ŞAHMAT ÜZRƏ LİNARES TURNİRİ BAŞA ÇATMIŞDIR
Bakı, 8 mart (AZƏRTAC). İspaniyada keçirilən şahmat üzrə ənənəvi Linares turniri başa çatmışdır.
Azərbaycan şahmatçısı Teymur Rəcəbov son turda Çin təmsilçisi Van Yue ilə heç-heçə oynamışlar. Həmyerlimiz 6,5 xalla 5-ci-7-ci yerləri bölüşdürmüşdür.
Turnirin qalibi adına əlavə göstəricilərə görə rusiyalı Aleksandr Qrişuk (8 xal) layiq görülmüşdür. 2-ci yeri Vasiliy İvançuk (Ukrayna), 3-cü yeri Maqnus Karlsen (Norveç) tutmuşdur.
Ümumi mükafat fondu 314 min avro olan yarışda 1-ci yeri tutan şahmatçı 100 min avro qazanmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [16:48]
İdman tarixində bu gün: Azərbaycanın voleybol klubu dünya çempionu olub
- 14.10.2026 [16:42]
“Beşiktaş” Avropa Liqasının oyununa ciddi itki ilə çıxacaq
- 14.10.2026 [16:12]
Azərbaycanın boks yığması komanda hesabında Avropa üçüncüsü olub
- 14.10.2026 [15:04]