Sahib Alıyev: Bayrağımızın yandırılması Azərbaycana qarşı dövlət səviyyəsində yürüdülən nifrət siyasətinin təsdiqidir
Bakı, 15 aprel, AZƏRTAC
İrəvanda ağır atletika üzrə Avropa çempionatında Azərbaycan bayrağının yandırılması əvvəlcədən planlaşdırılıb və açılış şousunun tərkib hissəsi olub. Çünki bayrağı yandıran Aram Nikolyan həmin şounun stilistidir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Sahib Alıyev deyib.
Deputat bildirib ki, Aram Nikolyana qarşı Azərbaycan Cinayət Məcəlləsinin 324-cü maddəsi üzrə iş açılmalıdır. Bu terrorçu geni gəzdirən şəxsin Beynəlxalq Dizaynerlər Assosiasiyasından qovulması məsələsi qaldırılmalıdır.
“Ermənistanda bayrağımızın yandırılması orada Azərbaycana qarşı dövlət səviyyəsində yürüdülən nifrət siyasətinin, bu ölkədə irqçiliyin və ksenofobiyanın necə yüksək səviyyədə olmasının növbəti təsdiqidir. Belə bir vandallıq aktından sonra Ermənistanda hər hansı beynəlxalq tədbirin və yarışın keçirilməsi irqçiliyə, ksenofobiyaya dəstək anlamı daşıyacaq. Ona görə də mən beynəlxalq qurumları və idman federasiyalarını baş verənlərə ciddi yanaşmağa, Ermənistanda bu qəbildən olan hər hansı yarış və tədbirin keçirilməsinə qadağa qoymağa çağırıram”, - deyə Sahib Alıyev vurğulayıb.
Deputat, həmçinin idmançılarımızın Avropa çempionatında iştirak etmədən Vətənə dönmələri haqqında verilən qərarı yüksək qiymətləndirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.08.2026 [16:33]
Beynəlxalq Yerli Xalqlar Günündə müstəmləkəçiliyin davam edən izləri
- 09.08.2026 [14:45]
Almaniya XİN: Cənubi Qafqazda sülh və sabitlik ortaq maraqlarımıza uyğundur
- 08.08.2026 [23:48]
Marko Rubio: ABŞ Azərbaycan və Ermənistanla işləməyə tam sadiqdir
- 08.08.2026 [21:54]
Bakıdan Limaya uzanan yeni körpü: Azərbaycanın Perudakı strateji sərmayəsi
Bu saata olan əsas xəbərlər
- [12:00]
Kanadada meşə yanğınları: 22 min insan təxliyə edilib
- 09.08.2026 [22:39]
Rusiya ərazisində 285 Ukrayna dronu məhv edilib
- 09.08.2026 [22:27]
Azərbaycan cüdoçuları Avropa Kubokunu 7 medalla üçüncü yerdə başa vurublar
- 09.08.2026 [22:00]
Almaniya dron hücumlarından müdafiə qüvvələrini ikiqat artırır
- 09.08.2026 [21:55]