Şahmat ulduzları MDB Oyunlarına dəstək olacaq
Bakı, 24 sentyabr, AZƏRTAC
Gənclər və İdman Nazirliyi, Gəncə şəhər İcra Hakimiyyəti və Azərbaycan Şahmat Federasiyasının birgə təşkilatçılığı ilə ölkəmizin ev sahibliyi edəcəyi III MDB Oyunlarına dəstək məqsədli yarış keçiriləcək.
Federasiyadan AZƏRTAC-a verilən məlumata görə, sentyabrın 25-də Gəncədəki Heydər Əliyev parkında Nizami yurdunun şahmat ulduzları yoldaşlıq matçı və seansda iştirak edəcəklər. “Gəncənin şahmat ulduzları” adlanan yoldaşlıq matçında şəxsi Avropa çempionatının ilk azərbaycanlı qalibi Ülviyyə Fətəliyeva, yeniyetmələr arasında dünya və Avropa çempionu İlahə Qədimova, Azərbaycan yığmasının heyətində üçqat Avropa çempionu Qədir Hüseynov və Azərbaycan çempionu (2012-ci il) Vüqar Rəsulov çıxış edəcəklər.
Yoldaşlıq matçında şahmatçılar duet şəklində mübarizə aparacaqlar. Hər komandada iki nəfər təmsil olunacaq. Yoldaşlıq görüşündən sonra isə şahmat ulduzları Gəncənin istedadlı yeniyetmə və gənclərinə seans keçirəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.06.2026 [20:31]
Azərbaycan Tələbə Liqasında mövsümə yekun vurulub
- 06.06.2026 [20:08]
Azərbaycanın U-21 millisi Bəhreynə böyük hesabla qalib gəlib
- 06.06.2026 [14:20]
"Şamaxı" legioner futbolçu ilə vidalaşıb
- 06.06.2026 [13:04]
Azərbaycan milli komandasının heyətində dəyişiklik edilib
- 06.06.2026 [12:37]
Bakı bulvarında klassik və sürət avtomobillərinin festivalı keçirilir VİDEO
- 05.06.2026 [23:59]
Yoldaşlıq oyunu: Azərbaycan millisi Maltaya uduzub
- 05.06.2026 [23:06]
Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunun 1/4 finalına yüksəlib
- 05.06.2026 [20:28]
Kapitan: Estoniya yığması ilə oyunda meydana qələbə üçün çıxmalıyıq
Bu saata olan əsas xəbərlər
- [20:00]
Sabahın hava proqnozu açıqlanıb
- [13:04]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Aşqabadda Səməd Vurğun sorağı
- [10:48]
Yoldaşlıq oyunu: Azərbaycan millisi Maltaya uduzub
- 05.06.2026 [23:59]
Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunun 1/4 finalına yüksəlib
- 05.06.2026 [23:06]
Milli Xalça Muzeyində Elçin Şamillinin “Katarsis” sərgisi açılıb
- 05.06.2026 [22:40]