Azərbaycan Dövlət İnformasiya Agentliyi

Şanlı tariximizin qəhrəmanlıq səhifəsi

Şanlı tariximizin qəhrəmanlıq səhifəsi

Bakı, 19 yanvar, AZƏRTAC

Azərbaycan bütün tarixi boyu həmişə çıxılmaz labirintindən keçib, mücadilələr və mübarizələr girdabında çarpışıb. Müxtəlif dövrlərdə xarici istilaçılara qarşı ölüm-dirim savaşına qalxıb. Məğlub olduğu vaxtlar da olub, qalib gəldiyi zamanlar da. Ancaq heç vaxt heç kəsə boyun əyməyib. Hətta çətinliklər içində olduğu vaxtlarda belə, öz əzmini itirməyib. Azadlığı uğrunda canını qurban vermək bahasına olsa da, mətin dayanıb, dəyanət göstərib. Məqsədi uğrunda həmişə savaşıb, mübarizəsini davam etdirib. Məhz belə mübarizə yolu ilə getdiyinə görə bu gün öz müstəqilliyinə nail olub və dünya dövlətləri sırasında hesablaşılan, nüfuzlu yerlərdən birini özünə ünvan edib.

Bu fikirlər C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru, Əməkdar Mədəniyyət İşçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru İftixar Piriyevin AZƏRTAC-a təqdim etdiyi yazıda yer alıb. Yazını təqdim edirik.

Ötən əsrin 80-ci illərinin sonunda çökməkdə olan, lakin hələ də yıxılmaq istəməyən sosialist rejimi dağılmağa doğru sürətlə irəlilədiyi bir zamanda Sovet İttifaqının tərkibində olan bütün respublikalar kimi biz də haqqımız olan müstəqilliyimizə qovuşmaq üçün ayağa qalxdıq. Həm də bizim qalxışımız bütün ölkəni hərəkətə gətirdi. Demək olar ki, biz bütün respublikalara nümunə olduq. Biz bir də onunla nümunə olduq ki, xalqımızın böyük oğlu, əvəzsiz lideri Heydər Əliyev Moskvada bütün təzyiqlərə və təqiblərə baxmayaraq, fövqəladə cəsarət göstərdi, Sovet İttifaqının qanlı əməllərini onun üzünə çırpdı və azadlıq uğurunda bütün varlığı ilə mübarizəyə qalxdı. Çünki 1990-cı ilin Qanlı Yanvar faciəsi Heydər Əliyev kimi bir liderin sakit yaşamasına imkan verə bilməzdi.

SSRİ yarandığı vaxtdan Azərbaycana qarşı həmişə düşmən mövqedə dayanan, türk olduğunu unutdurmağa çalışan, bu məqsədlə bizə qarşı hər cür mənfur tədbirlər həyata keçirən sovet rejimi yenə də müxtəlif ssenarilər hazırladı. Əvvəlcə, ittifaqa rəhbərlik edən M.S.Qorbaçov böyük nüfuz sahibinə çevrilən, dünyada siyasi erudisiyasına görə diqqət mərkəzində dayanan, Azərbaycan xalqının fenomen oğlu Heydər Əliyevi süni üsullarla tutduğu vəzifədən istefaya göndərdi və bütün cəhətlərdən blokadaya aldı. Sonra isə bizə qarşı dərhal hərəkətə keçdi. Vaxtilə dədə-baba torpaqlarımızda zorla yaratdığı qondarma erməni respublikasının vətəndaşlarını üzərimizə qaldırdı. Əvvəlcə Qərbi Azərbaycandan bütün soydaşlarımızı ov tüfənglərindən belə məhrum etdi və bunun əksinə olaraq erməniləri silahlandırdı, sonra da həmin ərazilərdən etnik təmizləmə mənfurluğuna start verdi. Sonra dərhal Qarabağda mitinqlər təşkil olundu. Qarabağın Azərbaycandan qoparılmasına çalışıldı. Milli münaqişələri daha da gərginləşdirmək üçün Qərbi Azərbaycandan didərgin salınmış soydaşlarımızın Qarabağda yerləşməsinə imkan vermədi və “harada gəldi, necə gəldi” siyasəti ilə məskunlaşma məcburiyyətinə saldı. Bu da didərginlərin ermənilərə qarşı hiddətinin çoxalmasını təmin edən bir siyasi gediş oldu. Üstəgəl öz milli satqınlarımızın əli ilə vəziyyəti daha da gərginləşdirdi. Sonra da Sumqayıt planını xüsusi ssenari əsasında ortaya atdı. Həmin ssenariyə əsasən Erməni millətindən olan xüsusi təlimatlandırılmış adamların əli ilə Sumqayıtda bir-iki erməniyə xəsarət yetirdilər və iki millət arasında vəziyyəti “pik” nöqtəyə çatdırdılar. Adını qoydular ki, Azərbaycanda erməniləri qırırlar. Ancaq bir adam demədi ki, ermənilər Qərbi Azərbaycanda, o cümlədən İrəvanda yaşayan bütün azərbaycanlıları silah gücünə öz isti yuvalarından didərgin salıblar. Bütün mexanizm bizim əleyhimizə işləyirdi. Biz isə nə qədər ağır vəziyyətə salınsaq da təslim olmurduq. Öz haqqımızı müxtəlif üsullarla dünya birliyinin diqqətinə çatdırmağa çalışır, mübarizəmizi davam etdirirdik. Yaratdıqları vəziyyətin səmərə vermədiyini görən böyük qardaş dediyimiz millət, xilaskarımız adlandırdığımız “Qızıl ordu” deyilən, tanklar, BTR-lər, ağır çaplı silahlarla təpədən dırnağa qədər silahlandırılan işğalçı qoşunu 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə əliyalın insanlarımızın üzərinə göndərdi. Həmin gecə Bakı şəhərində, Bakı ətrafında və bölgələrimizdə qan su yerinə axdı.

Həmin gecəni heç cür unutmaq mümkün deyil. Yaxşı yadımdadır. Gecənin bağrını yaran güllə səsləri, vıyıltı ilə uçan güllələrin havada şütüyən vahiməli görüntüləri insanların iradəsini qırmaq əvəzinə onu daha da hiddətləndirir və daha qorxmaz edirdi. Biz - mən, ailəm və o səmtdə yaşayan bütün insanlar həmin gecə “Qızıl ordu”nun adını daşıyan meydanda məhz “Qızıl ordu”nun tutduğu divan nəticəsində Respublika xəstəxanasında həyat və ölüm arasında mücadilə edən yaralı candaşlarımızın ağır vəziyyəti ilə qarşı-qarşıya qalmışdıq. Milli doğmalığın zirvəsi, həkimlərimizin göstərdiyi qeyrət, yaralıları daşıyanların istiqanlı münasibəti, ümumi təlaş və s. həmrəyliyin, birliyin hüdudsuzluğunu ifadə edirdi. O gecə mən ağır yaralanmış qardaşım Samiri məhz Respublika xəstəxanasında tapdım. Səhərə qədər palatalarda ağrıdan fəryad qoparan xəstələrimizə yemək, geyim daşıdıq. Həyan olmağa çalışdıq. Həkimlərimizin isə fədakarlığını sözlə ifadə etmək olmur. Heç kəsdə sənin-mənim deyilən bir münasibət, hiss görmədim. Hər bir yaralı hər birimizin doğması idi. Həmin gecənin mənzərəsi onu anladırdı ki, mübariz bir xalqın iradəsini qırmaq üçün onu qırğına vermək həmin xalqı daha da mübariz edir. Bu mübarizənin zirvəsi sabahı gün Moskvadan ildırım sürəti ilə yayılan xəbərdə özünün daha parlaq göstəricisini əks etdirdi. Hüznü, öz dərd-səri ilə baş-başa qalan mübariz xalqımızı həmin xəbər daha da çılğın bir mübarizəyə qaldırdı. “Haradasan ay Heydər Əliyev?!” deyə özünün həmişə dayaq nöqtəsi hesab etdiyi ümummilli liderini axtaran xalq Moskvada Heydər Əliyevin etiraz hiddətini eşitdi. Məhz bu hiddət Azərbaycanı bütövlükdə səfərbər olmağa istiqamətləndirdi. Ancaq Heydər Əliyevin ətrafına sədd çəkən xainlər hiddəti neytrallaşdırmağa çalışır və mübarizəni düzgün səmtə yönəltmiridi. Çünki bir tərəfdən çıxış yolu axtaran çaş-baş qalmış əhalimizin səmtini itirməsi, gərgin vəziyyətə salınmış milli hisslərin cilovlanmasına mane olan manqurdların bəd əməlləri, bir tərəfdən xüsusi ssenari əsasında əhalimizi istədikləri tərəfə yönəldən milli satqınlarımızın cinayətkar əməlləri və s. hər şey əleyhimizə işləyirdi. Özlərini xalqın azadlıq liderləri adlandıran fəhmsizlərin verdikləri məntiqsiz qərarlar, şəxsi mənafe, kreslo davası, pərakəndə icraatlar isə vəziyyəti daha çıxılmaz nöqtəyə çatdırmışdı. Hamı təki hürr ola bilsin deyə, hər kəsə inanırdı, hara gəldi gedir, harada gəldi, necə gəldi vurnuxurdu. Sonrakı mərhələdə isə məhz xalq nə qədər ağır vəziyyətlərdən keçsə də, nəhayətdə Günəş kimi parlayan öz liderinin - böyük Heydər Əliyevin ətrafında sıx birləşdi, ona güvəndi, taleyini onun izninə verdi və bugünkü müstəqil, firavan Azərbaycanına qovuşdu.

Baxmayaraq ki, həmin dövrdə tənha qalan xalqımızın başına məlum faciələr gətirildi, yenə də xoşbəxt xalqıq ki, biz öz öndərimizin canı bahasına başlatdığı mücadilə və mübarizə nəticəsində hər bir bəladan birdəfəlik qurtulduq. Azadlığımıza qovuşduq. Müstəqilliyimizə nail olduq. Bu gün özümüzü daha xoşbəxt hiss edirik ki, məhz bünövrəsi 1988-ci ildə qoyulan, məlum ssenari nəticəsində düçar olduğumuz bütün bəlalardan hissə-hissə də olsa qurtuluruq. Bu qurtuluşun zirvəsinə tam şəkildə yetişməsək də, yolun çox hissəsini arxada qoymuşuq. İndi artıq sürətlə önə doğru irəliləməkdəyik. Əminik və çağdaş prinsiplərin yaratdığı mənzərə onu göstərir ki, qurtuluş zirvəsinin son nöqtəsinə az bir zaman qalamışdır. Ölkə rəhbərimizin apardığı cəsarətlə dolu olan incə və düzün siyasət göstərir ki, biz həmin nöqtəyə mütləq varacağıq. Məhz onda Ulu Öndər Heydər Əliyevin hələ 60-cı illərdə başlatdığı və hər kəsdən gizli qalan, qorxulu, böyük diqqət və əmək tələb edən, incə-incə, həssas-həssas apardığı, bu gün İlham Əliyevin durmadan, əzmlə, dəyanət və cəsarətlə davam etdirdiyi “Milli qurtuluş” məfkurəsi, bütövlük, birlik ideyası, böyük dövlət missiyası öz həqiqətinə, gerçəkliyinə qovuşacaqdır. Buna zərrə qədər də şübhəmiz yoxdur.

Moskvadan Bakıya qayıdarkən Heydər Əliyevin öz vicdan görəvi hesab etdiyi ilk işi də məhz 20 Yanvar şəhidlərinin ziyarəti oldu. Bu addım xalqa Heydər Əliyevin milli sevgisinin hüdudlarını göstərir və xalqı öz milli liderinə daha sıx bağlayırdı. Moskvada verdiyi cəsarətli bəyanat da onun vicdanının səsi, xalqına, millətinə, ölkəsinə olan böyük sevgisinin təzahürü idi. Ömrünü, taleyini bütövlükdə Azərbaycanın həyatına, taleyinə, dirçəlişinə və hürriyyətinə sərf etmiş bir liderin bütün hissləri, duyğuları məhz belə amallara bağlıdır.

Şanlı tariximizin qanlı səhifəsi hesab etdiyimiz 20 Yanvar faciəsi bizim milli birlik, bütövlük, mübarizlik, qəhrəmanlıq, zəfər donu geyinməyə yüksəldən qürur dolu qızıl səhifəmizdir. Biz bu tarixi hadisəni Azərbaycanın siyasi həyatında yeni mübarizə əzminin başlanğıc nöqtəsi hesab edirik. Həmin nöqtədən ilk addımı isə Heydər-Xalq, Xalq-Heydər birliyinin qədəmləri başlatdı, İlham-Xalq, Xalq-İlham bütövlüyü isə bu yolu nurlu gələcəyə aparır!

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb YENİLƏNƏCƏK

Kəlağayı – milli irsimizin yaşadılan ənənəsi

“Qarabağda gənclər üçün yeni imkanlar və inkişaf perspektivləri” - panel görüşü

Rəşid Nurumov: Heydər Əliyev Mərkəzi müasir memarlığın möhtəşəm nümunəsidir

Qəbələdə müşavirə: YAP-ın VIII Qurultayının hədəfləri diqqət mərkəzində olub

Ukraynanın Lutsk şəhərinə dronla zərbə endirilib: 6 ölü, 13 yaralı

Gürcüstan hökumətinin nümayəndələri Aİ-nin forumunda iştirak etməyəcəklər

Göygöldə dövlət siyasətinin yerli səviyyədə icrası ilə bağlı müvafiq tapşırıqlar verilib

Belarus Milli Assambleyasının Nümayəndələr Palatasının sədri Ağdamda olub

Maliyyə Nazirliyinin nümayəndə heyəti BVF və Dünya Bankı Qrupunun illik toplantılarında iştirak edir

Bu saata olan əsas xəbərlər

“Lufthansa” Portuqaliyanın TAP aviaşirkətinə ortaq olur

“Rebuild Garabagh-2026” sərgisi işə başladı: Qarabağ Dirçəliş Fondu öz stendi ilə iştirak edir

YAP-ın VIII Qurultayının prioritetləri: AzTU-da müşavirə təşkil edilib

Güclü dövlətçilik və vətənpərvər gənclik gələcək inkişafımızın əsas dayaqlarıdır

Qətər Dövlətinin Əmiri Azərbaycana səfərə gəlib

İrana Qasımova: Nizami yaradıcılığında poetik sözün gözəlliyi fəlsəfi məzmundan ayrılmazdır

Balakəndə YAP-ın VIII Qurultayına həsr olunmuş müşavirə təşkil edilib

Maliyyə təhlükəsizliyi: X nəslinin ehtiyatı, Z nəslinin azadlıq axtarışı - TƏHLİL

Məktəblərdə dünyəvilik və müasirlik prinsiplərinin qorunması vacibdir - Bədirxan Əhmədli

Prezident İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub

Prezident İlham Əliyev Bəhreynin xarici işlər nazirini qəbul edib

ƏMAS-da əməyin mühafizəsi üzrə ayrıca bölmə yaradılacaq

Prezident İlham Əliyev Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvünü qəbul edib

Prezident İlham Əliyev YAP-ın VIII Qurultayındakı nitqində ölkəmizin inkişafı ilə bağlı prioritetləri müəyyən edib

Prezident İlham Əliyev Vyetnamın Vitse-prezidenti ilə görüşüb VİDEO

Prezident İlham Əliyev Şri-Lankanın xarici işlər, xarici məşğulluq və turizm nazirini qəbul edib VİDEO

Vahid geyim, səliqəli görünüş, ortaq məsuliyyət VİDEO

Vahid geyim, səliqəli görünüş, ortaq məsuliyyət VİDEO

AAYDA-da YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

Füzulidə dövlətimizin başçısının proqram xarakterli nitqindən irəli gələn tapşırıqlar diqqət mərkəzindədir

Bakı Limanı və Qazaxıstan limanları arasında əməliyyatların koordinasiyası gücləndirilə bilər

“İmişli” komandasına müvəqqəti baş məşqçi təyin olunub

Özbəkistanda uşaqlara qarşı zorakılığa görə cəzalar sərtləşdirilib

Məktəblərdə vahid geyim forması dünyəvi təhsil prinsipinin qorunmasına xidmət edir - RƏY

Rusiyalı turist: Kəlağayı yürüşü özünəməxsusluğu və milli koloriti ilə diqqətimizi cəlb etdi

Dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı üzrə hədəf göstəriciləri müəyyənləşdirilib

Hörmüzdə təhlükəsizlik risklərinin artması Yaxın Şərqdən neft və neft məhsulları ixracına yenidən təzyiq göstərir

“Mançester Siti”nin keçmiş futbolçusu Qətər klubuna keçib

Milli dəyərlər, ideoloji təhlükəsizlik və inkişaf hədəfləri - Beyləqanda müşavirə keçirilib

Kənd Təsərrüfatı Nazirliyi 6-cı “Rebuild Garabagh” sərgisində təmsil olunur

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təlimi davam edir VİDEO

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təlimi davam edir VİDEO

Nyu-Yorkda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib

ATO rəhbəri: Müdafiə sənayesi dövlətlərin texnoloji müstəqilliyinin əsasını təşkil edir

Dmitri Şeqolev: Bakı çox rahat və eyni zamanda sürətlə inkişaf edən şəhərdir

“Rebuild Garabagh” sərgisi çərçivəsində “Qarabağ Hakatonu 2026” yarışması təşkil olunub

Prezident İlham Əliyevin YAP-ın Qurultayındakı nitqindən irəli gələn məsələlər Tovuzda müzakirə olunub

QHT sədri: Kəlağayı yürüşü milli irsimizi yaşatmaq və gələcək nəsillərə ötürmək məqsədi daşıyır

Baş nazir: İraq region ölkələrinə hücumlar üçün ərazisindən istifadəyə icazə verməyəcək

Özbəkistan Prezidenti Azərbaycanda səfərdədir

Daş heykəllər: Dmanisidəki qoç heykəlləri nədən xəbər verir... REPORTAJ

® “Rabitəbank” 2026-cı ilin III rübü üzrə maliyyə nəticələrini açıqlayıb

ABŞ-nin addımı Avropanı ciddi düşünməyə vadar edib

Arzu Hacıyeva: Güclü dövlət birlik, həmrəylik və resursların ədalətli bölüşdürülməsi əsasında qurulur MÜSAHİBƏ

Vaqif Abışov: Məktəbli forması tələblərinə əməl olunması sağlam təhsil mühitinin vacib şərtidir

Naxçıvanda yaradıcılıq müsabiqələrinin qalibləri mükafatlandırılıb

Şərqşünaslıq İnstitutunda elmi konfrans - “Söz mülkünün Xaqanı”

Tacikistan Prezidenti Azərbaycana səfərə gəlib

Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası təşkil olunub

18 yaşında yazılan şəhidlik dastanı...

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib – EKSKLÜZİV

® “AccessBank” 2026-cı ilin 3-cü rübünün sonuna olan maliyyə hesabatını açıqlayır

Qırğızıstan Prezidenti AQEM-in Zirvə Toplantısında iştirak etmək üçün Azərbaycana səfərə gəlib

Beynəlxalq dil imtahanlarında uğurun sirləri: tələbələrə bu barədə tövsiyələr verilib

® “Azercell”in dəstəyi ilə Bakıda “AWS Agentic Football Cup” - süni intellekt komandaları arasında virtual futbol turniri keçiriləcək

Bakıda Azərbaycan və Kamboca Baş nazirlərinin görüşü olub

AQEM-in 7-ci Zirvə Görüşündə qəbul ediləcək qərar və bəyanat layihələri nəzərdən keçirilib

Buxarada “Arşın mal alan” operettası nümayiş etdirilib

Kazım Abdullayev: Şagirdlər təhsil müəssisəsinin daxili qaydalarına riayət etməlidirlər

“Şəki” ES-də indiyədək istehsal edilən elektrik enerjisinin həcmi açıqlanıb

BDU-da “Diplomatiya saatı”: XİN-in xüsusi tapşırıqlar üzrə səfiri ilə görüş

Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyəti: ilkin layihə hazırlanıb

Qırğızıstan XTQ-nin nümayəndə heyəti Azərbaycana səfər edib

“Arsenal” klubu 60-a yaxın iş yerini ixtisar etməyi planlaşdırır

Qazaxıstan Prezidentinin Azərbaycana səfəri başlayıb

Türk general: Türkiyə-Azərbaycan münasibətlərinin gücü fərqli milli təcrübələrə hörmətdə və ortaq maraqların qorunmasındadır

“Təhsilalanların hüquq bələdçisi” layihəsi davam edir

BDU-da professor Misir Mərdanovun 80 illik yubileyi qeyd olunub

Azərbaycan Almatıdakı inklüziv və dayanıqlı iqtisadi artımın təşviqi ilə bağlı seminarda təmsil olunub

Azərbaycan və Laos arasında münasibətlərin ən güclü tərəfləri qarşılıqlı siyasi etimaddır ŞƏRH

® "Bir”dən sahibkarlar üçün güzəştlər: “Biznesdə birlikdə” proqramına müraciət üçün tələsin

Əlilliyi olan şəxslərin bank xidmətlərindən istifadəsi imkanları diqqətdədir

Kristof Leribo: Luvr təmir olunmasa, bağlanmalı olacaq

Milli-mənəvi dəyərlər, tolerantlıq və dünyəvilik - Azərbaycanın davamlı inkişafının əsası

Yunanıstanda fırtına və leysan daşqınlara səbəb olub

Sərdar Fərəcov: Uşaqların dünyəvi təhsili və hərtərəfli inkişafı əsas prioritet olmalıdır

BSU-da “Dil və mədəniyyət” forumu: iki ölkə arasında akademik əlaqələr diqqət mərkəzində

İdman tarixində bu gün: Azərbaycanın voleybol klubu dünya çempionu olub

“Eyni səma altında: astronomiya təhsili görüşləri” - Azərbaycan, Türkiyə və Özbəkistan məktəbliləri bir arada

Uyğunsuzluq aşkarlanan bioloji aktiv qida məhsulu məhv edilib

Güllü Eldar Tomarlı: Kəlağayı keçmişlə gələcək arasında ipək körpüdür

“Beşiktaş” Avropa Liqasının oyununa ciddi itki ilə çıxacaq

Şəkidə keçirilən müşavirədə YAP-ın VIII Qurultayından irəli gələn vəzifələrdən danışılıb

Azərbaycanlı akademik beynəlxalq konfransda Türk dünyasının inteqrasiyası ilə bağlı təkliflər irəli sürüb

Zülfiyyə Nuriyeva: “Kəlağayı yürüşü”nün əsas məqsədi milli irsimizi gənclərə daha yaxından tanıtmaqdır

Trampın Qrenlandiya ilə bağlı bəyanatı Danimarka ilə razılaşmanın şərtlərinə əməl olunması məsələsini gündəmə gətirib

Müdafiə Nazirliyinin Tibb İdarəsi ilə “Vərəmsiz Gələcəyə Doğru” İB arasında memorandum imzalanıb

İstanbul-Bakı aviareysi ilə gələn sərnişində külli miqdarda dərman vasitələri aşkar olunub

Tərtərdə Toxum Sərgi-Satış Yarmarkası təşkil olunub

İnha Universitetinin azərbaycanlı tələbələri bir araya gəlib

Gürcüstanda xristianlığın dövlət dini elan edilməsinin 1700 illiyi qeyd olunur