İQTİSADİYYAT
SAHİBKARLARIMIZ BUXARESTDƏ BEYNƏLXALQ İQTISADİ TƏDBİRLƏRDƏ İŞTİRAK EDƏCƏCKLƏR
Tədbirlərdə Azərbaycan iş adamından ibarət nümayəndə heyəti ilə təmsil olunacaqdır. Onlar yerli sərmayəçilərin digər ölkələrdə investisiya qoymaq imkanları, iqtisadiyyatın zəif inkişaf etmiş sahələrinin canlandırılması yolları barədə təkliflə çıxış edəcəklər.
Məqsəd Rusiya, MDB və Şərqi Avropa ölkələrinin iş adamları ilə iqtisadi-ticarət əlaqələrinin yaradılması və daha da inkişaf etdirilməsi, iqtisadiyyatın aparıcı sahələrində qabaqcıl təcrübə mübadiləsinin genişləndirilməsidir.
Forumda kiçik və orta müəssisələr arasında kooperativ əlaqələrin inkişafına yardım edilməsi, xarici və yerli maliyyə qurumlarının qeyd olunan iqtisadi fəaliyyət sahəsinə cəlb olunması və yeni investisiya imkanlarının araşdırılması məsələsi də diqqətdə saxlanılacaqdır.
Cari ilin sentyabrında BSSK-nin növbəti şura iclasının, həmçinin MDB və Şərqi Avropa ölkələrinin işgüzar dairələrinin iştirakı ilə Biznes Forumunun keçirilməsi də planlaşdırılır.