Azərbaycan Dövlət İnformasiya Agentliyi

Sahil Babayev: İqtisadi qüdrətdən irəli gələn əlavə gəlirlər məhz sosial sahəyə yönəldilir

Sahil Babayev: İqtisadi qüdrətdən irəli gələn əlavə gəlirlər məhz sosial sahəyə yönəldilir

Bakı, 13 yanvar, AZƏRTAC

İstənilən dövrün qüdrəti bir neçə parametrlə ölçülür. Hərbi qüdrətlə yanaşı iqtisadi qüdrət, eyni zamanda, əhalinin rifahı hər zaman ən önəmli hesab olunan seqmentlərdir. Azərbaycan iqtisadi cəhətdən qüdrəti bir dövlətə çevrilir, inkişaf edir, həm neft, həm də qeyri-neft sektoru çox ciddi bir inkişaf yolu ilə səciyyələnir. Eyni zamanda, iqtisadi qüdrətdən irəli gələn əlavə gəlirlər məhz sosial sahəyə yönəldilir, əhalinin sosial rifahı daha da yaxşılaşdırılır. Ötən sosial paketlərə nəzərə salsaq, görəcəyik ki, hazırkı paket son beş ildə həyata keçirilən dördüncü sosial islahat paketidir. Bundan qabaq əvvəlki üç sosial islahat paketi ümumilikdə 40 faizi əhatə edib. Bu məqsədlə 6 milyard manatdan çox vəsait ayrılmışdı və onların hər birində ilk növbədə əməkhaqqı sistemi önə çəkilirdi. Birinci növbədə vətəndaşların məşğulluğu, aşağı əməkhaqqının artırılması, aşağı əməkhaqqı alanlara əlavə dəstək verilməsi yolunu tuturuq.

İkinci seqment hər zaman pensiyaçılar və onların pensiyalarının artırılmasıdır. Əgər rəqəmlərə nəzərə salsaq, 2018-ci ildə minimum əməkhaqqı Azərbaycanda 130 manat idi, bu gün artıq 345 manatdır. Minimum pensiya Azərbaycanda 110 manat idi, artıq 280 manata çatıb. Bunun üzərindən orta aylıq əməkhaqqının və orta pensiyaya da nəzərə saldıqda çox ciddi şəkildə artımları görürük. Bununla yanaşı pensiya almayan, amma sosial cəhətdən həssas olan böyük bir kəsim var: əlilliyi olan və müavinətlər alanlar, müxtəlif növ Prezident təqaüdü alanlar, şəhid ailələri, çoxuşaqlı ailələr, tələbələr və digər seqmentlər. Bu böyük kəsimdə məhz bu sosial paketlərdə hər zaman əhatə olunub.

AZƏRTAC xəbər verir ki, bu sözləri əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev AzTV-də çıxışı zamanı deyib.

Nazir deyib: “Sosial müavinət və sosial təqaüdlərlə bağlı bir rəqəmi xatırlatmaq istəyirəm. Əgər 2018-ci ildə bu sahəyə ildə 3 milyon manat yönəldilibsə, artıq cari ildən bu sahəyə yönəldilən məbləğ 1 milyard 500 mindən artıqdır, təqribən beş dəfəlik bir artım olacaq. Bu, cəmi 4-5 il ərzində əldə olunan nailiyyətlərdir. 810 min nəfəri əhatə edən bu paket məhz həssas təbəqədən olanların rifahının yaxşılaşdırılmasına yönəldilir.

Digər tərəfdən ünvanlı sosial yardım proqramı həyata keçirilir. Ölkə başçısı bu proqramla bağlı tapşırıqlarını verib. Ünvanlı yardım proqramı çərçivəsində cari ildə hər ailəyə düşən dəstəyin orta hesabla 260 manat olacağını gözləyirik. Bu, özü də xüsusilə aztəminatlı ailələr üçün çox ciddi bir dəstəkdir. Bundan 60 mindən çox ailə yararlanır. Paralel olaraq özünüməşğulluq proqramları, xüsusilə aztəminatlı, əməkqabiliyyətli, lakin iş yerləri tapa bilməyən, əmək müqavilələri ilə işləməyənlər üçün yaradılmış proqramdır və bunun çərçivəsində son beş ildə 60 min ailəyə mikro və kiçik biznesini qurmağa kömək etmişik. Bu sosial islahat paketlərini təhlil edəndə görürük ki, çoxşaxəlidir. Onlar bir tərəfdən məşğulluğun stimullaşdırılmasına, eyni zamanda, da əmək qabiliyyəti məhdud olanların sosial rifahının yaxşılaşdırılmasına yönəldilib.

Bugünkü Sərəncam ən həssas təbəqədən olanların rifahının yaxşılaşdırılmasına yönəldilib. İlk növbədə bizim hər zaman ən böyük məsuliyyətimiz olan, ən böyük dəstəyə layiq olan kontingent olan şəhid ailəsi üzvləri, Birinci Qarabağ və Vətən müharibəsi əlillərinin təqaüdləri 20 faiz artırılır, eyni zamanda, müharibə əlilləri olan, müxtəlif sağlamlıq funksiyalarının pozulmasına görə I dərəcəli əlillərin təqaüdü 25 faiz artırılır, II dərəcə əlilliyi olanların təqaüdü 400 manata, III dərəcə əlilliyi olanların təqaüdü 330 manata çatdırılır. Orta rəqəmlərə nəzər salsaq, 2018-ci illə bu gün arasında olan fərq 2,7 dəfəyə çatıb, beş illik bir dövrdə təqaüdlər 3 dəfəyə yaxın artırılıb.

Xatırlatmaq istəyirəm ki, bu, yalnız həmin kateqoriyadan olanlara ödənilən Prezident təqaüdüdür. Bundan əlavə olaraq bu ailələrin hər biri ya pensiya alır, ya da pensiya stajı toplamayıblarsa, müavinətlər alırlar. Əlavə olaraq I dərəcə əlilliyi olanlara Prezident təqaüdü qismində 200 manat, onlara qulluq edənlərə 100 manat ödənilir. Yəni ümumiləşdirib baxdıqda I dərəcə əlilliyi olanlar kifayət qədər geniş sosial ödəniş mexanizmi ilə əhatə olunublar. Orqanizmin funksiyalarının pozulmasına görə verilən müavinət I dərəcə əlilliyi olanlara 270, II dərəcə əlilliyi olanlara 220, III dərəcə əlilliyi olanlara 150 manata çatdırılır”.

Nazir daha sonra deyib: “Əlavə olaraq deyim ki, son müavinət və təqaüd tələbələri də əhatə edib. 150 minə yaxın tələbənin də təqaüdləri orta hesabla 10 faiz artırılıb. Ümumi paketə nəzərə saldıqda onun 810 min nəfər əhatə etdiyini görürük. Bu məqsədlər üçün illik əlavə olaraq 310 milyon manat vəsaitin dövlət büdcəsindən ayrılması planlaşdırılır.

Uşağın doğulması və dəfnə görə müavinətlər də ciddi şəkildə artırılıb. Uşağın doğulmasına görə 500 manat, dəfnə görə müavinət 500 manat məbləğində müəyyən olunub. Bütün təqaüdlər dövrün çağırışlarına uyğun şəkildə artırılıb və bu, dövlət başçısının sosialyönümlü siyasətinin bariz nümunəsidir. Minimum əməkhaqqı və minimum pensiya ilə bağlı hədəflərimiz daha böyükdür və ardıcıl olaraq həmin hədəflərə nail olacağıq. Biz pandemiya və dünyada iqtisadi dövriyyənin ciddi şəkildə azaldığı və bir çox ölkələrin iqtisadi böhranla üzləşdiyi dövrdə də bunu davam etdirmişik”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Almaniyanın keçmiş kansleri ölkəsinin rəqəmsallaşmada geridə qaldığını etiraf edib

NASA: ABŞ və Kanada astronavtları günəş panelləri quraşdırmaq üçün kosmosa gedəcəklər

Şimali Koreya dənizdə yeni strateji raketlərini sınaqdan çıxarıb

Albaniyada baş verən iğtişaşlarda 29 nəfər yaralanıb

Donald Tramp: Məxfi məlumatları sızdıranlar ya həbs olunmalı, ya da güllələnməlidir

Əlverişsiz hava şəraitinə görə 40-dan çox təyyarə İstanbula enə bilmədi

Fransada təhsil böhranı: 200-dən çox lisey bağlanıb, minlərlə saxlanılan var

Tramp: Kanada ABŞ-nin 51-ci ştatına çevriləcək

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

Çempionlar Liqası: "Fənərbağça" darmadağın olub, PSJ və "Real Madrid" qələbə qazanıb

Azərbaycan Respublikası Media və Yayım Şurasının və Səhiyyə Nazirliyinin birgə açıqlaması

Çində dinozavra bənzəyən qədim quş qalıqları tapılıb

“Politico”: Ukrayna ilə dəniz ticarəti aparan investorlar risklərlə üzləşirlər

Saloniki limanında qaçaqmalçılıq: 24 qutu silah müsadirə edildi

Danimarka Almaniya ilə sərhəddə nəzarət tədbirlərini 2027-ci ilin mayınadək uzadıb

Xalq artisti: Hər obraz aktyordan yeni bir dünya yaratmağı tələb edir

Xalq artisti Nurəddin Mehdixanlının 70 illik yubileyi qeyd olunub

Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib VİDEO

Cəlilabadda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr diqqətə çatdırılıb

Müstəqilliyin möhkəmləndirilməsi və insan kapitalı: Babək rayonunda müşavirə

Prezident İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb VİDEO

Milli birlik, güclü dövlətçilik və məqsədyönlü inkişaf Azərbaycanın gələcək uğurlarının təməlidir

Strateji hədəflər və milli maraqlar – Oğuzdakı müşavirədən qeydlər

Beynəlxalq Muğam Mərkəzində konsert: Alətlərin hekayəsi – Tar nə deyir?

Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb  YENİLƏNİB VİDEO

Strateji inkişaf, ideoloji təhlükəsizlik və investisiya layihələri – Naxçıvanda müşavirə

İspaniyada macar qapıçı silahlı basqına məruz qalıb

Macarıstanın Baş naziri bu həftə Zelenski ilə görüşməyi planlaşdırır

İstanbulda güclü leysan: yolları su basdı, dərslər təxirə salındı, matç yarımçıq qaldı

Kəlağayı – milli irsimizin yaşadılan ənənəsi

“Qarabağda gənclər üçün yeni imkanlar və inkişaf perspektivləri” - panel görüşü

Rəşid Nurumov: Heydər Əliyev Mərkəzi müasir memarlığın möhtəşəm nümunəsidir

Qəbələdə müşavirə: YAP-ın VIII Qurultayının hədəfləri diqqət mərkəzində olub

Ukraynanın Lutsk şəhərinə dronla zərbə endirilib: 6 ölü, 13 yaralı

Gürcüstan hökumətinin nümayəndələri Aİ-nin forumunda iştirak etməyəcəklər

Göygöldə dövlət siyasətinin yerli səviyyədə icrası ilə bağlı müvafiq tapşırıqlar verilib

Belarus Milli Assambleyasının Nümayəndələr Palatasının sədri Ağdamda olub

Maliyyə Nazirliyinin nümayəndə heyəti BVF və Dünya Bankı Qrupunun illik toplantılarında iştirak edir

Bu saata olan əsas xəbərlər

“Lufthansa” Portuqaliyanın TAP aviaşirkətinə ortaq olur

“Rebuild Garabagh-2026” sərgisi işə başladı: Qarabağ Dirçəliş Fondu öz stendi ilə iştirak edir

YAP-ın VIII Qurultayının prioritetləri: AzTU-da müşavirə təşkil edilib

Güclü dövlətçilik və vətənpərvər gənclik gələcək inkişafımızın əsas dayaqlarıdır

Qətər Dövlətinin Əmiri Azərbaycana səfərə gəlib

İrana Qasımova: Nizami yaradıcılığında poetik sözün gözəlliyi fəlsəfi məzmundan ayrılmazdır

Balakəndə YAP-ın VIII Qurultayına həsr olunmuş müşavirə təşkil edilib

Maliyyə təhlükəsizliyi: X nəslinin ehtiyatı, Z nəslinin azadlıq axtarışı - TƏHLİL

Məktəblərdə dünyəvilik və müasirlik prinsiplərinin qorunması vacibdir - Bədirxan Əhmədli

Prezident İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub VİDEO

Prezident İlham Əliyev Bəhreynin xarici işlər nazirini qəbul edib VİDEO

ƏMAS-da əməyin mühafizəsi üzrə ayrıca bölmə yaradılacaq

Prezident İlham Əliyev Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvünü qəbul edib VİDEO

Prezident İlham Əliyev YAP-ın VIII Qurultayındakı nitqində ölkəmizin inkişafı ilə bağlı prioritetləri müəyyən edib

Prezident İlham Əliyev Vyetnamın Vitse-prezidenti ilə görüşüb VİDEO

Prezident İlham Əliyev Şri-Lankanın xarici işlər, xarici məşğulluq və turizm nazirini qəbul edib VİDEO

Vahid geyim, səliqəli görünüş, ortaq məsuliyyət VİDEO

Vahid geyim, səliqəli görünüş, ortaq məsuliyyət VİDEO

AAYDA-da YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

Füzulidə dövlətimizin başçısının proqram xarakterli nitqindən irəli gələn tapşırıqlar diqqət mərkəzindədir

Bakı Limanı və Qazaxıstan limanları arasında əməliyyatların koordinasiyası gücləndirilə bilər

“İmişli” komandasına müvəqqəti baş məşqçi təyin olunub

Özbəkistanda uşaqlara qarşı zorakılığa görə cəzalar sərtləşdirilib

Məktəblərdə vahid geyim forması dünyəvi təhsil prinsipinin qorunmasına xidmət edir - RƏY

Rusiyalı turist: Kəlağayı yürüşü özünəməxsusluğu və milli koloriti ilə diqqətimizi cəlb etdi

Dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı üzrə hədəf göstəriciləri müəyyənləşdirilib

Hörmüzdə təhlükəsizlik risklərinin artması Yaxın Şərqdən neft və neft məhsulları ixracına yenidən təzyiq göstərir

“Mançester Siti”nin keçmiş futbolçusu Qətər klubuna keçib

Milli dəyərlər, ideoloji təhlükəsizlik və inkişaf hədəfləri - Beyləqanda müşavirə keçirilib

Kənd Təsərrüfatı Nazirliyi 6-cı “Rebuild Garabagh” sərgisində təmsil olunur

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təlimi davam edir VİDEO

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təlimi davam edir VİDEO

Nyu-Yorkda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib

ATO rəhbəri: Müdafiə sənayesi dövlətlərin texnoloji müstəqilliyinin əsasını təşkil edir

Dmitri Şeqolev: Bakı çox rahat və eyni zamanda sürətlə inkişaf edən şəhərdir

“Rebuild Garabagh” sərgisi çərçivəsində “Qarabağ Hakatonu 2026” yarışması təşkil olunub

Prezident İlham Əliyevin YAP-ın Qurultayındakı nitqindən irəli gələn məsələlər Tovuzda müzakirə olunub

QHT sədri: Kəlağayı yürüşü milli irsimizi yaşatmaq və gələcək nəsillərə ötürmək məqsədi daşıyır VİDEO

QHT sədri: Kəlağayı yürüşü milli irsimizi yaşatmaq və gələcək nəsillərə ötürmək məqsədi daşıyır VİDEO

Baş nazir: İraq region ölkələrinə hücumlar üçün ərazisindən istifadəyə icazə verməyəcək

Özbəkistan Prezidenti Azərbaycanda səfərdədir

Daş heykəllər: Dmanisidəki qoç heykəlləri nədən xəbər verir... REPORTAJ

® “Rabitəbank” 2026-cı ilin III rübü üzrə maliyyə nəticələrini açıqlayıb

ABŞ-nin addımı Avropanı ciddi düşünməyə vadar edib

Arzu Hacıyeva: Güclü dövlət birlik, həmrəylik və resursların ədalətli bölüşdürülməsi əsasında qurulur MÜSAHİBƏ

Vaqif Abışov: Məktəbli forması tələblərinə əməl olunması sağlam təhsil mühitinin vacib şərtidir

Naxçıvanda yaradıcılıq müsabiqələrinin qalibləri mükafatlandırılıb

Şərqşünaslıq İnstitutunda elmi konfrans - “Söz mülkünün Xaqanı”

Tacikistan Prezidenti Azərbaycana səfərə gəlib

Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası təşkil olunub

18 yaşında yazılan şəhidlik dastanı...

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib – EKSKLÜZİV

® “AccessBank” 2026-cı ilin 3-cü rübünün sonuna olan maliyyə hesabatını açıqlayır

Qırğızıstan Prezidenti AQEM-in Zirvə Toplantısında iştirak etmək üçün Azərbaycana səfərə gəlib

Beynəlxalq dil imtahanlarında uğurun sirləri: tələbələrə bu barədə tövsiyələr verilib

® “Azercell”in dəstəyi ilə Bakıda “AWS Agentic Football Cup” - süni intellekt komandaları arasında virtual futbol turniri keçiriləcək

Bakıda Azərbaycan və Kamboca Baş nazirlərinin görüşü olub

AQEM-in 7-ci Zirvə Görüşündə qəbul ediləcək qərar və bəyanat layihələri nəzərdən keçirilib

Buxarada “Arşın mal alan” operettası nümayiş etdirilib

Kazım Abdullayev: Şagirdlər təhsil müəssisəsinin daxili qaydalarına riayət etməlidirlər

“Şəki” ES-də indiyədək istehsal edilən elektrik enerjisinin həcmi açıqlanıb

BDU-da “Diplomatiya saatı”: XİN-in xüsusi tapşırıqlar üzrə səfiri ilə görüş

Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyəti: ilkin layihə hazırlanıb

Qırğızıstan XTQ-nin nümayəndə heyəti Azərbaycana səfər edib