“Səbail” klubunda Ruslan Qafitullini Səbuhi Həsənov əvəzləyib
Bakı, 11 noyabr, AZƏRTAC
“Səbail” futbol klubunun əvəzedicilərdən ibarət komandasının baş məşqçisi Ruslan Qafitullin vəzifəsindən ayrılıb.
AZƏRTAC xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.
2018-ci ildən “Səbail”in U-17 və U-19 komandalarında, 2021-ci ildən isə “Səbail-2”də baş məşqçi vəzifəsində çalışan R.Qafitullinin klub ilə müqaviləsinə vaxtından əvvəl xitam verilməsinə dair qarşılıqlı razılıq əldə olunub.
“Səbail” Qafitullinə klubun kollektivi adından təşəkkür edib və gələcək karyerasında uğurlar arzulayıb.
“Səbail”in əvəzedicilərinin yeni baş məşqçisi də müəyyənləşib. Bundan sonra komandanı “Səbail-2”də köməkçi məşqçi vəzifəsində çalışan Səbuhi Həsənov çalışdıracaq. O, 2021-ci ilin dekabr ayının sonunadək komandanın baş məşqçisi vəzifəsini icra edəcək.
Qeyd edək ki, S.Həsənov 2018-ci ildən etibarən “Səbail”in U-13 və U-15 yaş qruplarında baş məşqçi, U-19 və "Səbail-2" komandalarında isə köməkçi məşqçi vəzifələrində çalışıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [18:56]
“İmişli” komandasına müvəqqəti baş məşqçi təyin olunub
- 14.10.2026 [18:44]
“Mançester Siti”nin keçmiş futbolçusu Qətər klubuna keçib
- 14.10.2026 [17:17]
“Arsenal” klubu 60-a yaxın iş yerini ixtisar etməyi planlaşdırır
- 14.10.2026 [16:48]
İdman tarixində bu gün: Azərbaycanın voleybol klubu dünya çempionu olub
- 14.10.2026 [16:42]
“Beşiktaş” Avropa Liqasının oyununa ciddi itki ilə çıxacaq
- 14.10.2026 [16:12]
Azərbaycanın boks yığması komanda hesabında Avropa üçüncüsü olub
- 14.10.2026 [15:04]