq, o cümlədən stomatoloji kabinə, palata, doğuş, peyvənd, aptek, baş həkim, mama, tibb bacısı, qeydiyyat, müayinə və manipulyasiya otaqları yerləşir. Xəstəxana tipli həkim ambulatoriyası lazımi tibbi avadanlıqlar və dərman vasitələri ilə təmin olunub. Hazırda ambulatoriyada 7 tibb işçisi sakinlərə xidmət göstərir. Tibb işçiləri kənddə peyvənd işinin vaxtlı-vaxtında aparılmasına və gigiyenik qaydalara əməl olunmasına, səhiyyə maarifi işinin təşkilinə diqqət yetirirlər.

Ambulatoriyada istilik sistemi quraşdırılıb, binanın həyətində abadlıq işləri aparılıbdır.

Kənddə yeni xidmət mərkəzinin

açılışı olub

Həmin gün Nursuda yeni xidmət mərkəzi də istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov xidmət mərkəzinin açılışını bildirən lenti kəsib.

Məlumat verilib ki, Nursu kimi dağlıq ərazilərdə yerləşən kəndlərdə bu cür xidmət obyektlərinin tikilib istifadəyə verilməsi mühüm əhəmiyyət daşıyır. Xidmət mərkəzində bərbərxana, qadın gözəllik salonu, ət satışı yeri, ərzaq və təsərrüfat malları mağazaları fəaliyyət göstərir. Mərkəzin istifadəyə verilməsi həm də kənddə yeni iş yerlərinin açılmasına səbəb olub. Hazırda burada 5 nəfər daimi işlə təmin olunub.

Mərkəzlə tanışlıqdan sona Ali Məclisin Sədri sakinlərlə görüşüb.

Kənd ziyalısı Qəzənfər Məmmədov sakinlər adından minnətdarlıq edərək deyib ki, Nursu kəndi aparılan quruculuq işlərindən sonra öz görkəmini tamamilə dəyişib. Kənddə yeni sosial obyektlərin və Xalq Şairi Məmməd Arazın ev-muzeyinin istifadəyə verilməsi sakinlər tərəfindən razılıqla qarşılanır. Çünki ucqar dağ kəndində yaradılan bu şərait dövlətimizin iqtisadi qüdrətinin göstəricisi, eyni zamanda, insanlara göstərilən qayğının daha bir ifadəsidir. Hər bir sakin göstərilən bu qayğıya öz əməli işi ilə cavab verəcək, ölkəmizin inkişafında yaxından iştirak edəcəkdir.

Ali Məclisin Sədri Nursu kəndində yeni sosial obyektlərin istifadəyə verilməsi münasibətilə sakinləri təbrik edərək deyib: Nursu Azərbaycanın ən tanınmış kəndlərindən biridir. Bu kənd Məmməd Araz kimi görkəmli şəxsiyyət yetirib. Kənddə yaşamaq, təsərrüfatla məşğul olmaq üçün hər cür şərait yaradılıb, Nursu muxtar respublikanın abad yaşayış məntəqələrinin sırasına qoşulub. Bu gün həkim ambulatoriyasının, kənd yolunun, məktəb binasının, kənd və xidmət mərkəzlərinin istifadəyə verilməsi Nursunun hərtərəfli inkişafına hesablanmış tədbirlərdir. Dövlətin və sakinlərin birgə səyi Nursu kəndini bundan sonra daha da inkişaf etdirəcəkdir.

* * *

Həyata keçirilən abadlıq-quruculuq tədbirləri nəticəsində Nursu kəndinin rabitə, elektrik, qaz və su təchizatı da yenidən qurulub, müasir kommunal şərait yaradılıb. Şahbuz şəhərindən Nursu kəndinədək 7 kilometr məsafədə fiber-optik, 800 metr yerüstü, 750 metr yeraltı rabitə xətti çəkilib, 250 kilovoltamper gücündə yeni transformator yarımstansiyası quraşdırılıb. Həmçinin 210 metr uzunluğunda müxtəlif diametrli qaz xətlərinin yeri dəyişdirilib, yeni tikililərə 770 metr uzunluğunda qaz və 720 metr yeni içməli su xətti çəkilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycana sərmayələrin artması ölkədəki iqtisadi sabitliyi göstərir ŞƏRH

Avropa İttifaqının xarici sərhədlərinin təhlükəsizliyi gücləndirilir

Nərgiz Cabbarlı: Xaqani irsinin daha dərindən tədqiqinə və geniş təbliğinə ehtiyac var

Azərbaycan nümayəndə heyəti Çində pambıqçılıqda innovativ əkin və avtomatlaşdırılmış yığım texnologiyaları ilə tanış olub

Fransada lisey şagirdlərinin etirazları genişlənir

HTP qalibi: Mərakeşdə psixologiya üzrə təhsil alacaq ilk azərbaycanlı tələbə olacağam

Naxçıvanda alternativ və bərpaolunan enerji mənbələri üzrə elektrik enerjisi istehsalı artıb

Azərbaycan Üzgüçülük Federasiyasının rəsmi maskotları təqdim olunub

Xızı və Şabranın turizm imkanları yerli sənaye nümayəndələrinə təqdim olunub

Kreml: Rusiya İranın Nüvə Silahlarının Yayılmaması Müqaviləsindən çıxmayacağına ümid edir

Üçrəngli Bayrağımızı Talış kəndində sancan şəhid

Azərbaycanlı sürrealist rəssamın əsərləri İspaniyanın "People Art Factory" layihəsində

Millinin futbolçusu: Şotlandiya ilə oyunda xal və ya xallar qazanmaq üçün əlimizdən gələni edəcəyik

Tədqiqatçılardan xəbərdarlıq: İnformasiya müxtəlifliyi azala bilər

Sərdar Ünsal: 44 günlük Vətən müharibəsi Azərbaycan tarixinin qəhrəmanlıq salnaməsidir

Kimya İnstitutunda hidrogen enerjisi və yeni nəsil materiallar üzrə tədqiqatlar aparılır

Qlobal investorların İkinci Beynəlxalq Forumda iştirakı ölkəmizin investisiya mühitinə etimadı artırır

Avropada qaz anbarlarının doluluq nisbəti ilin bu dövrü üçün ən aşağı səviyyədədir

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Qazaxıstan ordu haqqında sosial şəbəkələrdə yayılan feyk kadrları təkzib edib

® Gömrük və səhiyyə işçilərinin davranış standartları barədə danışılıb

Soner Kılıç: Azərbaycan-Türkiyə turizm əməkdaşlığının genişləndirilməsi yeni iqtisadi imkanlar yaradır

Bu il su hövzələrində insanların təhlükəsizliyinin təmin olunması istiqamətində görülmüş işlər açıqlanıb

Fransanın keçmiş Baş nazirinə şərti həbs cəzasının verilməsi istənilib

Premyer Liqa: “Qarabağ” – “Neftçi” matçının vaxtı açıqlanıb

Süni mayalanma və embrion köçürülməsi ilə əldə edilən buzov və balağlara görə yeni subsidiya mexanizmi tətbiq olunur

FIFA prezidenti Bakıda U-15 dünya çempionatı və festivalına hazırlıq işləri ilə tanış olub

Bakı ilk dəfə CAMCA Regional Forumuna ev sahibliyi edəcək

Azərbaycanın investor rolunun güclənməsi xarici siyasət üçün də əlavə alətlər yaradır - ŞƏRH

Fərid Qayıbov: Azad olunmuş torpaqlarımızda növbəti idman bayramıdır VİDEO

Fərid Qayıbov: Azad olunmuş torpaqlarımızda növbəti idman bayramıdır VİDEO

Bəzi rayonlarda leysan xarakterli yağış yağır – FAKTİKİ HAVA

Azərbaycan dili Sofiyada keçirilən Dillər Yarmarkasında təqdim olunub

Türkiyə Nyu-Yorkda COP31-in təqdimatını keçirib VİDEO

Türkiyə Nyu-Yorkda COP31-in təqdimatını keçirib VİDEO

Paytaxtın bəzi küçələrində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

AZAL-ın ixrac gəlirləri açıqlanıb

® Azərbaycanın kibertəhlükəsizlik üzrə komandası ilk dəfə “WorldSkills Shanghai 2026”da medal qazanıb

Dayanıqlı inkişaf və gələcəyin yaşıl şəhərləri: BDU-da gənclərin forumu

Professor: Tədqiqatların real sektora tətbiqi üçün əlaqələndirici mexanizmlərin gücləndirilməsinə ehtiyac var

Füzulidə “Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinə start verilib VİDEO

Füzulidə “Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinə start verilib VİDEO

“AzərEnerji”nin ixrac gəlirləri 66 faiz artıb

“AzerGold”un ixrac gəlirləri 22 faiz artıb

NTD üç yerli basketbolçu transfer edib

Azərbaycanın qızıl ixracından gəlirləri 29 faizədək artıb

İnvestisiya agentliyinin direktoru: Monteneqro sənaye zonalarının idarəedilməsi üzrə Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır VİDEO

İnvestisiya agentliyinin direktoru: Monteneqro sənaye zonalarının idarəedilməsi üzrə Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır VİDEO

Gömrük əməkdaşları 4 milyon dollarlıq brilyant qaşların Azərbaycana qanunsuz gətirilməsinin qarşısını alıb

Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq

BDU-da tələbələr üçün CPR və ilkin yardım üzrə sessiya təşkil edilib

Vətən müharibəsi Azərbaycanın beynəlxalq nüfuzunu yeni mərhələyə qaldırdı - ŞƏRH

SOCAR-ın idarəsi 207 milyon dollarlıq qeyri-neft məhsulu ixrac edib

Argentina Folklend adalarında neft kəşfiyyatı aparan Britaniyanı məhkəməyə verəcək

“Azərkosmos”un ixrac gəlirləri 1,5 dəfə artıb

Gənc alim: Çin-Azərbaycan ədəbi əlaqələri humanitar dialoqun dərinləşdirilməsinə töhfə verir

“SOCAR Polymer”in ixrac gəlirləri açıqlanıb

Fransada dövlət sektorunda ümummilli tətil keçirilir

Mövcud potensialı daha çox qeyri-neft sektoruna yönəltmək iqtisadi şaxələndirməni sürətləndirəcək - ŞƏRH

Ukraynadan daha 30 uşaq reabilitasiya xidmətlərinə cəlb olunmaları üçün ölkəmizə gətirilib

NİİM: Dalğa küçəsində işıqforun vaxt planı dəyişdirilib

Akşin Əlili: Sudaboğulma hadisələri qeyri-çimərlik ərazilərində baş verib

ADA Universitetində şanlı Zəfər tariximiz “Zəfər rəqsi” filminin nümayişi ilə anılıb

UEFA Millətlər Liqası: Azərbaycan – Lixtenşteyn oyunu avstriyalı hakimlərə tapşırılıb

Bu il subasma səbəbindən köməksiz vəziyyətdə qalan 1351 vətəndaş təxliyə olunub

Prezident İlham Əliyev FIFA-nın prezidentini qəbul edib VİDEO

Türkiyənin TPAO şirkəti gündəlik neft hasilatını 1 milyon barelə çatdırmağı planlaşdırır

Dizelin qiymətindəki artım istehsal və daşınma zəncirinin bütün mərhələlərinə təsir göstərir

Azərbaycan idmançıları savat üzrə Avropa çempionatında 2 medal qazanıblar

Bu il FHN-in xilasetmə qurumları tərəfindən 64 nəfərin cəsədi suda tapılıb

Azərbaycan və Qazaxıstan beynəlxalq təhsil proqramları sahəsində əməkdaşlığı genişləndirir

Azərbaycanın maliyyə bazarlarının beynəlxalq maliyyə sisteminə inteqrasiyasının təşviqi nəzərdən keçirilib

Məhəmməd Qalibaf: İran neft sata bilmirsə, regionda heç bir ölkə bunu edə bilməyəcək

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 29 sentyabr

“Xalqın Gücü” partiyasının üzvü: Dünya Bankı və AİİB Orta Dəhliz çərçivəsində Gürcüstana yüz milyonlarla dollar ayırır

Lənkəranda sahibkarlara istehlakçı hüquqlarının təmin edilməsi ilə bağlı qanunvericiliyin tələbləri izah olunub

TÜMER sədri: Azərbaycan Türk dünyasının birliyinin əsas aktorlarından biridir

Dövlət Xidmətinin rəsmisi: Bu il su hövzələrində xilas edilənlərin sayı artıb

Azərbaycanda “Cisco” akademiyasının yaradılması nəzərdən keçirilir

Afrika Millətlər Kuboku üçün alternativ ev sahibləri axtarılır

“Open AI” təhlükəsizlik problemi səbəbindən süni intellektin yeni modelinin buraxılışını təxirə salıb

Dağ-mədən və metallurgiya sənayesinin inkişafı regionların sosial-iqtisadi inkişafına yeni imkanlar açacaq - ŞƏRH

“Cənubi Qafqazın Mesopotamiyası”nda – Muğanda yeni tapıntılar aşkarlanıb VİDEO

“Cənubi Qafqazın Mesopotamiyası”nda – Muğanda yeni tapıntılar aşkarlanıb VİDEO

İran Hörmüz boğazının açılması ilə bağlı ABŞ-dən cavab gözləyir

BMT: Maliyyə böhranı 8,3 milyon qaçqın və məcburi köçkünü yardımdan məhrum edə bilər

NASA “Boeing Starliner” kosmik gəmisinin pilotlu uçuşunu 2028-ci ilə planlaşdırır

Türkiyənin yerli smartfonu gələn il satışa çıxarılacaq

Peru radiosunda Üzeyir Hacıbəyliyə həsr olunmuş xüsusi veriliş yayımlanıb

Bakıdakı Dünya Kubokunda 44 ölkədən 216 üzgüçü mübarizə aparacaq

“Sənət inciləri” layihəsi gəncləri Üzeyir Hacıbəyli irsi ilə tanış edir

Sülhün təminatı xarici sərmayəni artıracaq - ŞƏRH

Turizm mütəxəssisi: Kənd turizminin inkişafı tək biznes deyil, həm də ictimai diplomatiyadır VİDEO

Turizm mütəxəssisi: Kənd turizminin inkişafı tək biznes deyil, həm də ictimai diplomatiyadır VİDEO

Formula 1 Azərbaycan Qran-Prisinin 2025-ci il qalibinə “Azərxalça”nın xalçası təqdim olunub

Rusiyanın Yaroslav vilayətində matəm günü elan edilib

Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyəcək

Mərkəzi Bankın nümayəndələri Sabirabadda vətəndaşların müraciətlərini dinləyəcək

Folklor İnstitutu “Zəfər salnaməsi: qəhrəmanlıq və milli yaddaş” mövzusunda tədbir təşkil edib

Ekspert: Süni intellekt Azərbaycan şirkətləri üçün strateji alətə çevrilir

“Xankəndi” klubunun yeni baş məşqçisi bəlli olub

Qızılın qiyməti 7 həftənin minimumuna yaxınlaşır

Ədliyyə Nazirliyinin nümayəndələri beynəlxalq təlimdə iştirak ediblər

İnvestisiya qoyuluşu nəticəsində yaradılan iqtisadi fəaliyyət dövlət büdcəsi üçün gəlir mənbəyi yaradır - ŞƏRH

Azərbaycanın ənənəvi idman oyunları qırğız alimlər tərəfindən araşdırılır