SİYASƏT
SANKT-PETERBURQ ŞƏHƏRİNİN MERİ SENTYABRIN ƏVVƏLLƏRİNDƏ BAKIYA GƏLƏCƏK
Sankt-Peterburq şəhərinin Xarici iqtisadi əlaqələr və turizm komitəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, Rusiyanın şimal paytaxtının meri V.Matviyenko Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovla, bir sıra nazirliklərin və baş idarələrin rəhbərləri ilə görüşəcəkdir.
Görüşlərdə ikitərəfli ticarət-iqtisadi əməkdaşlığın perspektivləri, habelə elmi-texniki və humanitar sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunacaqdır.
Sankt-Peterburq nümayəndə heyətinə şəhər administrasiyasının yüksək vəzifəli məmurları və biznes nümayəndələri daxildirlər. Piterli iş adamlarının Azərbaycan biznesmenləri ilə görüşü də nəzərdə tutulmuşdur.