Samir Məmmədov: Azərbaycan Prezidentinin kibertəhlükəsizliklə bağlı sərəncamları təməl rolunu oynayır
Bakı, 16 mart, AZƏRTAC
Son illər kibertəhlükəsizliklə bağlı Azərbaycan Prezidenti tərəfindən imzalanan sərəncamlar özlüyündə bir təməl rolunu oynayır.
AZƏRTAC xəbər verir ki, bu sözləri rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov XI Qlobal Bakı Forumunun üçüncü günündə keçirilən “Süni intellekt, dronlar və kibersilahlar dövründə yeni təhlükəsizlik nümunələri” mövzusunda panel iclasında deyib.
O qeyd edib ki, kiberhücumlarla mübarizədə siyasi, iqtisadi və inkişaf müstəvisində həllər tapılmalıdır.
“Ölkəmizdə Dövlət Kibertəhlükəsizlik Mərkəzi təsis edilib. Mərkəzin məzunlarının 80 faizi işlə təmin olunub”, - deyə nazir müavini əlavə edib.