Azərbaycan Dövlət İnformasiya Agentliyi

Şahbuz rayonunun Nursu kəndində Xalq Şairi Məmməd Arazın ev-muzeyi istifadəyə verilib

Şahbuz, 1 dekabr, AZƏRTAC

Dekabrın 1-də - Xalq Şairi Məmməd Arazın xatirəsini anma günündə onun doğulub boya-başa çatdığı Şahbuz rayonunun Nursu kəndində ev-muzeyinin açılışı olub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsib.

Sonra Ali Məclisin Sədri, şairin ailə üzvləri və tədbir iştirakçıları ədibin muzeyin foyesindəki portretinin önünə gül dəstələri qoyublar.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Xalq Şairi Məmməd Arazın ev-muzeyinin açılışı münasibətlə tədbir iştirakçılarını, ziyalıları, muxtar respublikanın ədəbi ictimaiyyətini təbrik edərək deyib: Məmməd Araz yaradıcılığı Azərbaycan ədəbiyyatının inkişafında mühüm mərhələ təşkil edir. Prezident İlham Əliyev Məmməd Arazın Azərbaycan ədəbiyyatının inkişafındakı xidmətlərini yüksək dəyərləndirərək demişdir: “Ana dilinin bütün incəliklərini özündə toplamış Məmməd Araz poetik irsi gəncliyin mədəni-mənəvi dəyərlərə ehtiram ruhunda formalaşması baxımından müstəsna əhəmiyyətə malikdir”.

Ali Məclisin Sədri deyib: Şahbuzun Nursu kəndində dünyaya göz açan, ilk təhsilini Nursuda alan Məmməd Araz Azərbaycan Pedaqoji İnstitutunu və Moskvada Ədəbiyyat İnstitutunu bitirib, nəşriyyat, qəzet və jurnallarda müxtəlif vəzifələrdə çalışıb, Azərbaycan Yazıçılar İttifaqının poeziya bölməsinə rəhbərlik edib, 1974-cü ildən ömrünün sonunadək “Azərbaycan təbiəti” jurnalının baş redaktoru olub. Hansı vəzifədə işləməsindən asılı olmayaraq Məmməd Arazın həyatı ədəbiyyatın yüksək məramına xidmətdə keçmiş, bu sahədə misilsiz nailiyyətlər qazanaraq Azərbaycan lirikasının poetik zirvəsini fəth edib və bu zirvədə əbədi yaşamaq haqqı qazanıb.

Məmməd Araz yaradıcılığının bir missiyası vardı. O da poetik Azərbaycan dünyasına xidmətdən, Vətən qarşısında ziyalı borcunu yerinə yetirməkdən ibarət idi. O, bu yolla gedərək Azərbaycanda vətəndaşlıq poeziyasının əsasını qoyub. Məmməd Araz şeirində “Vətən” sözü qürurla səslənir. Onun yaradıcılığının baş qəhrəmanı Azərbaycandır. Məmməd Arazın Azərbaycana və onun bir parçası olan Naxçıvana həsr etdiyi şeirlər Vətən mövzusunda ən yaxşı əsərlər kimi dəyərləndirilə bilər. Məmməd Araz düşünən və düşündürən şairdir. O, Azərbaycan poetik-fəlsəfi fikrinin ən yaxşı nümunələrini yaradıb. Şairin ötən əsrin 70-ci illərindən başlayaraq qələmə aldığı insan və dünya barədə fəlsəfi düşüncələri böyük tərbiyəvi əhəmiyyətə malikdir. Bu gün misraları zərbi-məsələ, hikmətli sözlərə çevrilən az sayda yaradıcı şəxsiyyət var ki, onlardan biri də Məmməd Arazdır.

Ali Məclisin Sədri deyib: Məmməd Araz Azərbaycandan, həyatın reallıqlarından yazırdı. Lakin o yerdə ki, həyatın sərt reallıqları şeirin poetik ölçülərinə sığışmırdı, Məmməd Arazın şair qələmi alovlu publisist qələminə çevrilirdi. Onun publisistikası da şeirləri kimi insanı düşündürən və buna görə də uzunömürlülük qazanan ciddi yaradıcılıq nümunələridir. Məmməd Arazın qələminə məxsus “Yer üzünün Qarabağ düzü”, “Naxçıvan albomu” publisistik yazıları aradan uzun illər keçməsinə baxmayaraq bu gün də aktuallığını və müasirliyini itirməyib. Oxucuya yüksək keyfiyyətlər aşılayan Məmməd Araz yaradıcılığı dövrümüzün sənət zirvəsini təşkil edir. Ümummilli liderimiz Heydər Əliyev məhz bu keyfiyyətlərinə görə Məmməd Araz yaradıcılığını yüksək qiymətləndirmiş və demişdir: “Məmməd Araz yaradıcılığının təhlilinə, təbliğinə və tədqiqinə böyük ehtiyac var”. Bu gün görkəmli şairin yaradıcılığının tədqiqi və təbliği məqsədilə onun doğulub boya-başa çatdığı Nursu kəndində ev-muzeyi istifadəyə verilir. Məmməd Arazın anım günündə istifadəyə verilən bu muzey müstəqillik dövrünün Azərbaycanında böyük istiqlalçı və vətəndaş şairin xatirəsinə ehtiramın parlaq ifadəsidir.

Ali Məclisin Sədri muzeyin Məmməd Araz irsinin öyrədilməsində mühüm xidmətləri olacağına inamını bildirib, böyük şairin xatirəsini bir daha ehtiramla yad edib, çıxışını Ümummilli Liderimizin müdrik kəlamları ilə bitirib: “Məmməd Araz Azərbaycan xalqının tarixində indi olduğu kimi, gələcəkdə də öz yerini tutacaqdır”.

Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli Məmməd Arazın ev-muzeyinin istifadəyə verilməsini böyük mədəniyyət hadisəsi kimi dəyərləndirərək deyib: Böyük sənətkarın zəngin ədəbi fəaliyyəti Azərbaycan poeziyasına bir-birindən dəyərli sənət inciləri bəxş edib. Qüdrətli söz ustası XX əsr Azərbaycan ədəbiyyatında parlaq səhifə açıb, onun əsərləri gənclərin vətənpərvərlik tərbiyəsində mühüm rol oynayıb. Məmməd Arazın dünya haqqında, Azərbaycan haqqında yazdığı şeirlərin qayəsində ata ocağına məhəbbət xüsusi yer tutur. Bu ocaq Məmməd Araz şeirinin düşüncəsini, fəlsəfəsini irəli aparan qüvvətli meyardır. Bu mənada yanaşdıqda, Naxçıvan, bütövlükdə Məmməd Arazın böyük sənətə çıxış nöqtəsi və hərəkətverici qüvvəsi hesab olunur. O, ömrünün müxtəlif dövrlərində qələmə aldığı əsərləri ilə Azərbaycanda vətənpərvərlik ədəbiyyatının əsasını qoyub və bunu vətəndaşlıq missiyası səviyyəsinə yüksəltməyi bacarıb. Ədibin “Vətən daşı olmayandan, olmaz ölkə vətəndaşı” misrası ümumilikdə müstəqillik dövrü Azərbaycan ədəbiyyatının epiqrafıdır.

Qeyd olunub ki, Nursu kəndində Xalq Şairi Məmməd Arazın ev-muzeyinin yaradılması ümummilli liderimiz Heydər Əliyevin sənətə, sənətkara, ziyalılara, ədəbiyyata göstərdiyi böyük hörmət ənənələrinin daha bir təntənəsidir. Eyni zamanda, bu muzey binasının istifadəyə verilməsi Azərbaycan Prezidenti İlham Əliyevin “Xalq Şairi Məmməd Arazın 80 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamının icrası istiqamətində görülən işlərə ən layiqli töhfədir.

Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev deyib ki, xalqımızın ümummilli lideri Heydər Əliyevin çoxşaxəli fəaliyyətində ədəbiyyat və mədəniyyət məsələləri mühüm yer tutub. Ulu Öndərimiz həm Məmməd Arazın şəxsiyyətinə, həm də böyük istedadına, bənzərsiz sənətinə daim yüksək qiymət verib, Xalq Şairini “İstiqlal” ordeni ilə təltif edib. Ümummilli Liderimizin siyasi xəttini uğurla davam etdirən Prezident İlham Əliyev də görkəmli şairin Azərbaycan ədəbiyyatının inkişafındakı xidmətlərini nəzərə alaraq 2013-cü il sentyabrın 27-də “Məmməd Arazın 80 illik yubileyinin keçirilməsi haqqında” Sərəncam imzalayıb. Ötən il şairin 80 illik yubileyi ölkəmizdə, eləcə də Naxçıvan Muxtar Respublikasında geniş qeyd olunub. Muxtar respublikamızın rayonlarında, elm, təhsil və mədəniyyət müəssisələrində, yaradıcılıq təşkilatlarında tədbirlər keçirilib, şairin əsərlərindən ibarət sərgilər təşkil edilib, Naxçıvan şəhərindəki küçələrdən birinə Xalq Şairi Məmməd Arazın adı verilib. Bundan əlavə, Məmməd Arazın 80 illik yubileyi ilə əlaqədar poçt markası buraxılıb, elmi konfranslar keçirilib, “Məmməd Araz: taleyi və sənəti” məqalələr toplusu çap olunub, “Naxçıvan” jurnalının bir nömrəsi böyük şairə həsr edilib. Bu gün Məmməd Arazın ev-muzeyinin istifadəyə verilməsi isə istiqlal şairinin zəngin ədəbi irsinə ən böyük ehtiramın və hörmətin ifadəsidir.

İsmayıl Hacıyev Məmməd Araz irsinin öyrənilməsi istiqamətində həyata keçirdiyi tədbirlərə və ev-muzeyinin istifadəyə verilməsinə görə muxtar respublikanın yaradıcı ziyalıları adından Ali Məclisin Sədrinə minnətdarlığını bildirib.

Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri, şair Asim Yadigar qeyd edib ki, poeziyamızda öz səsi, öz nəfəsi ilə seçilən Məmməd Arazın əbədiyyətə qovuşmasından 10 il keçir. Lakin bu gün şairin doğma kəndində ev-muzeyinin istifadəyə verilməsi ilə Məmməd Araz yenidən doğulur, yenidən dünyaya gəlir. 50 ildən artıq bədii yaradıcılıqla məşğul olan şairin əsərləri ona geniş oxucu rəğbəti qazandırıb. O, dilimizin bütün poetik imkanlarını üzə çıxarmağa çalışıb, öz əsərlərində bir sıra yeni sözlər, ifadələr işlədib. Şairin Naxçıvana həsr etdiyi bir neçə şeirində onun doğulub, boya-başa çatdığı qədim diyara sonsuz sevgisi və məhəbbəti görünür. Ötən əsrin 80-90-cı illərində Məmməd Araz poeziyası yeni bir mərhələyə qədəm qoydu. Bu dövrdə o, bir şair kimi xalqın ən çox sevilən sənətkarına çevrildi, hər bir şeiri böyük sevgi və rəğbətlə qarşılandı. Məmməd Arazı digər şairlərdən fərqləndirən əsas cəhətlərdən biri də məhz onun bu dövrdə yaratdığı vətəndaşlıq poeziyasındadır.

Xalq Şairi Məmməd Arazın həyat yoldaşı Gülxanım İbrahimova Məmməd Araz irsinin yaşadılmasına göstərdiyi diqqət və qayğıya görə ailə üzvləri adından Ali Məclisin Sədrinə minnətdarlıq edib. Gülxanım İbrahimova deyib ki, muxtar respublikada şairin irsinə daim yüksək qayğı göstərilib. Ədibin yubileyləri Naxçıvanda geniş qeyd olunub, kitablarının təqdimat mərasimi keçirilib. Gülxanım İbrahimova şairin doğma kəndi olan Nursuda ev-muzeyinin istifadəyə verilməsinin də Məmməd Araz yaradıcılığına verilən qiymət kimi yüksək dəyərə malik olduğunu bildirib.

Sonra Ali Məclisin Sədri və tədbir iştirakçıları muzeydə yaradılan şəraitlə tanış olub, ekspozisiya zalında sərgilənən eksponatlara baxıblar.

Muzey binası iki mərtəbədən ibarətdir. Burada muzey işinin səmərəli təşkili üçün hər cür şərait yaradılıb. Xalq Şairi Məmməd Arazın zəngin irsini əks etdirən eksponatların yerləşdiyi muzey ədibin həyat və yaradıcılığı haqqında geniş məlumat almağa imkan verir. Ekspozisiyada şairin müxtəlif illərdə nəşr olunan, eləcə də görkəmli sənət ustasının həyat və yaradıcılığından bəhs edən kitablar, mənalı həyat yolunun müxtəlif dövrlərini əks etdirən fotoşəkillər sərgilənir.

Ali Məclisin Sədri Məmməd Araz yaradıcılığının ətraflı tədqiq olunması, muzeylə ümumtəhsil məktəbləri arasında virtual dərslərin keçirilməsi və şairin irsinin layiqincə təbliğ edilməsi barədə müvafiq tapşırıqlar verib.

Muzey binası ilə tanışlıqdan sonra Ali Məclisin Sədri Xalq Şairi Məmməd Arazın ailə üzvləri və iştirakçılarla birlikdə xatirə şəkli çəkdirib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycana sərmayələrin artması ölkədəki iqtisadi sabitliyi göstərir ŞƏRH

Avropa İttifaqının xarici sərhədlərinin təhlükəsizliyi gücləndirilir

Nərgiz Cabbarlı: Xaqani irsinin daha dərindən tədqiqinə və geniş təbliğinə ehtiyac var

Azərbaycan nümayəndə heyəti Çində pambıqçılıqda innovativ əkin və avtomatlaşdırılmış yığım texnologiyaları ilə tanış olub

Fransada lisey şagirdlərinin etirazları genişlənir

HTP qalibi: Mərakeşdə psixologiya üzrə təhsil alacaq ilk azərbaycanlı tələbə olacağam

Naxçıvanda alternativ və bərpaolunan enerji mənbələri üzrə elektrik enerjisi istehsalı artıb

Azərbaycan Üzgüçülük Federasiyasının rəsmi maskotları təqdim olunub

Xızı və Şabranın turizm imkanları yerli sənaye nümayəndələrinə təqdim olunub

Kreml: Rusiya İranın Nüvə Silahlarının Yayılmaması Müqaviləsindən çıxmayacağına ümid edir

Üçrəngli Bayrağımızı Talış kəndində sancan şəhid

Azərbaycanlı sürrealist rəssamın əsərləri İspaniyanın "People Art Factory" layihəsində

Millinin futbolçusu: Şotlandiya ilə oyunda xal və ya xallar qazanmaq üçün əlimizdən gələni edəcəyik

Tədqiqatçılardan xəbərdarlıq: İnformasiya müxtəlifliyi azala bilər

Sərdar Ünsal: 44 günlük Vətən müharibəsi Azərbaycan tarixinin qəhrəmanlıq salnaməsidir

Kimya İnstitutunda hidrogen enerjisi və yeni nəsil materiallar üzrə tədqiqatlar aparılır

Qlobal investorların İkinci Beynəlxalq Forumda iştirakı ölkəmizin investisiya mühitinə etimadı artırır

Avropada qaz anbarlarının doluluq nisbəti ilin bu dövrü üçün ən aşağı səviyyədədir

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Qazaxıstan ordu haqqında sosial şəbəkələrdə yayılan feyk kadrları təkzib edib

® Gömrük və səhiyyə işçilərinin davranış standartları barədə danışılıb

Soner Kılıç: Azərbaycan-Türkiyə turizm əməkdaşlığının genişləndirilməsi yeni iqtisadi imkanlar yaradır

Bu il su hövzələrində insanların təhlükəsizliyinin təmin olunması istiqamətində görülmüş işlər açıqlanıb

Fransanın keçmiş Baş nazirinə şərti həbs cəzasının verilməsi istənilib

Premyer Liqa: “Qarabağ” – “Neftçi” matçının vaxtı açıqlanıb

Süni mayalanma və embrion köçürülməsi ilə əldə edilən buzov və balağlara görə yeni subsidiya mexanizmi tətbiq olunur

FIFA prezidenti Bakıda U-15 dünya çempionatı və festivalına hazırlıq işləri ilə tanış olub

Bakı ilk dəfə CAMCA Regional Forumuna ev sahibliyi edəcək

Azərbaycanın investor rolunun güclənməsi xarici siyasət üçün də əlavə alətlər yaradır - ŞƏRH

Fərid Qayıbov: Azad olunmuş torpaqlarımızda növbəti idman bayramıdır VİDEO

Fərid Qayıbov: Azad olunmuş torpaqlarımızda növbəti idman bayramıdır VİDEO

Bəzi rayonlarda leysan xarakterli yağış yağır – FAKTİKİ HAVA

Azərbaycan dili Sofiyada keçirilən Dillər Yarmarkasında təqdim olunub

Türkiyə Nyu-Yorkda COP31-in təqdimatını keçirib VİDEO

Türkiyə Nyu-Yorkda COP31-in təqdimatını keçirib VİDEO

Paytaxtın bəzi küçələrində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

AZAL-ın ixrac gəlirləri açıqlanıb

® Azərbaycanın kibertəhlükəsizlik üzrə komandası ilk dəfə “WorldSkills Shanghai 2026”da medal qazanıb

Dayanıqlı inkişaf və gələcəyin yaşıl şəhərləri: BDU-da gənclərin forumu

Professor: Tədqiqatların real sektora tətbiqi üçün əlaqələndirici mexanizmlərin gücləndirilməsinə ehtiyac var

Füzulidə “Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinə start verilib VİDEO

Füzulidə “Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinə start verilib VİDEO

“AzərEnerji”nin ixrac gəlirləri 66 faiz artıb

“AzerGold”un ixrac gəlirləri 22 faiz artıb

NTD üç yerli basketbolçu transfer edib

Azərbaycanın qızıl ixracından gəlirləri 29 faizədək artıb

İnvestisiya agentliyinin direktoru: Monteneqro sənaye zonalarının idarəedilməsi üzrə Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır VİDEO

İnvestisiya agentliyinin direktoru: Monteneqro sənaye zonalarının idarəedilməsi üzrə Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır VİDEO

Gömrük əməkdaşları 4 milyon dollarlıq brilyant qaşların Azərbaycana qanunsuz gətirilməsinin qarşısını alıb

Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq

BDU-da tələbələr üçün CPR və ilkin yardım üzrə sessiya təşkil edilib

Vətən müharibəsi Azərbaycanın beynəlxalq nüfuzunu yeni mərhələyə qaldırdı - ŞƏRH

SOCAR-ın idarəsi 207 milyon dollarlıq qeyri-neft məhsulu ixrac edib

Argentina Folklend adalarında neft kəşfiyyatı aparan Britaniyanı məhkəməyə verəcək

“Azərkosmos”un ixrac gəlirləri 1,5 dəfə artıb

Gənc alim: Çin-Azərbaycan ədəbi əlaqələri humanitar dialoqun dərinləşdirilməsinə töhfə verir

“SOCAR Polymer”in ixrac gəlirləri açıqlanıb

Fransada dövlət sektorunda ümummilli tətil keçirilir

Mövcud potensialı daha çox qeyri-neft sektoruna yönəltmək iqtisadi şaxələndirməni sürətləndirəcək - ŞƏRH

Ukraynadan daha 30 uşaq reabilitasiya xidmətlərinə cəlb olunmaları üçün ölkəmizə gətirilib

NİİM: Dalğa küçəsində işıqforun vaxt planı dəyişdirilib

Akşin Əlili: Sudaboğulma hadisələri qeyri-çimərlik ərazilərində baş verib

ADA Universitetində şanlı Zəfər tariximiz “Zəfər rəqsi” filminin nümayişi ilə anılıb

UEFA Millətlər Liqası: Azərbaycan – Lixtenşteyn oyunu avstriyalı hakimlərə tapşırılıb

Bu il subasma səbəbindən köməksiz vəziyyətdə qalan 1351 vətəndaş təxliyə olunub

Prezident İlham Əliyev FIFA-nın prezidentini qəbul edib VİDEO

Türkiyənin TPAO şirkəti gündəlik neft hasilatını 1 milyon barelə çatdırmağı planlaşdırır

Dizelin qiymətindəki artım istehsal və daşınma zəncirinin bütün mərhələlərinə təsir göstərir

Azərbaycan idmançıları savat üzrə Avropa çempionatında 2 medal qazanıblar

Bu il FHN-in xilasetmə qurumları tərəfindən 64 nəfərin cəsədi suda tapılıb

Azərbaycan və Qazaxıstan beynəlxalq təhsil proqramları sahəsində əməkdaşlığı genişləndirir

Azərbaycanın maliyyə bazarlarının beynəlxalq maliyyə sisteminə inteqrasiyasının təşviqi nəzərdən keçirilib

Məhəmməd Qalibaf: İran neft sata bilmirsə, regionda heç bir ölkə bunu edə bilməyəcək

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 29 sentyabr

“Xalqın Gücü” partiyasının üzvü: Dünya Bankı və AİİB Orta Dəhliz çərçivəsində Gürcüstana yüz milyonlarla dollar ayırır

Lənkəranda sahibkarlara istehlakçı hüquqlarının təmin edilməsi ilə bağlı qanunvericiliyin tələbləri izah olunub

TÜMER sədri: Azərbaycan Türk dünyasının birliyinin əsas aktorlarından biridir

Dövlət Xidmətinin rəsmisi: Bu il su hövzələrində xilas edilənlərin sayı artıb

Azərbaycanda “Cisco” akademiyasının yaradılması nəzərdən keçirilir

Afrika Millətlər Kuboku üçün alternativ ev sahibləri axtarılır

“Open AI” təhlükəsizlik problemi səbəbindən süni intellektin yeni modelinin buraxılışını təxirə salıb

Dağ-mədən və metallurgiya sənayesinin inkişafı regionların sosial-iqtisadi inkişafına yeni imkanlar açacaq - ŞƏRH

“Cənubi Qafqazın Mesopotamiyası”nda – Muğanda yeni tapıntılar aşkarlanıb VİDEO

“Cənubi Qafqazın Mesopotamiyası”nda – Muğanda yeni tapıntılar aşkarlanıb VİDEO

İran Hörmüz boğazının açılması ilə bağlı ABŞ-dən cavab gözləyir

BMT: Maliyyə böhranı 8,3 milyon qaçqın və məcburi köçkünü yardımdan məhrum edə bilər

NASA “Boeing Starliner” kosmik gəmisinin pilotlu uçuşunu 2028-ci ilə planlaşdırır

Türkiyənin yerli smartfonu gələn il satışa çıxarılacaq

Peru radiosunda Üzeyir Hacıbəyliyə həsr olunmuş xüsusi veriliş yayımlanıb

Bakıdakı Dünya Kubokunda 44 ölkədən 216 üzgüçü mübarizə aparacaq

“Sənət inciləri” layihəsi gəncləri Üzeyir Hacıbəyli irsi ilə tanış edir

Sülhün təminatı xarici sərmayəni artıracaq - ŞƏRH

Turizm mütəxəssisi: Kənd turizminin inkişafı tək biznes deyil, həm də ictimai diplomatiyadır VİDEO

Turizm mütəxəssisi: Kənd turizminin inkişafı tək biznes deyil, həm də ictimai diplomatiyadır VİDEO

Formula 1 Azərbaycan Qran-Prisinin 2025-ci il qalibinə “Azərxalça”nın xalçası təqdim olunub

Rusiyanın Yaroslav vilayətində matəm günü elan edilib

Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyəcək

Mərkəzi Bankın nümayəndələri Sabirabadda vətəndaşların müraciətlərini dinləyəcək

Folklor İnstitutu “Zəfər salnaməsi: qəhrəmanlıq və milli yaddaş” mövzusunda tədbir təşkil edib

Ekspert: Süni intellekt Azərbaycan şirkətləri üçün strateji alətə çevrilir

“Xankəndi” klubunun yeni baş məşqçisi bəlli olub

Qızılın qiyməti 7 həftənin minimumuna yaxınlaşır

Ədliyyə Nazirliyinin nümayəndələri beynəlxalq təlimdə iştirak ediblər

İnvestisiya qoyuluşu nəticəsində yaradılan iqtisadi fəaliyyət dövlət büdcəsi üçün gəlir mənbəyi yaradır - ŞƏRH

Azərbaycanın ənənəvi idman oyunları qırğız alimlər tərəfindən araşdırılır