“Şamaxı” klubunun Rumıniya təmsilçisi ilə yoxlama oyunu yarımçıq dayandırılıb
Bakı, 11 yanvar, AZƏRTAC
Antalyada təlim-məşq toplanışında olan “Şamaxı” futbol klubunun Rumıniyanın "Botoşani" komandası ilə yoxlama oyunu yarımçıq dayandırılıb.
AZƏRTAC klubun mətbuat xidmətinə istinadla xəbər verir ki, qarşılaşma yağışlı və küləkli hava şəraitindən başa çatdırılmayıb.
Matçda əvvəlcə 36-cı dəqiqədə məcburi fasilə yaranıb. Leysan səbəbindən komandalar paltardəyişmə otağına yollanıblar. Yağıntı nisbətən səngidikdən sonra futbolçular meydana qayıdıblar. 67-ci dəqiqədə isə hakim görüşü saxlayaraq oyunun bitdiyini elan edib.
Beləliklə, yarımçıq dayandırılan qarşılaşma rəqibin minimal hesablı üstünlüyü ilə yekunlaşıb - 1:0.
Qeyd edək ki, "Şamaxı" günün ilk matçında Qazaxıstan "Kaysar"ı ilə qolsuz heç-heçə edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [21:36]
Azərbaycan millisinin üzvü "Şamaxı"da
- 10.06.2026 [20:07]
"Turan Tovuz" Filip Ozobiçlə vidalaşıb
- 10.06.2026 [17:22]
Dünya çempionatı: Türkiyə millisinin ilk oyununun baş hakimi açıqlanıb
- 10.06.2026 [17:14]
Premyer Liqaya yüksələn klub daha 3 futbolçu ilə vidalaşıb
- 10.06.2026 [16:19]