Şarl Mişel: Sülh həmişə daha düzgün və daha ağıllı seçimdir
Bakı, 24 oktyabr, AZƏRTAC
Mən əvvəlki fəaliyyətim dövründə Ermənistan ilə Azərbaycan arasında dialoqun bərpası istiqamətində müxtəlif təşəbbüsləri dəstəkləmiş, həmin prosesin nə qədər mürəkkəb, nə qədər həssas olduğunu yaxından müşahidə etmişəm. Buna görə də bu gün artıq əldə olunan irəliləyişləri və hər iki tərəfin atdığı cəsarətli addımları görmək mənim üçün böyük məmnunluq doğurur. Bu, gələcəyə ümidlə baxmaq üçün ciddi əsas yaradır. Çünki əgər hər iki tərəf bu cür cəsarətli və uzaqgörən qərarlar qəbul edirsə, bu, səmimi şəkildə daha çox irəliləyiş əldə etmək istəklərinin göstəricisidir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında Avropa İttifaqı Şurasının keçmiş Prezidenti Şarl Mişel bildirib.
O bildirib ki, sülh həmişə daha düzgün və daha ağıllı seçimdir. “Sülh iqtisadi inkişafın, qarşılıqlı əməkdaşlığın və regional inteqrasiyanın yeganə zəmanətidir. Bu, təkcə Azərbaycan üçün deyil, bütövlükdə region üçün həyati əhəmiyyət daşıyır. Bu istiqamətdə atılan hər addım, əldə olunan istənilən nailiyyət yeni iqtisadi imkanların, sərmayə axınının və davamlı inkişafın əsasını qoyur. Mən inanıram ki, bu proses davam edəcək və regionun gələcəyi sabitlik, tərəqqi və əməkdaşlıq ruhu üzərində qurulacaq”, - deyə o qeyd edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [19:03]
Milli Məclisin komissiyası CNN-in informasiya təxribatına dair bəyanat yayıb
- 05.06.2026 [17:19]
Rusiya XİN Azov dənizində gəmilərə hücumlarla bağlı bəyanat verib
Bu saata olan əsas xəbərlər
- [12:00]
TBMM sədri: Aİ genişlənmə siyasəti yolu ilə özünü qorumalıdır
- 06.06.2026 [23:23]
İsveç Rusiya ilə sərhəd yaxınlığında NATO-nun yeni qrupunu yerləşdirib
- 06.06.2026 [21:49]
Suraxanıda baş verən dava ilə əlaqədar 7 nəfər saxlanılıb YENİLƏNİB
- 06.06.2026 [21:25]
İçərişəhərdə Rasim Abdullayevin xatirə konserti keçirilib
- 06.06.2026 [21:21]
Azərbaycan Tələbə Liqasında mövsümə yekun vurulub
- 06.06.2026 [20:31]
Azərbaycanın U-21 millisi Bəhreynə böyük hesabla qalib gəlib
- 06.06.2026 [20:08]
Bu saata olan əsas xəbərlər
- 06.06.2026 [20:00]
Avropalı alimlər Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər
- 06.06.2026 [19:47]
Ölkəmizin zəngin mədəni irsi İstanbulda nümayiş etdirilir
- 06.06.2026 [18:40]
Naxçıvanda tələbələr arasında futzal birinciliyinin qalibi müəyyənləşib
- 06.06.2026 [17:58]
Müşfiqabad qəsəbəsində Eldar şamı və zeytun ağacları əkilib
- 06.06.2026 [17:11]
Xaçmazda futbol üzrə regional turnirin qalibləri mükafatlandırılıblar
- 06.06.2026 [16:31]