Azərbaycan Dövlət İnformasiya Agentliyi

Samui adası Tailandda istirahət üçün ən gözəl məkandır

Bakı, 19 sentyabr, Emil Eyyubov, AZƏRTAC

Tailand Cənub-Şərqi Asiyanın dünyanın hər yerindən milyonlarla turist qəbul edən ekzotik ölkəsidir. İstirahət imkanları burada hüdudsuzdur. Müasir meqapolisin coşqun həyatı ilə maraqlananlar Banqkoka yola düşürlər. Gənclər üçün bir nömrəli istiqamət xudmani Panqan adasıdır. Biz isə Tailanda ilk səfərimiz üçün Samui adasını seçdik. Bu ada ailəvi və təbiətin qoynunda sakit şəraitdə istirahət etməyi sevənlər üçün ideal yerdir. Lakin bu heç də o demək deyil ki, adada çimərlikdə dincəlməkdən başqa məşğul olmaq üçün nəsə yoxdur. Orada olduğumuz bir neçə gün ərzində biz kokos yağının istehsal sirlərini öyrənə, Asiya filləri ilə ünsiyyətdə ola, cəngəllik üzərində ziplaynda gəzə, insan məskunlaşmadığı adaya - dənizin ortasında qoruğa gedə, Siam körfəzində kayak gəzintisinə çıxa bildik.

AZƏRTAC Samui adası haqqında reportajı təqdim edir.

Aeroportda furşet, tropik bağ və səhər yeməyi üçün kokos

Əsl ekzotik istiqamət kimi Tailand bizim ölkənin coğrafi en dairəsindən uzaqda yerləşir. Bakıdan bu ölkəyə birbaşa uçuş hələ ki yoxdur və biz Əbu-Dabidən tranzit olmaqla ən rahat reysi seçdik. Banqkoka uçuş ümumilikdə təxminən 9 saat çəkdi. Ondan sonra biz özümüzü Samui adasına yetirməli idik. Bunun üçün daxili aviadaşıyıcıdan - “Bangkok Airways” aviaşirkətinin xidmətlərindən istifadə etdik. Qeyd edək ki, aviaşirkət servisin səviyyəsinə görə adamı sözün yaxşı mənasında təəccübləndirir. Ekonom-klass sərnişinləri üçün “Business Lounge”dan heç də geri qalmayan, qəlyanaltıların, içkilərin və internetin olduğu ayrıca gözləmə zalının təşkil edildiyini ilk dəfə burada gördük. Banqkokdan Samuiyə uçuş bir saat davam edir. Bu müddətdə sərnişinlərə isti yemək təklif olunur ki, bu da qısa məsafəlik uçuşlarda nadir rast gəlinən hadisədir. 

Samui aeroportu “ada” tərzində yaradılıb. Məsələn, baqaj çatdırılması lenti burada faktiki olaraq açıq havada “küləş çardağın” altında yerləşir. Adada ilboyu yay olduğu, temperaturun müsbət 28-dən aşağı düşmədiyi nəzərə alınarsa, bu, ağlabatan qərardır. Qalan məsələlər, yəni “duty-free”, “lounge”, kafe və restoranlar aeroportlarda olduğu kimidir. Lakin Samui aeroportu yaşıl təpə və palma ağacları ilə əhatə edilən mənzərəli bir məkanda yerləşir. Odur ki, adaya gəldiyin ilk anlardan Tailandın gözəlliyindən zövq ala bilərsən.

Samui adasının iqlimi tropikdir və bitki aləmi də buna müvafiqdir: hər addımda burada kokos palmalarına, papayya, manqo, rambutan və banan ağaclarına, əlvan çiçəklər açan ağaclara rast gəlmək olar. Qaldığınız otelin ərazisində yerli bitkilərlə daha yaxından tanış olmaq mümkündür. Samuidə otel kompleksləri bir qayda olaraq sahil boyunca yerləşir. Onların yaşıllığa və güllüyə burunmuş geniş ərazilərində bir və ya ikimərtəbəli villalar olur. Bu baxımdan bizim qaldığımız “Royal Muang Samui” oteli botanika bağını xatırladırdı. Bəzi ağaclardan onun aid olduğu növ barədə məlumatın yazıldığı lövhələr asılmışdı. Bu yolla biz daha çox qırmızı ağac kimi tanınan iriyarpaqlı “Swietenia”, iri, ətirli çiçəkləri ilə fərqlənən plümeriya və ya franjipanini və digər ekzotik bitkiləri tanıdıq.

Oteldə nömrələrin sahəsi geniş olub 90 kvadratmetrdən başlanır. Hər nömrədə iki əlüzyuyanın, cakuzi və duşun olduğu geniş vanna otağı, ikinəfərlik çarpayı, yumşaq mebel, 5.1 audio-videosistemi və ayrıca köşk var. Köşkdən bağa gözəl mənzərə açılır. Oteldə səhər yeməyi üçün burada bitən meyvələr, dəniz məhsulları, manqo, banan, kokos cemləri və digər delikateslər təklif edilir. Səhər yeməyinin verildiyi restoranın terrasından ağ qumlu sahilləri olan çimərliyə mənzərə açılır, sanki əlini uzatsan çatar. Otelin SPA salonunda isə rahatlıq gətirən müxtəlif prosedurlar təklif edilir. Əsl tay masajı ilə ilk dəfə burada tanış olduq.

Tay masajı, kokos yağı və makaka

Məşhur tay masajı dünyada bir çox SPA komplekslərin xidmətinə daxildir, lakin bu terapevtik prosedurun sirlərini hamıdan yaxşı onun vətəni Tailandda bilirlər. Samuidə masaj salonuna hər addımda rast gəlinir. Onların əksəriyyətində qiymət oxşardır. Məsələn, klassik tay masajı 200 batdır (təxminən 6 dollar). Çox populyar olan pəncələrin masajı da eyni qiymətə başa gəlir. Masaj salonlarının yanından keçərkən burada cərgə ilə düzülmüş kreslolarda insanların əyləşdiyini və masajçıların onların ayaqlarının hər birini yarım saat masaj etdiyini görmək olar. Hesab edilir ki, aşağı ətraflarda yerləşən xüsusi nöqtələrə təsir etmək daxili orqanlara və bütövlükdə insanın əhvalına müsbət təsir göstərir. 

Oteldə bizə də nəsib olan klassik tay masajı əzələ və oynaqlara kompleks təsirdən ibarətdir. Prosedurdan əvvəl müştəriyə zərif pijama geydirilir və bununla da masajçı dəriyə toxunmur. Prosedur insanı rahatlandıran şəraitdə sakitləşdirici musiqinin sədaları altında keçirilir. Əlbəttə ki, bu cür masajdan sonra özünü lap quş kimi yüngül hiss edəcəksən. Prosedurdan sonra verilən tonlaşdırıcı bitki çayını içəndən sonra siz qədim Siamın cığırlarını fəth etməyə hazır olacaqsınız. Yeri gəlmişkən, keçən əsrin ortasınadək bu yer belə adlandırılıb.

Tailandda turistlərin əldə etməyə can atdığı ərzaq məhsullarından biri kokos yağıdır. O, kosmetik və qida səciyyəli olduğundan həm apteklərdə, həm də ərzaq mağazalarında satılır. Bu unikal məhsul barədə daha yaxından məlumat əldə etmək üçün biz kokos yağının hazırlandığı ailə təsərrüfatına üz tutduq. Burada turistlər üçün onun hazırlanma prosesini nəinki müşahidə etmək, həm də həmin prosesdə iştirak etmək imkanları yaradılıb.

Bütün bitki yağları kimi, kokos yağı da iki yolla - həm soyuq, həm də isti halda sıxmaqla əldə edilir. Birinci yol daha münasib sayılır. Həmin yağda məhsulun bütün faydalı xüsusiyyətləri qalır, ondan həm yeməkdə, həm də sürtmək üçün istifadə edilir ki, bu da müvafiq olaraq bahadır. Bu cür yağı əldə etmək üçün kokosun qabığından kopra adlandırılan ağ ləti ayrılır və ondan təzyiq altında yağ sıxılır. İsti halda sıxılmaqla yağ istehsalında kopradan alınan kokos südü qaynadılır, soyumaq üçün kənara qoyulur və onun səthinə çıxan yağ yığılır. Əldə edilmiş yağı kisəciklərlə tökür və treninq iştirakçılarına hədiyyə edirlər.

Kokosun necə yığıldığını görmək bizə digər ailə təsərrüfatında - Lamay rayonunda fəaliyyət göstərən “We Green Farm” fermasında və eyniadlı restoranında nəsib oldu. Bu məşğuliyyət üçün çox vaxt xüsusi təlim keçilmiş makakalardan istifadə edilir. Bu maraqlı proses fermanın ərazisində yerləşən Tay Mədəniyyət Parkında nümayiş etdirilir. Meymunlar sahibin komandası üzrə kokos palmasına dırmaşır və kokosları oradan qoparıb yerə atırlar. Bu vaxt palmadan uzaqda dayanmaq daha yaxşıdır, çünki kokoslar böyük və ağırdır.

Elə buradaca müxtəlif fermalarda kokos lətindən müxtəlif şirniyyat və desertlərin hazırlanması prosesini, ənənəvi əriştənin, sousların və tay mətbəxinin gündəlik yeməklərinin bişirilməsini müşahidə etmək olar. Bunların hamısını isə yerli “WeGreen” restoranında dadmaq olar.

Tom yam, ziplayn və gülməli balıqlar

Tay mətbəxindən ayrıca söz açmağına dəyər. Onun əsas inqrediyentləri düyü və dəniz məhsullarıdır. Krevetkalardan, midilərdən və yengəclərdən hazırlanan bu qədər çoxçeşidli yeməklərə biz heç yerdə rast gəlməmişik. Təbii ki, bütün inqrediyentlər təzədir və mahir aşpazlar tərəfindən bişirilir. Lakin Tailandda çili bibərə üstünlük verilir və yeməklərin əksəriyyəti burada çox acıdır. Əgər siz bu cür xörəkləri yeyə bilmirsinizsə, onda ofisianta bu barədə əvvəlcədən demək lazım gələcək ki, sizə bu və ya digər yeməyin bibər qatılmamış növünü gətirsin. 

Çili bibərdən də çox burada düyünü, xüsusən onun jasmin kimi nəfis sortunu sevirlər. Lakin burada daha çox nişastalı sortundan bişirilən xörəklər geniş yayılıb, bu düyünü qaynatmır, buğda bişirirlər. Məsələn, ən populyar desert nişastalı düyü və manqodan hazırlanan desertdir.

Lakin tay şorbaları daha çox yadımızda qaldı. Onlar bizimkinə əsla bənzəmir. Turşulu-acılı Tom yam şorbasını xüsusilə tövsiyə edirik. Onu toyuq bulyonunda krevetka, toyuq və ya dəniz məhsullarından bişirirlər. Tom Kxa Kay acı şorba kokos südündə bişirilən balıq, göbələk, pomidor və zəncəfildən ibarətdir. Kokos südündə digər şorba - Tom Kxa Kunq isə krevetka və lemonqrasla bişirilir.

Doyduqdan sonra biz gəzmək üçün “Lamai Viewpoint” parkına getməyi qərara aldıq. Burada ziplayn - ekstremal attraksion fəaliyyət göstərir. Sıx cəngəllik üzərindən uzadılan polad kanat yolu unudulmaz emosiyalar vəd edir. Deyilənə görə adamlar Samuiyə bu attraksiondan ötrü gəlirlər.

Start meydançasına çatmaq üçün kanat yoladək müəyyən məsafəni piyada getmək lazımdır. Oradan balaca vaqon sizi müşahidə meydançasına aparacaq. Həmin meydançadan Lamay çimərliyinə və ətrafa gözəl mənzərə açılır. Burada sizə sığorta təchizatı və qoruyucu kaska veriləcək. Sonra təlimatçının rəhbərliyi altında siz ziplaynın bir hissəsində treninq keçəcəksiniz. Bundan sonra meşə üzərindən 80 metr hündürlükdə qayalar arasından keçirilən kanat yolda 440 metr marşrutu qət edə bilərsiniz. İkinci hissə nisbətən qısadır, lakin bu da meşənin üzərindən keçir. Beləliklə, sizi parlaq təəssürat və əla kadrlar gözləyir.

Ekstrimdən sonra qonaqlara dincəlmək və gülməli balıqların üzdüyü suda SPA təklif edilir. Bunun üçün ayaqları yalın vəziyyətdə xırda qara ruffa balıqların üzdüyü suya salmaq lazımdır. Onlar dəstə ilə “pasiyentlərin” ayaqlarını “qıdıqlayır”. Bu proseduru həyata keçirən hər kəsin reaksiyası eynidir - adamın qıdıqdan gülməyi gəlir. Bəlkə də ona görədir ki, bu improvizasiya olunmuş “klinika” “Balıqlarla şən spa” (“Funny Fish Spa”) adlandırılır.

Ardı var…

Fotoşəkillər: Xanzad Daşdəmirovundur

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib

27 Sentyabr: Zəfərin böyüklüyü və fədakarlığın məsuliyyəti - ŞƏRH

Lənkəranda Anım Günü ilə bağlı 500 ağac əkilib

ADPU və filiallarında Anım Günü silsilə tədbirlərlə qeyd edilib

Samir Qulamov: "Bir nəfəs qədər" Azərbaycanda Zəfərə həsr olunan ilk səhnə əsərlərindən biridir

AzTU kollektivi Zəfər parkında şəhidlərin xatirəsinə ehtiramını bildirib

BMU-nun kollektivi Zəfər abidəsini ziyarət edib

Helsinki Azərbaycan Evində 27 Sentyabr – Anım Günü qeyd olunub

AHİK əməkdaşları Anım Günündə Zəfər parkını ziyarət ediblər

Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib

Əmanətlərin Sığortalanması Fondunun kollektivi Zəfər Parkını ziyarət edib

Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

“AzerGold” QSC-nin kollektivi Zəfər parkını və şəhid əməkdaşlarının məzarlarını ziyarət edib

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır

Zəfərə aparan yolun başlanğıcı - ŞƏRH

Dövlət Komitəsinin kollektivi Anım Günündə şəhidlərin xatirəsini yad edib

Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub

Bu saata olan əsas xəbərlər

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər

Niyazinin mənzil-muzeyində Anım Gününə həsr edilmiş tədbir təşkil olunub

BDU kollektivi şəhidlərin xatirəsini ehtiramla yad edib

Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib

Nic qəsəbəsindəki kilsədə şəhidlərimiz anılıb

XRİTDX Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla anıb

Azərbaycan millisi UEFA Millətlər Liqasına heç-heçə ilə başlayıb - YENİLƏNİB-2

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb

Osloda Anım Günü: Şagirdlər şəhidlərimizə həsr olunmuş xüsusi guşə yaradıblar

AQTA-nın kollektivi şəhidləri anıb

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib

Sankt-Peterburqda Anım Gününün altıncı ildönümü qeyd olunub

Mehmet Daniş: Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur

Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub

İqor Korotçenko: Rusiyanın yüksəkvəzifəli mənbələri 44 günlük müharibənin nədən başladığını açıqlayıblar

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir

Tahir Budaqov: Bu günün təsis olunması gənc nəsil üçün böyük mesajdır

Praqada Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş “Düşmənə qarşı tək” filmi təqdim edilib

Atasının yolunu davam etdirən şəhid Hafiz İsmayılov

Yunanıstan bahalı enerjiyə qarşı 200 milyon avroyadək əlavə müdaxilə hazırlayır

Müdafiə Nazirliyinin rəhbərliyi Şəhidlər xiyabanlarını və Zəfər parkını ziyarət edib

Naxçıvanda şəhidlərin xatirəsi anılıb

Vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

“Ceyhun həyatda ən çox güvəndiyim dostum idi” – şəhid həkimin anası

Nepalda dağda baş verən qar uçqunu nəticəsində 14 nəfər itkin düşüb

Xorvatiya müxalifəti Plenkoviç hökumətinə etimadsızlıq məsələsini parlamentə çıxarıb

Yunanıstanda seçkilər yaxınlaşdıqca siyasi rəqabət güclənir

Burhanettin Duran: Qarabağ uğrunda mübarizə yaxın tariximizdə Vətən sevgisinin ən güclü nümunələrindən biri oldu

Bolqarıstanda prezident seçkiləri üçün rəsmi kampaniya başlayıb

Şəhid bacısı: Qardaşım Vətən uğrunda son damla qanına qədər döyüşdü

Rumıniyada yeni hökumətin formalaşdırılması həlledici mərhələyə daxil olub

Naxçıvanda şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Naxçıvanda şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Çinin “panda siyasəti": ABŞ-yə 2 panda göndərilib

Vətən uğrunda son nəfəsədək döyüşən Ramil Hüseynov

Abşeron rayonunda şəhidlərin xatirəsinə həsr olunmuş tədbir keçirilib