ŞAMAXI BÖLGƏSİNDƏ 30 TEXNİKİSERVİS MƏRKƏZİ YARADILMIŞDIR
Şamaxı Ərazi Kənd Təsərrüfatı İdarəsinin rəisi Nadir Qədirov AZƏRTAC-ın müxbirinə demişdir ki, Fərmandan irəli gələn vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar Kənd Təsərrüfatı Nazirliyində keçirilmiş geniş kollegiya iclasında konkret tapşırıqlar almışıq. Sahənin inkişafı üçün idarənin əhatə etdiyi rayonların sosial-iqtisadi inkişaf planı hazırlanmış və nazirliyə təqdim olunmuşdur.
Qısa müddətdə Şamaxı, Qobustan, İsmayıllı, Qəbələ, Abşeron, Ağsu rayonlarında 30 texniki-servis mərkəzi yaradılmışdır. Mərkəzin yaradılması prosesi davam edir. Hazırda ərazidə mövcud texnikanın siyahısı dəqiqləşdirilir.
Əraziyə daxil olan rayonlarda mövcud texnikaya xidmət göstərilməsi, onun ehtiyat hissələri ilə təmin edilməsi üçün Şamaxıda “Azaqroloqistiks LTD” MMC-ə 3 hektar torpaq sahəsi ayrılmışdır. Burada hər cür kənd təsərrüfatı texnikasına aqroservis xidməti göstərmək üçün lazımi şərait yaradılacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [18:45]
® Moody’s ABB-nin reytinqini yüksək səviyyədə saxlayıb
- 15.06.2026 [15:46]
Sabahdan “Sığorta Tarixçəsi Əmsalı”nın tətbiqinə başlanılır
- 15.06.2026 [14:57]
Azərbaycan məhsulları Moskvada təqdim olunub
- 15.06.2026 [11:46]
Paytaxtda yollar yenilənir: 6 rayonda təmir işlərinə start verilir
- 14.06.2026 [14:25]