Şamaxı rayonunda məməli heyvanların ümumi ekoloji monitorinqi aparılıb
Bakı, 12 avqust, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin Zoologiya İnstitutunun Quru onurğalıları laboratoriyasının elmi işçisi dissertant Aqil Hacıyev “Azərbaycanın Şamaxı rayonu ərazisində gəmiricilərin və həşaratyeyənlərin növmüxtəlifliyi və nadir növlərinin ekoloji vəziyyətinin qiymətləndirilməsi” mövzusu üzrə Şamaxı rayonunda ekspedisiyada olub.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, tədqiqat zamanı məməli heyvanların ümumi ekoloji monitorinqi aparılıb. Əldə olunan məməli heyvanlardan Meriones (Pallasiomys) libycus Lichtenstein, 1823 - Qırmızıquyruq qum siçanı, Allactaga elater Lichtenstein, 1825 - Kiçik ərəbdovşanı, Cricetulus migratorius Pallas, 1773 - Boz siçancıq növləri morfoloji və genetik araşdırmalar aparmaq məqsədilə laboratoriyaya gətirilib.