SARAYEVODA ALİYA İZETBEQOVİÇİN MƏZARI PARTLADILMIŞDIR
Polisin məlumatına görə, partlayış köhnə şəhər deyilən yerdəki qəbiristanda gecə baş vermiş, lakin heç kəs xəsarət almamışdır. İzetbeqoviçin məzarına və ətrafdakı tikililərə cüzi ziyan dəymişdir. Polis vəziyyəti nəzarət altına götürərək, müsəlman qəbiristanını hasarlamışdır. Bu qəbiristanda Bosniya ordusunun 1992-1995-ci illərdə Sarayevonun mühasirəsi zamanı həlak olan əsgərləri dəfn edilmişlər.
Xatırladaq ki, Bosniyanın birinci prezidenti Aliya İzetbeqoviç uzun sürən xəstəlikdən sonra 2003-cü il oktyabrın 19-da Sarayevo xəstəxanasında vəfat etmişdir. O, vətəndaş müharibəsi illərində Bosniya müsəlmanlarının dini və siyasi lideri idi.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [17:29]
Yunanıstanda daşqın nəticəsində 1 nəfər ölüb
- 15.10.2026 [17:03]
“Apple” tarixdə bazar dəyəri 5 trilyon dolları ötən ikinci şirkət olub
- 15.10.2026 [16:58]